Markın yazdığı müjdə
9 İsa sonra davam etdi: «Eşidin və agah olun, burada duranlardan bəziləri Allahın Padşahlığının böyük qüdrətlə qurulduğunu görməyincə əsla ölməyəcək».+ 2 Altı gün sonra İsa Butrusu, Yaqubu və Yəhyanı yanına alıb uca bir dağın başına qalxdı. Dağda onlardan başqa heç kəs yox idi. Orada, şagirdlərin gözü qarşısında İsanın görkəmi dəyişdi.+ 3 Onun paltarı parıldayıb dümağ oldu. Paltar elə ağardı ki, dünyada heç bir paltaryuyan onu belə ağarda bilməzdi. 4 Şagirdlər həm də İlyasla Musanı gördülər. Onlar İsa ilə söhbət edirdilər. 5 Onda Butrus İsaya dedi: «Rabbi*, bizim bura gəlməyimiz nə yaxşı oldu! Qoy biz üç çadır quraq: birini sənə, birini Musaya, birini də İlyasa». 6 Əslində, Butrus bilmirdi nə etsin, çünki onlar bərk qorxmuşdular. 7 Bu zaman onların başı üstünə bulud yığıldı və buludun içindən bir səs+ gəldi: «Bu, Mənim sevimli Oğlumdur.+ Ona qulaq asın!»+ 8 Birdən onlar ətrafa baxıb gördülər ki, artıq yanlarında İsadan başqa heç kəs yoxdur.
9 Dağdan enəndə İsa onlara bərk-bərk tapşırdı ki, insan Oğlu dirilməyincə+ gördüklərini heç kəsə danışmasınlar.+ 10 Şagirdlər İsanın bu sözlərinə əməl etdilər*. Amma öz aralarında onun dirilməsinin nə demək olduğunu müzakirə edirdilər. 11 Onlar sonra İsadan soruşdular: «Nəyə görə mirzələr deyirlər ki, əvvəlcə İlyas+ gəlməlidir?»+ 12 İsa cavab verdi: «Doğrudur, əvvəlcə İlyas gələcək və hər şeyi bərpa edəcək.+ Bəs onda niyə insan Oğlu barədə yazılıb ki, o, çoxlu əzab çəkəcək,+ təhqir olunacaq?+ 13 Amma bunu bilin ki, İlyas+ gəldi və onun haqqında necə yazılmışdısa, elə də oldu: onun başına oyun açdılar».+
14 İsagil o biri şagirdlərin yanına gələndə gördülər ki, onların başına çoxlu adam yığışıb və mirzələr şagirdlərlə mübahisə edirlər.+ 15 Camaat İsanı görəndə çaşdı və qabağına qaçıb onu salamladı. 16 İsa onlardan soruşdu: «Onlarla nə haqda mübahisə edirsiniz?» 17 Camaatın arasından kimsə cavab verdi: «Ustad, oğlumu sənin yanına gətirmişdim, çünki içinə cin girib. Cin uşağı lal edir.+ 18 Onu harada tutursa, yerə sərir. Uşağın ağzı köpüklənir, o, dişlərini qıcayır, sonra da lap əldən düşür. Şagirdlərindən xahiş etdim ki, cini qovsunlar, amma bacarmadılar». 19 Onda İsa dedi: «Ey imansız nəsil!+ Nə vaxta qədər aranızda olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Oğlunu yanıma gətir».+ 20 Oğlanı İsanın yanına gətirdilər. Cin İsanı görən kimi uşağı qıc etdi, oğlanın ağzı köpükləndi, o, yerə yıxılıb yuvarlanmağa başladı. 21 İsa oğlanın atasından soruşdu: «Bu, oğlunda nə vaxtdandır?» Atası cavab verdi: «Uşaqlıqdan. 22 Cin balamı öldürmək üçün dəfələrlə onu suya, oda atıb. Əgər bir şey edə bilərsənsə, bizə yazığın gəlsin, bizə kömək et». 23 İsa ona dedi: «Necə? “Edə bilərsənsə”? İmanı olan üçün hər şey mümkündür».+ 24 Uşağın atası dərhal qışqırdı: «İmanım var! Nədə imanım çatışmır, mənə kömək et!»+
25 İsa görəndə ki, onların yanına çoxlu adam axışır, zəhmlə murdar ruha hökm etdi: «Ey lal və kar edən ruh! Əmr edirəm, bu adamdan çıx və bir daha ona girmə!»+ 26 Cin bağırdı, oğlanı bir neçə dəfə qıc edib ondan çıxdı. Uşaq ölü kimi sərilib qaldı, camaatın əksəriyyəti elə bildi ki, o ölüb. 27 Ancaq İsa uşağın əlindən tutub qaldırdı. O qalxdı. 28 İsa evə girəndən sonra şagirdləri ondan təklikdə soruşdular: «Bəs biz onu niyə qova bilmədik?»+ 29 İsa cavab verdi: «Bu cür cinləri yalnız dua ilə qovmaq olar».
