Markın yazdığı müjdə
15 Sübh tezdən bütün Sinedrion: böyük kahinlər, ağsaqqallar və mirzələr məşvərət keçirdi. Onlar İsanın əl-qolunu bağladılar və aparıb Pilata təhvil verdilər.+ 2 Pilat ondan soruşdu: «Sən yəhudilərin padşahısan?»+ İsa ona cavab verdi: «Dediyin kimidir».+ 3 Böyük kahinlər İsanı çoxlu şeydə ittiham edirdilər. 4 Pilat yenidən soruşdu: «Niyə cavab vermirsən?+ Gör sənə qarşı nə qədər ittiham irəli sürülür!»+ 5 Amma İsa daha cavab vermədi. Pilat buna bərk təəccübləndi.+
6 Pilat adətən hər Pasxa bayramında xalqın istədiyi bir məhbusu azadlığa buraxırdı.+ 7 O günlərdə həbsdə üsyan zamanı qətl törətmiş üsyankarlar saxlanılırdı. Barabba adında bir adam da onların arasında idi. 8 Camaat toplaşıb Pilatdan həmişəki kimi bir məhbusu azadlığa buraxmağı xahiş etdi. 9 Pilat onlara dedi: «İstəyirsiniz, sizin üçün yəhudilərin padşahını azad edim?»+ 10 O bilirdi ki, böyük kahinlər İsanı paxıllıqdan ələ veriblər.+ 11 Amma böyük kahinlər camaatı qızışdırdılar ki, İsanın yerinə Barabbanın azad olmasını istəsinlər.+ 12 Pilat onlara bir də dedi: «Bəs yəhudilərin padşahı dediyiniz bu adamla nə edim?»+ 13 Camaat təkrarən qışqırdı: «Onu dirəkdə edam et!»+ 14 Pilat onlardan soruşdu: «Axı niyə? O nə pis iş görüb ki?» Onlar daha da bərkdən qışqırdılar: «Onu dirəkdə edam et!»+ 15 Onda Pilat camaatı razı salmaq üçün Barabbanı azad etdi, İsanı isə qamçı ilə döydürəndən sonra+ dirəkdə edam etmək üçün əsgərlərə təhvil verdi.+
16 Əsgərlər İsanı vali sarayının həyətinə apardılar. Bütün alay oraya gəldi.+ 17 Onlar İsanın əyninə bənövşəyi libas geyindirdilər, tikandan çələng hörüb başına qoydular. 18 Onlar deyirdilər: «Salam, ey yəhudilərin padşahı!»+ 19 Qamış çubuqla onun başına vurur, üzünə tüpürür, qarşısında diz çöküb təzim edirdilər. 20 Onu lağa qoyub qurtarandan sonra əynindəki bənövşəyi libası çıxardıb üst paltarını geyindirdilər və dirəyə mıxlamağa apardılar.+ 21 Əsgərlər kənddən qayıdan bir yolçunu, Aleksandr ilə Rufusun atası kirenalı Şimonu tutub, İsanın işgəncə dirəyini daşımağa məcbur etdilər.+
22 İsanı Qolqota (mənası «kəllə» deməkdir) deyilən yerə gətirdilər.+ 23 Burada ona içinə məstedici mürr qatılmış şərab vermək istədilər,+ amma o içmədi. 24 İsanı dirəyə mıxladılar, sonra püşk atıb paltarlarını öz aralarında bölüşdürdülər.+ 25 Onu səhər saat doqquz radələrində* dirəyə mıxladılar. 26 İsanın başı üstündə bir lövhə vurdular. Lövhədə ona qarşı irəli sürülmüş ittiham yazılmışdı: «Yəhudilərin padşahı».+ 27 Onun yanında dirəyə iki quldur mıxladılar, birini sağında, birini solunda.+ 28 *—— 29 Oradan keçənlər İsanı təhqir edir, başlarını bulayıb+ deyirdilər: «Məbədi dağıdıb üç günə tikənə bax!+ 30 Ay-hay! Sən hələ özünü xilas et, işgəncə dirəyindən düş». 31 Böyük kahinlərlə mirzələr də öz aralarında onu lağa qoyur və deyirdilər: «Başqalarını xilas edirdi, özünü isə xilas edə bilmir!+ 32 Qoy İsrailin padşahı Məsih gözümüzün qabağında işgəncə dirəyindən düşsün, onda biz ona inanarıq».+ Hətta onun yanında dirəyə mıxlanmış adamlar da onu təhqir edirdilər.+
33 Günorta saat on iki radələrində* bütün o əraziyə qaranlıq çökdü və təxminən saat üçə kimi* davam etdi.+ 34 Təxminən saat üçdə İsa ucadan: «Eli, Eli, lama sabaxtani?» — dedi, bu da «Allahım, Allahım, niyə məni tərk etdin?» deməkdir.+ 35 Orada duranlardan bəziləri bu sözləri eşidəndə dedilər: «Baxın, İlyası çağırır». 36 Bu zaman bir nəfər qaçıb süngəri turş şəraba batırdı, sonra onu bir qamışın ucuna taxıb ona uzatdı ki, içsin.+ O dedi: «Əl çəkin ondan. Görək İlyas gəlib onu dirəkdən düşürəcək». 37 İsa ucadan qışqırıb son nəfəsini verdi.+ 38 Bu zaman məbədin pərdəsi*+ yuxarıdan aşağıya cırılıb iki yerə bölündü.+ 39 Yaxınlıqda duran bir yüzbaşı baş verənləri və onun öldüyünü görəndə dedi: «Bu adam, doğrudan da, Allahın Oğlu imiş».+
40 Orada qadınlar da var idi, onlar baş verənləri uzaqdan müşahidə edirdilər. Məcdəlli Məryəm, kiçik Yaqubla Yusifin anası Məryəm və Səlimə də onların arasında idi.+ 41 İsa Cəlilədə olanda bu qadınlar ona xidmət edir+ və onu müşayiət edirdilər. İsa ilə birlikdə Yerusəlimə gəlmiş bir çox başqa qadın da orada idi.
42 Artıq axşam düşürdü. Həmin gün Hazırlıq günü, yəni şənbə ərəfəsi olduğu üçün 43 Şuranın* hörmətli üzvü və Allahın Padşahlığını gözləyən arimataylı Yusif ora gəldi. O, cəsarətini toplayıb Pilatın yanına getdi və ondan İsanın cəsədini istədi.+ 44 Pilat İsanın öldüyünü eşidəndə onu maraq bürüdü və yanına bir yüzbaşı çağırıb İsanın ölüb-ölmədiyini xəbər aldı. 45 Yüzbaşı İsanın öldüyünü təsdiqləyəndən sonra Pilat cəsədi Yusifə verdi. 46 Yusif zərif kətan aldı, cəsədi dirəkdən düşürüb kətana bürüdü və qayada oyulmuş sərdabəyə qoydu.+ Sonra sərdabənin ağzına bir daş diyirlədi.+ 47 Məcdəlli Məryəm və Yusifin anası Məryəm cəsədin qoyulduğu yerə baxırdılar.+