Hizqiyal
9 Sonra Onun uca səslə: «Şəhərin cəzasını verəcək kəsləri çağırın, silahlarını əllərinə alıb gəlsinlər!» — dediyini eşitdim.
2 Gördüm ki, şimala baxan yuxarı darvaza+ tərəfdən əlində toppuz altı nəfər gəlir. Onlarla bir yerdə kətan paltarlı, belində qələm-davat* bir nəfər də gəlirdi. Gəlib mis qurbangahın+ yanında dayandılar.
3 İsrailin Allahının calalı+ dayandığı yerdən, kərrubların üstündən qalxıb məbədin kandarında dayandı.+ Allah kətan paltarlı, belində qələm-davat olan adamı çağırdı. 4 Yehova ona dedi: «Şəhəri, Yerusəlimi dolaş, şəhərdə törədilən bütün iyrənc əməllərə+ görə ah-nalə edənlərin+ alnına işarə qoy».
5 O birilərinə isə bu göstərişi verdiyini eşitdim: «Onun arxasınca şəhəri dolaşıb adamları qırın. Heç kimə yazığınız gəlməsin, onlara rəhm etməyin.+ 6 Baxmayın qocadır, cavandır, qızdır, qadındır, uşaqdır, hamısını bir nəfər kimi öldürün.+ Amma alnında işarə olanlara dəyməyin.+ Müqəddəs məkanımdan başlayın».+ Beləliklə, onlar məbədin qarşısındakı ağsaqqallardan başladılar.+ 7 Sonra Allah onlara dedi: «Məbədi murdarlayın, həyətləri meyitlərlə doldurun.+ Haydı, gedin!» Onlar da gedib şəhərdəki camaatı qırmağa başladılar.
8 Onlar camaatı qıranda (mənə isə dəyməmişdilər) üzüstə yerə döşənib fəryad etdim: «Ya Külli-İxtiyar Yehova! Yerusəlimə qeyz-qəzəbini tökərkən İsrailin yerdə qalanının hamısını məhv edəcəksən?»+
9 O, mənə cavab verdi: «İsrail və Yəhuda evinin günahı ağırdır, çox ağırdır.+ Ölkədə qan su yerinə axır,+ şəhər fitnə-fəsad yuvasıdır.+ Deyirlər: “Yehova ölkəni başlı-başına buraxıb, Yehova heç nəyi görmür”.+ 10 Buna görə Mənim onlara yazığım gəlməyəcək, onlara rəhm etməyəcəyəm.+ Əməllərinin bəhrəsini qabaqlarına çıxaracağam».
11 Sonra gördüm ki, əynində kətan paltar, belində qələm-davat olan adam qayıdıb xəbər verdi: «Əmrini yerinə yetirdim. Buyurduğun kimi etdim».