Həvarilərin işləri
2 Əllinci gün* bayramında+ onların hamısı bir yerə toplaşmışdı. 2 Qəflətən göydən şiddətli küləyin səsinə oxşar bir səs gəldi və oturduqları evi doldurdu.+ 3 Onlar alovun dillərinə bənzər bir şey gördülər. Bu dillər bir-birindən ayrılıb hər birinin üzərinə qondu. 4 Onların hamısı müqəddəs ruhla doldu+ və müxtəlif dillərdə danışmağa başladılar. Bu qabiliyyəti onlara ruh verdi.+
5 O vaxt Yerusəlimdə dünyanın hər ölkəsindən gəlmiş mömin yəhudilər var idi.+ 6 Bu səsə çoxlu adam toplaşdı. Onlar bu işə məəttəl qalmışdılar, çünki şagirdlər onların doğma dillərində danışırdı. 7 Onlar böyük heyrət içində bir-birinə deyirdilər: «Bura baxın, məgər bu danışanlar cəliləli+ deyillər? 8 Bəs necə olur ki, hər birimiz öz ana dilimizi eşidirik? 9 Parfiyalılar, madalılar+, elamlılar+, Mesopotamiya*, Yəhudiyyə, Kappadokiya, Pont və Asiya+ əyalətinin*, 10 Frigiya, Pamfiliya, Misir və Liviyanın Kirenaya yaxın olan bölgələrinin sakinləri, həmçinin Romadan gəlmiş yəhudilər və prozelitlər*,+ 11 kritlilər və ərəblər — hamımız onların öz doğma dilimizdə Allahın əzəmətli işləri haqqında danışdığını eşidirik». 12 Bəli, onların hamısı heyrət və çaşqınlıq içində bir-birindən soruşurdular: «Bu nədir belə?» 13 Digərləri isə istehza ilə deyirdilər: «Əşi, bunlar şirin çaxır içiblər».
14 Butrus isə on bir+ həvari ilə birgə ayağa qalxıb ucadan dedi: «Ey Yəhudiyyə və Yerusəlim sakinləri! Sözümü dinləyin. Bunu bilin ki, 15 bu adamlar, sizin düşündüyünüz kimi, heç də sərxoş deyillər, çünki indi haradasa səhər saat doqquzdur*. 16 Əksinə, Yuil peyğəmbərin dedikləri yerinə yetir: 17 “Allah deyir: “Axırzamanda hər cür insanın üzərinə ruhumu tökəcəyəm, sizin oğullarınız da, qızlarınız da peyğəmbərlik edəcək, gəncləriniz vəhylər alacaq, qocalarınız röyalar görəcəklər.+ 18 Hətta qullarımın və qarabaşlarımın da üzərinə həmin günlərdə ruhumu tökəcəyəm və onlar peyğəmbərlik edəcəklər.+ 19 Mən yuxarıda, göydə və aşağıda, yerdə möcüzələr* göstərəcəyəm: qan, od və tüstü burumları olacaq. 20 Yehovanın şanlı və möhtəşəm günü gəlməzdən əvvəl günəş zülmətə, ay qana qərq olacaq. 21 Yehovanın adını çağıran hər kəs qurtulacaq”.+
22 Ey İsrail oğulları! Məni dinləyin. Bildiyiniz kimi, Allah nəsrani İsanı sizə açıq-aşkar tanıtdı: onun vasitəsilə qarşınızda qüdrətli işlər, əlamətlər, möcüzələr etdi.+ 23 Allah onun həbs ediləcəyini qabaqcadan bilib qərarlaşdırmışdı.+ Siz həmin adamı qanun bilməyən adamların əli ilə dirəyə mıxlayıb öldürdünüz.+ 24 Lakin Allah onu ölüm əzabından* xilas edib diriltdi,+ çünki ola bilməzdi ki, o, ölümün dustağı olaraq qalsın.+ 25 Davud onun haqqında belə deyir: “Yehovanı daim gözümün önündə saxlayıram, sağımda durub, əsla sarsılmaram. 26 Buna görə ürəyim sevindi və dilim şadlandı. Mən ümidlə yaşayacağam, 27 çünki Sən məni Məzarda* qoymazsan, qoymazsan vəfalı bəndən çürüsün.+ 28 Mənə həyat yolunu öyrətdin, hüzurunda ürəyim fərəhlə dolacaq”.+
29 Qardaşlar, ulu babamız Davud haqqında qətiyyətlə deyə bilərik ki, o ölüb və dəfn edilib,+ qəbiri də bu günədək buradadır. 30 O, peyğəmbər idi. O bilirdi ki, Allah onun övladlarından birini onun taxtına oturdacağına and içib.+ 31 O, Məsihin diriləcəyini, Məzarda* qalmayacağını və bədəninin çürüməyəcəyini qabaqcadan bilib xəbər vermişdi.+ 32 Bu İsanı Allah diriltdi və bizim hamımız bunun şahidiyik.+ 33 Beləliklə, o, Allahın sağına ucaldıldı,+ Atasının vəd etdiyi müqəddəs ruhu aldı,+ gördüyünüz və eşitdiyiniz kimi, bu ruhu üzərimizə tökdü. 34 Davud isə göyə qalxmayıb, o, belə deyir: “Yehova Ağama dedi: 35 “Düşmənlərini kətil kimi ayağının altına qoyanadək sağımda otur”.+ 36 Buna görə də, qoy bütün İsrail evi bunu yaxşı bilsin ki, dirəkdə edam etdiyiniz İsanı+ Allah həm Ağa,+ həm də Məsih etmişdir».
37 Bu sözləri eşidəndə onların ürəyini, sanki, xəncər yardı. Onlar Butrusdan və digər həvarilərdən soruşdular: «Qardaşlar, biz nə edək?» 38 Butrus onlara dedi: «Tövbə edin+ və qoy hər kəs günahlarının bağışlanması üçün+ İsa Məsihin adı ilə vəftiz olunsun,+ onda müqəddəs ruh ənamını alacaqsınız. 39 Çünki bu vəd+ həm sizə, həm övladlarınıza, həm də bütün uzaqda olanlara, Allahımız Yehovanın seçəcəyi hər kəsə aiddir».+ 40 Butrus bir çox başqa sözlərlə də ətraflı şəhadət verib onları təşviq etdi: «Özünüzü yolunu azmış bu nəsildən xilas edin».+ 41 Bu sözləri ürəkdən qəbul edənlər vəftiz olundular+ və o gün üç minə yaxın adam onlara qoşuldu.+ 42 Onlar həvarilərdən həvəslə təlim alır, birlikdə vaxt keçirir*, yemək yeyir+ və dua edirdilər.+
43 Həvarilərin vasitəsilə çoxlu möcüzələr və əlamətlər göstərilirdi.+ Hər kəsin ürəyi Allaha ehtiramla dolurdu. 44 İmana gələnlərin hamısı bir yerdə olurdu və hər şeyləri ümumi idi. 45 Onlar əmlaklarını satıb+ pulu aralarında hər kəsin ehtiyacına görə bölüşdürürdülər+ 46 və hər gün birlikdə məbəddə yığışır, böyük sevinclə və təmiz ürəklə bir-birinin evində yemək yeyirdilər, 47 Allahı mədh edir və bütün xalqın rəğbətini qazanırdılar. Yehova da hər gün xilas olanları onların sıralarına qoşurdu.+