Əyyub
2 Belə etsəm, Allah mənə hansı payı verər?
Ucalardakı Qüdrət Sahibi hansı mirası verər?
3 Məgər haqsızların başına bəla gəlmir?
Bədbəxtlik bədəməl adamlara üz vermir?+
4 Məgər O, mənim yollarımı görmür?+
Məgər hər addımımı saymır?
5 Heç mən yalan yolunda* addımlamışam?
Hiylə-kələk dalınca qaçmışam?+
7 Əgər ayağım haqq yolundan çıxıbsa,+
Ürəyim gözlərimin ardınca gedibsə,+
Əlim çirkaba bulaşıbsa,
8 Qoy səpdiyim toxumu başqası yesin,+
Əkdiyim kökündən qoparılsın*.
9 Əgər bir qadının toruna düşmüşəmsə,+
Qonşumun qapısını pusmuşamsa,+
10 Qoy arvadım başqasının dənini üyütsün,
Onun yanına yad kişilər girsin.+
11 Axı bu, abırsız hərəkət olardı,
Məhkəməlik iş sayılardı.+
12 Bu, məhvedici yanğın olardı,+
Məhsulumu kökünədək yandıran alov olardı.
13 Əgər qul-qarabaşımın şikayətini rədd edib,
Haqsızlıq etmişəmsə,
14 Allahla üz-üzə dayananda nə edərəm?
Məni haqq-hesaba çəkəndə nə cavab verərəm?+
15 Məgər ana bətnində məni yaradan onları da yaratmayıb?+
Hər birimizə bətndə quruluş verən O deyil?+
16 Əgər kasıba istədiyini verməmişəmsə,+
Dul qadının gözünü kədərə qərq etmişəmsə,+
17 Tikəmi tək yeyib
Yetimə verməmişəmsə+
18 (Hərçənd gəncliyimdən bəri ona atalıq etmişəm,
Uşaqlığımdan bəri dul qadını qanadım altına almışam),
19 Əgər üstünü örtməyə bir şeyi olmayan kasıbı,
Əyin-başı olmadığından tələf olanı görüb yan keçmişəmsə,+
20 O, qoyunlarımın yunu ilə isinəndə
Mənə alqış oxumayıbsa,+
21 Şəhər darvazasında+ məndən kömək uman* yetimə
Yumruq göstərib hədələmişəmsə,+
22 Qoy qolum çiynimdən qopub düşsün,
Əlim dirsəkdən qırılsın.
23 Axı Allahın bəlasından qorxurdum.
Onun əzəməti qarşısında dura bilməzdim.
24 Əgər qızıla güvənmişəmsə,
Yaxud saf qızıla: “Arxam sənsən”,+ — demişəmsə,
25 Əgər var-dövlətimin çoxluğu ilə,+
Mal-mülkümün çoxluğu ilə fəxr etmişəmsə,+
26 Əgər parlayan günəşə,
Füsunkarlıqla gərdiş edən aya baxanda+
27 Könlüm gizlicə aldanıbsa,
Əlimlə onlara öpüş göndərib sitayiş etmişəmsə,+
28 Bu da məhkəməlik iş olardı,
Çünki göydəki Allahı danmış olardım.
29 Heç mən düşmənimin həlakına sevinmişəm?+
Yaxud başına bəla gələndə şadlanmışam?
31 Məgər çadırımdakı adamlar
“Onun verdiyi yeməkdən doymayan tapılarmı?” demirdilər?+
32 Bir qərib də gecə küçədə qalmazdı,+
Qapım yolçuların üzünə açıq idi.
34 Olmaya, camaatın fikrindən qorxduğum üçün,
El nifrətindən dəhşətə gəldiyim üçün
Susmuşam, qapıdan bayıra çıxmamışam?
35 Kaş məni bir dinləyən olaydı!+
Sözümün axırında imza qoyardım.
Qoy Qüdrət Sahibi mənə hay versin!+
Kaş rəqibim bütün iddiasını bir sənədə yazaydı!
36 Onu çiynimdə gəzdirərdim,
Tac kimi başıma qoyardım.
37 Addımbaşı Ona hesabat verərdim,
Hüzuruna alnıaçıq, şahzadə kimi gələrdim.
38 Əgər torpağım mənə görə fəryad edibsə,
Şırımları birgə ağlayıbsa,
39 Əgər məhsulunu havayı yemişəmsə,+
Torpaq sahiblərini çar-naçar qoymuşamsa,+
40 Onda qoy buğda yerinə qanqal,
Arpa əvəzinə alaq* yetirsin».
Burada Əyyubun sözləri bitir.