30 İsa şagirdləri ilə oradan çıxıb getdi. Onlar Cəlilənin içindən keçirdilər. İsa istəmirdi ki, kimsə onun buralarda olduğundan xəbər tutsun, 31 çünki şagirdlərinə deyirdi: «İnsan Oğlu ələ veriləcək, onu öldürəcəklər.+ Lakin o, üç gündən sonra diriləcək».+ 32 Şagirdlər isə onun nə dediyini anlamırdılar, soruşmağa da qorxurdular.
33 Onlar Kəfərnahuma gəldilər. İsa evdə onlardan soruşdu: «Yolda nə haqda mübahisə edirdiniz?»+ 34 Şagirdlər dinmədilər, çünki yol ilə gedərkən aralarında kimin daha böyük olduğu barəsində mübahisə edirdilər. 35 İsa oturub on iki həvarini yanına çağırdı və onlara dedi: «Aranızda birinci olmaq istəyən hamıdan axırıncı olmalı və hamıya xidmət etməlidir».+ 36 Sonra bir uşaq götürüb onu şagirdlərin arasına qoydu və uşağı qucaqlayıb dedi: 37 «Belə balaca uşaqlardan birini mənim xatirimə qəbul edən+ məni də qəbul edir. Məni qəbul edən isə təkcə məni yox, məni göndərəni də qəbul edir».+
38 Yəhya ona dedi: «Ustad, biz bir adam gördük. O, sənin adınla cinləri qovurdu. Biz ona mane olmağa çalışdıq, çünki o bizimlə gəzmir».+ 39 Ancaq İsa dedi: «Ona mane olmayın, çünki mənim adımla qüdrətli işlər görən adam bundan dərhal sonra qayıdıb məni pisləməz. 40 Bizə qarşı çıxmayan bizim tərəfimizdədir.+ 41 Məsihə məxsus olduğunuz üçün sizə bir parç su verən,+ inanın ki, mükafatsız qalmayacaq.+ 42 Ancaq iman edən bu kiçiklərdən birini günaha sürükləyən adamın boynuna dəyirman daşı* asıb onu dənizə atsaydılar, daha yaxşı olardı.+
43 Əgər əlin səni günaha sürükləyirsə, onu kəs. İki əllə Hinnom vadisinə*, sönməz alova düşməkdənsə, şikəst olub həyata qovuşmaq daha yaxşıdır.+ 44 *—— 45 Əgər ayağın səni günaha sürükləyirsə, onu kəs. İki ayaqla Hinnom vadisinə atılmaqdansa, topal olub həyata qovuşmaq daha yaxşıdır.+ 46 *—— 47 Əgər gözün səni günaha sürükləyirsə, onu tulla.+ Allahın Padşahlığına bir gözlə girmək iki gözlə Hinnom vadisinə atılmaqdan daha yaxşıdır.+ 48 Orada qurdlar ölmür və alov heç vaxt sönmür.+
49 Belə adamlar alovla* duzlanmalıdır.+ 50 Duz yaxşı şeydir, ancaq duz öz dadını itirsə, onun dadını necə qaytarmaq olar?+ Qoy içinizdə duz olsun,+ bir-birinizlə mehriban olun*».+