Məsəllər
5 Oğlum, hikmətimə diqqət yetir.
Bəsirətimə qulaq ver,+
2 O zaman ağlını qoruyarsan.
Qoy dilindən bilik əskik olmasın.+
5 Ayaqları ölümə aparır,
Addımları düz Məzara* gedir.
6 Həyat yolu nədir, fikirləşməz.
Yolları dolaşıqdır, hara getdiyini bilməz.
7 Oğlum, qulaq as,
Sözümdən çıxma.
8 Belə qadından uzaq gəz,
Evinin qapısına yaxın getmə ki,+
9 Ləyaqətin tapdalanmasın,+
Ömrün bada getməsin.+
10 Varını yadlar talamasın,+
Zəhmətlə topladığın özgənin evinə getməsin.
11 Yoxsa ömrün sona çatanda,
Canın taqətdən düşəndə ah-nalə çəkərək+
12 Belə deyərsən: «Heyif, tərbiyəyə xor baxdım!
Ürəyimdə öyüd-nəsihətə həqarət etdim!
13 Ustadlarıma qulaq asmadım,
Müəllimlərimin sözünə baxmadım.
14 Elin gözü görə-görə
Uçuruma yuvarlandım».+
15 Öz hovuzundan,
Öz çeşməndən axan suyu iç.+
16 Niyə bulaqların kənara,
Arxların şəhər meydanlarına axsın?+
17 Qoy onlar ancaq səninki olsun,
Yadlarla paylaşma.+
Yalnız onun eşqinin əsiri ol.+
20 Oğlum, nə üçün pozğun qadının əsiri olasan,
Əxlaqsız qadının qoynuna girəsən?+
22 Şər insan öz səhvi ilə tələyə düşər,
Öz günahının kəməndinə düşər.+
23 Tərbiyəni rədd etdiyi üçün həlak olar,
Hədsiz səfehliyinə görə yolunu azar.