Amus
3 Ey İsrail xalqı, Yehovanın sizin haqqınızda, Misirdən çıxardığı ümmət haqqında dediyi sözləri eşidin:
2 “Dünyanın bütün xalqları arasında təkcə səni tanıdım.+
Buna görə bütün günahlarının əvəzini verəcəyəm.+
3 İki nəfər razılaşıb görüşməsə, necə birgə yol gedər?
4 Heç şikarı olmayan aslan meşədə nərə çəkər?
Şikar tapmayan gənc aslan yuvasında nərildəyər?
5 Tor yerə sərilməsə*, ora quş düşər?
Tələyə heç nə düşməsə o, yerindən atılar?
6 Şəhərdə şeypur çalınırsa, məgər xalq titrəmir?
Şəhərdə fəlakət baş verirsə, məgər bu, Yehovadan deyil?
8 Aslan nərə çəkdi!+ Kim qorxmaz?
Külli-İxtiyar Yehova danışdı! Kim peyğəmbərlik etməz?”+
9 “Aşdodun qalalarında,
Misir diyarının qalalarında car çəkib deyin:
10 Dürüstlük nədir bilmirlər,
Qalalarını zorakılıqla, viranəliklə doldururlar”, — deyə bəyan edir Yehova.
11 Buna görə Külli-İxtiyar Yehova deyir:
“Düşmən ölkəni mühasirəyə alacaq,+
Səni taqətdən salıb
Qalalarını qarət edəcək”.+
12 Yehova bəyan edir:
“Çoban aslanın ağzından iki ayağı və qulağın bir tikəsini çəkib aldığı kimi,
Səməriyyədə bər-bəzəkli taxtlarda,
Gözəl divanlarda yayxanan İsrail xalqı da düşmən əlindən bu cür alınacaq”.+
13 Ordular Allahı, Külli-İxtiyar Yehova bəyan edir: “Eşidin və Yaqub evini xəbərdar edin.
14 Asiliyinə* görə İsraillə haqq-hesab çəkəcəyim gün+
Beyteldəki qurbangahlara+ görə də haqq-hesab soracağam;
Qurbangahın buynuzları kəsilib yerə düşəcək.+
15 Mən qış evini də, yay evini də dağıdacağam”.