Səfənya
3 Qiyamçı, murdar, zülmkar şəhərin vay halına!+
2 O, sözə qulaq asmadı,+ tərbiyəni qəbul etmədi,+
Yehovaya arxalanmadı,+ Allahına yaxınlaşmadı.+
3 Onun bəyləri nərildəyən aslan kimidir.+
Hakimləri axşam gəzən canavartək
Səhərə qədər hər şeyi gəmirib qurtarar.
4 Peyğəmbərləri həyasız, xain adamlardır.+
5 Adil Yehova səninlədir;+ O, haqsızlıq etmir.
Hər gün sübh tezdən hökmlərini izhar edir,+
Onlar sübh şəfəqitək həmişə vardır.
Pis adam isə abır-həya bilmir.+
6 «Ümmətləri qırdım, künc bürclərini viran etdim,
Küçələrini bomboş qoydum, oradan gəlib-gedən yoxdur.
Şəhərləri xarabazara dönüb, bir ins-cins qalmayıb.+
7 Günahlarına görə onunla haqq-hesab çəkəcəyəm.+
Yurdu dağılmasın deyə, Mən dedim:+
“Məndən qorx, tərbiyəmi qəbul et”.
Onlar isə rəzil əməllərə daha da həvəsləndilər.+
8 Yehova bəyan edir:
“Buna görə qənimət üçün* qalxacağım günə qədər Məni gözlə.+
Hökmüm budur ki, xalqları yığım, səltənətləri bir yerə toplayım,
Hiddətimi, qəzəbimi bütün şiddəti ilə onların üzərinə töküm.+
Qeyrətimin alovundan bütün yer üzü yanacaq.+
9 Onda Mən xalqların dilini dəyişib onlara saf dil verəcəyəm ki,
Hamısı Yehovanın adını çağırsın,
Çiyin-çiyinə Ona qulluq etsin”.+
10 Həbəş çayları bölgələrindən
Mənə üz tutub yalvaranlar, yəni pərən-pərən düşmüş xalqımın qızı Mənə sovqat gətirəcək.+
11 Əməllərinlə Mənə asilik etdiyinə görə
O gün xəcalətli olmayacaqsan.+
Çünki lovğa-lovğa öyünənləri içindən götürəcəyəm.
Sən bir daha müqəddəs dağımda lovğalanmayacaqsan.+
13 İsrailin sağ qalanları+ artıq haqsızlıq etməyəcək.+
Onlar yalan danışmayacaq, dillərində yalan olmayacaq.
Onlar yeyib doyacaq, uzanıb dincələcəklər, onları ürküdən olmayacaq».+
14 Qoy sevinc sədaların yüksəlsin, ey Sion qızı!
Sevincdən hayqır, sən ey İsrail!+
Ey Yerusəlim qızı, qoy ürəyin sevincdən aşıb-daşsın!+
15 Yehova sənin əleyhinə çıxardığı hökmləri ləğv etdi.+
Düşmənini geri döndərdi.+
İsrailin padşahı Yehova səninlədir.+
Dərd-bəla bir daha səni qorxutmayacaq.+
16 O gün Yerusəlimə deyiləcək:
«Qorxma, ey Sion!+
Əllərin yanına düşməsin.
17 Allahın Yehova səninlədir.+
O, Qadir Allahdır, sənə nicat verəcək.
Sənə görə şadlanacaq, sevinci yerə-göyə sığmayacaq.+
Sənə bəslədiyi məhəbbətdən məmnunluq duyacaq,
Sənə baxıb şadlanacaq, sevinc sədaları ucaldacaq.
18 Bayramlarının həsrətini çəkənləri bir yerə yığacağam.+
Onlar xəcalət yükü daşıdıqları üçün səndən uzaq düşdülər.+
19 O zaman sənə zülm edənlərin üstünə qalxacağam,+
Axsayanı qurtaracağam,+
Didərgin düşmüşləri toplayacağam.+
Üzüqara yaşadıqları ölkədə onların şəninə təriflər ucaltdıracağam,
Onları şanlı, şöhrətli edəcəyəm.
20 O zaman sizi yurdunuza qaytaracağam,
Sizi bir yerə toplayacağam.