Birinci İşmuil
7 Kiryat-Yarim əhalisi gəlib Yehovanın sandığını apardı və Əbunədəbin təpədə olan evinə qoydu.+ Onun oğlu Əlyazarı Yehovanın sandığına keşikçi təyin etdilər.
2 Sandığın Kiryat-Yarimə gətirilməsindən xeyli müddət, düz iyirmi il keçdi. Bütün İsrail evi Yehovaya üz tutdu*.+ 3 Onda İşmuil israillilərə dedi: «Əgər bütün qəlbinizlə Yehovaya dönürsünüzsə,+ onda yad ilahları,+ Əşturət bütlərini+ aranızdan rədd edin, ürəyinizi tərəddüd etmədən Yehovaya verin və yalnız Ona xidmət edin.+ O da sizi filiştlilərin əlindən qurtaracaq».+ 4 İsraillilər Baalları və Əşturət bütlərini atdılar, təkcə Yehovaya xidmət etməyə başladılar.+
5 İşmuil dedi: «Bütün İsraili Mispaha toplayın.+ Mən sizin üçün Yehovaya dua edəcəyəm».+ 6 Onlar Mispahda toplaşdılar, həmin gün quyudan su çəkib Yehovanın önündə yerə tökdülər və oruc tutdular+. Orada israillilər: «Biz Yehovaya qarşı günah etmişik»,+ — dedilər. İşmuil Mispahda israillilərin hakimi+ kimi xidmət etməyə başladı.
7 İsraillilərin Mispahda toplaşması xəbəri filiştlilərə çatdı. Filişt hakimləri+ qalxıb İsrailin üstünə yürüşə çıxdılar. İsraillilər bunu eşidəndə canlarına qorxu düşdü. 8 Onlar İşmuilə dedilər: «Dayanma, Allahımız Yehovaya yalvar. Qoy dadımıza çatıb+ bizi filiştlilərin əlindən qurtarsın». 9 İşmuil bir əmlik quzu götürüb yandırma qurbanı+ olaraq Yehovaya təqdim etdi və Yehovadan İsrail üçün imdad dilədi. Yehova ona cavab verdi.+ 10 İşmuil yandırma qurbanını təqdim edərkən İsraillə döyüşə gələn Filişt qoşunları yaxınlaşırdılar. Yehova həmin gün filiştlilərin üstünə şiddətli ildırım çaxdırdı,+ filiştlilərin arasına vəlvələ saldı.+ Beləliklə, filiştlilər İsrailin qarşısında yenildilər.+ 11 Onda israillilər Mispahdan çıxdılar, filiştliləri qıra-qıra Beyt-Qarın cənubuna qədər qovdular. 12 İşmuil bir daş götürüb+ Mispahla Yəşna arasına qoydu və «Yehova indiyə kimi dadımıza yetişib»,+ — deyərək adını İbnəzər* qoydu. 13 Beləliklə, filiştlilər susduruldu. Onlar bir də İsrail torpağına soxulmadılar.+ İşmuilin bütün ömrü boyu Yehovanın əli filiştlilərə qarşı oldu.+ 14 Filiştlilərin Ekrondan Cata qədər İsraildən aldığı şəhərlər İsrailə qayıtdı. İsrail bu şəhərlərə aid əraziləri də filiştlilərin əlindən aldı.
Həmçinin İsraillə amorilərin arasında da sülh var idi.+
15 İşmuil bütün ömrü boyu İsrailə hakimlik etdi.+ 16 O, hər il Beyteli+, Gilqalı+, Mispahı+ gəzir, bütün bu yerlərdə İsrailə hakimlik edirdi. 17 Amma sonra Ramaya+ qayıdırdı, çünki evi orada idi və orada da İsrailə hakimlik edirdi. İşmuil orada Yehovaya qurbangah tikdi.+