-
Yığıncaqda birliyi qoruyunƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
Yığıncaqda birliyi qoruyun
«Nə yaxşıdır, nə xoşdur, qardaşlar bir olub, bir yaşayanda!» (Zəbur 133:1). Dindaşlarımızın arasında olanda biz də Davud padşahın bu sözlərinə şərik oluruq. Aramızdakı birlik öz-özünə yaranmır. Bu birliyin olmasına hər birimiz öz töhfəmizi verməliyik.
1. Allahın xalqının səciyyəvi cəhəti hansıdır?
Başqa ölkədəki ibadət görüşündə iştirak etsəniz, bəlkə də onların dilini başa düşməyəcəksiniz, amma özünüzü evinizdəki kimi hiss edəcəksiniz. Nə üçün? Çünki bütün dünyada Yehovanın Şahidləri eyni nəşrlərin vasitəsilə Müqəddəs Kitabı araşdırır. Biz həmçinin bir-birimizə məhəbbət göstərməyə can atırıq. Harada yaşamağımızdan asılı olmayaraq, hamımız Yehovanın adını çağırırıq, çiyin-çiyinə Ona qulluq edirik (Səfənya 3:9).
2. Birliyə necə töhfə verə bilərsiniz?
«Bir-birinizi səmimi-qəlbdən, hərarətlə sevin» (1 Butrus 1:22). Bu məsləhətə necə əməl edə bilərsiniz? Diqqəti insanların çatışmayan cəhətlərinə cəmləməyin, onlarda yaxşı şeyləri görməyə çalışın. Təkcə maraqlarınızın üst-üstə düşdüyü şəxslərlə oturub-durmayın, müxtəlif bacı-qardaşlarla tanış olun. Həmçinin ürəyinizdə qərəz varsa, onu çıxarıb atına. (1 Butrus 2:17 ayəsini oxuyun.)
3. Dindaşınızla aranızda anlaşılmazlıq yarananda nə etməlisiniz?
Aramızda birlik olsa da, biz qeyri-kamilik. Bəzən bir-birimizi məyus edir, yaxud incidirik. Buna görə də Allahın Kəlamında məsləhət görülür: «Bir-birinizi ürəkdən bağışlayın». Ardınca deyilir: «Yehova sizi ürəkdən bağışladığı kimi, siz də bir-birinizi ürəkdən bağışlamalısınız». (Koloslulara 3:13 ayəsini oxuyun.) Biz Yehovanı dəfələrlə məyus edirik, amma O bizi bağışlayır. Bu səbəbdən, bizdən də gözləyir ki, dindaşlarımızı bağışlayaq. Əgər görsəniz ki, kiminsə xətrinə dəymisiniz, məsələni yoluna qoymaq üçün özünüz təşəbbüs göstərinb. (Mətta 5:23, 24 ayələrini oxuyun.)
D Ə R İ N L İ Y Ə V A R I N
Görün yığıncaqda birliyi və sülhü qorumaq üçün nə edə bilərsiniz.
4. Qərəzə yol verməyin
Biz istəyirik ki, bütün bacı-qardaşlarımıza sevgi bəsləyək. Amma bəzən bizdən fərqli olan adamları sevmək çətin olur. Bu zaman nə kömək edə bilər? Həvarilərin işləri 10:34, 35 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:
Yehova hər cür insanların içindən özünə Şahid seçir. Bu fikir sizdən fərqlənən insanlara münasibətinizə necə təsir etməlidir?
Ərazinizdə kimlərə qərəzlə yanaşırlar? Nəyə görə bu qərəzdən uzaq durmalısınız?
2 Korinflilərə 6:11—13 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Bütün bacı-qardaşlara məhəbbət göstərməyi necə öyrənə bilərsiniz?
5. Ürəkdən bağışlayın və barışın
Yehova heç vaxt heç kimə qarşı səhv etmir. Bununla belə, O hamını ürəkdən bağışlayır. Zəbur 86:5 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
Yehova nə dərəcədə bağışlayır?
Nəyə görə Yehovanın bağışlayan olması sizi sevindirir?
Hansı vəziyyətlərdə başqaları ilə yola getmək çətin olur?
Yehovadan nümunə götürüb bacı-qardaşlarımızla aramızdakı birliyi necə qoruya bilərik? Məsəllər 19:11 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Kimsə sizi əsəbiləşdirəndə, yaxud xətrinizə dəyəndə vəziyyəti yumşaltmaq üçün nə edə bilərsiniz?
Bəzən biz özümüz də başqalarının xətrinə dəyirik. Bu zaman nə etməliyik? VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Bacı barışmaq üçün nə etdi?
6. Bacı-qardaşların yaxşı cəhətlərinə fikir verin
Bacı-qardaşlarımızı yaxından tanıdıqca onların həm müsbət, həm də mənfi cəhətlərini görürük. Diqqətimizi onların müsbət cəhətlərinə necə cəmləyə bilərik? VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Bacı-qardaşların müsbət keyfiyyətlərini görməyə nə kömək edə bilər?
Yehova bizim müsbət cəhətlərimizə fikir verir. 2 Salnamələr 16:9a ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Yehovanın müsbət cəhətlərinizə diqqətini cəmləməsi sizdə hansı hissləri doğurur?
BƏZİ İNSANLAR DEYİR: «Üzr istəsin, bağışlayım».
Nəyə görə bağışlamağa hazır olmalıyıq?
İCMAL
Dindaşlarınızı bağışlamaqla və bütün bacı-qardaşlara məhəbbət göstərməklə yığıncaqdakı birliyə töhfə verə bilərsiniz.
Təkrar
Qərəzə necə qalib gələ bilərsiniz?
Dindaşınızla aranızda anlaşılmazlıq yaranarsa, nə edəcəksiniz?
Nəyə görə başqalarını bağışlamaqda Yehovaya bənzəmək istəyirsiniz?
Ə L A V Ə M Ə L U M A T
Görün İsanın çəkdiyi bir məsəl başqalarını mühakimə etməməyə necə kömək edə bilər.
Səhv etmədiyimizi düşünsək də, üzr istəməliyik?
«Üzr istəmək barışığın açarıdır» («Gözətçi qülləsi», 1 fevral 2003)
Görün bəzi insanlar başqalarına qərəzsiz yanaşmağı necə öyrəndi.
Kiminləsə aranızdakı münaqişəni yığıncaqda sülhü pozmadan necə yoluna qoya bilərsiniz?
«Mübahisələri məhəbbətlə yoluna qoyun» («Gözətçi qülləsi», may 2016)
a Məhəbbət məsihiləri yoluxucu xəstəliyi yaymamağa təşviq edir. Bununla bağlı 6-cı əlavəyə baxın.
b İşgüzar və hüquqi məsələləri həll etməklə bağlı 7-ci əlavəyə baxın.
-
-
Yığıncaqda birliyi qoruyunƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
1. Allahın xalqının səciyyəvi cəhəti hansıdır?
Başqa ölkədəki ibadət görüşündə iştirak etsəniz, bəlkə də onların dilini başa düşməyəcəksiniz, amma özünüzü evinizdəki kimi hiss edəcəksiniz. Nə üçün? Çünki bütün dünyada Yehovanın Şahidləri eyni nəşrlərin vasitəsilə Müqəddəs Kitabı araşdırır. Biz həmçinin bir-birimizə məhəbbət göstərməyə can atırıq. Harada yaşamağımızdan asılı olmayaraq, hamımız Yehovanın adını çağırırıq, çiyin-çiyinə Ona qulluq edirik (Səfənya 3:9).
-