Zəbur
Davudun məzmuru.
א [Alef]*
37 Şər iş görənlərdən ötrü qanını qaraltma,
Haqsızlıq edənlərin paxıllığını çəkmə,+
2 Çünki onlar ot kimi tez quruyacaq,+
Yaşıl çəməntək saralıb-solacaqlar.
ב [Bet]
4 Qoy səadətin Yehova olsun,
O, qəlbinin muradını çin edər.
ג [Qimel]
6 Salehliyini sübh şəfəqitək,
Ədalətini günorta günəşitək parladar.
ד [Dalet]
Fitnə-fəsadla uğur qazanan adamdan ötrü qanını qaraltma.+
ה [He]
ו [Vav]
10 Az qalıb!
ז [Zayn]
12 Şər adam salehin qəsdinə durur,+
Ona diş qıcayır.
13 Amma Yehova ona güləcək,
Axı bilir ki, onun sonu gəlir.+
ח [Xet]
14 Şər adamlar qılınc çəkir, kaman gərir,
Məzlumu, fağırı yıxmaq üçün,
Yolu dürüst olanın canını almaq üçün.
15 Lakin qılıncları öz ürəklərinə batacaq,+
Kamanları qırıq-qırıq olacaq.
ט [Tet]
16 Salehin az malı,
Çoxlu şər adamın sərvətindən yaxşıdır.+
17 Çünki şərlərin qolu sınacaq,
Salehlərə isə Yehova arxa duracaq.
י [Yud]
18 Yehova saf insanların nələr çəkdiyini bilir,
Onların mirası daima duracaq.+
19 Dara düşəndə xəcalət çəkməyəcəklər,
Aclıq günlərində tox yaşayacaqlar.
כ [Kaf]
20 Şər adamlar isə yox olacaq,+
Yehovanın düşmənləri əlvan çəməntək solub gedəcək,
Duman kimi dağılacaqlar.
ל [Lamed]
21 Şər adam borc götürər, qaytarmaz,
Saleh adam isə səxavətlidir, əliaçıqdır.+
22 Allahın mübarək bəndələri yerə sahib olacaq,
Onun lənətlədiyi kəslərinsə kökü kəsiləcək.+
מ [Mem]
נ [Nun]
25 Cavanlığımdan bəri, bu qoca yaşımadək,
Nə saleh adamın atıldığını,+
Nə də övladlarının çörək diləndiyini görməmişəm.+
26 O, həmişə səxavətlə borc verər,+
Övladları da xeyir-bərəkət görər.
ס [Samex]
27 Şərdən qaçıb yaxşılıq etsən,+
Əbədi yaşayarsan.
28 Çünki Yehova ədaləti sevir,
Sadiq bəndələrini tərk etməz.+
ע [Ayn]
פ [Pe]
30 Saleh adamın ağzından hikmət tökülür,
Dilindən ədalət yağır.+
צ [Tsade]
32 Şər adam salehi güdür,
Onu öldürmək üçün fürsət axtarır.
ק [Kof]
34 Ümidini Yehovaya bağla, Onun yolunu tut,
O, səni yüksəldəcək, yer üzünə sahib olacaqsan,
ר [Reyş]
35 Amansız, zalım adamı gördüm,
Yaşıl ağactək qol-budaq atmışdı öz torpağında.+
ש [Sin]
38 Lakin asilərin hamısı məhv ediləcək,
Şər adamların axırı yoxdur.+
ת [Tav]