15 Mülayim cavab hirsi yatırar,+
Kobud söz qəzəb oyadar.+
2 Müdrik dilini xeyirə işlədər,+
Axmağın ağzından səfehlik tökülər.
3 Yehovanın gözləri hər yerə baxır,
Pisi də, yaxşını da görür.+
4 Sakit dil həyat ağacıdır,+
Əyri sözlər ürək yaralar.
5 Axmaq övlad ata tərbiyəsini vecinə almaz,+
Amma uzaqgörən məzəmməti qəbul edər.+
6 Salehin evində dolu xəzinə olar,
Şər adamı əməlləri bəlaya salar.+
7 Hikmətlinin dili elm yayar,+
Amma axmağın ürəyi belə deyil.+
8 Şər adamın qurbanından Yehova ikrah edər,+
Amma düz adamın duasından xoşlanar.+
9 Şər adamın yolundan Yehovanın zəhləsi gedər,+
Salehliyə can atanı isə O sevər.+
10 Düz yoldan sapanlara tərbiyə ağır görünər,+
Tənbehdən acığı gələnlər məhv olar.+
11 Məzar və qara torpaq Yehovanın gözü önündə açıqdır,+
O ki qaldı insanın ürəyi!+
12 Rişxəndçi ona irad tutanı sevməz,+
Ağıllı adamla məsləhətləşməz.+
13 Könlü şad olanın çöhrəsindən sevinc yağar,
Qəlb ağrısı ruhu əzər.+
14 Müdrik ürək elm axtarar,+
Axmaqların dili isə səfehliklə qidalanar.+
15 Məzlumun hər günü qaradır,+
Amma könlü şad olan üçün həmişə bayramdır.+
16 Aza qane olub Yehova xofu ilə yaşamaq+
Varlı olub səksəkə içində yaşamaqdan yaxşıdır.+
17 Məhəbbət olan yerdə tərəvəz yemək+
Nifrət olan yerdə yağlı dana əti yeməkdən yaxşıdır.+
18 Kəmhövsələ dava-dalaş yaradar,+
Səbirli isə davanı yatırar.+
19 Tənbəlin yolu tikan çəpərinə bənzər,+
Amma düz adamın yolu, sanki, hamar yoldur.+
20 Ağıllı oğul atasını sevindirər,+
Axmaq adam anasına xor baxar.+
21 Ağılsız axmaqlıqdan zövq alar,+
Bəsirətli adam düz yolla yeriyər.+
22 Məsləhətsiz niyyət boşa çıxar,
Məsləhət verən çox olarsa, uğur olar.+
23 Verdiyi düzgün cavab insanı sevindirər,+
Yerində deyilən söz nə gözəldir!+
24 Anlayış sahibinin həyat yolu üzü yuxarıdır,+
Onu aşağıda olan Məzardan qoruyar.+
25 Yehova təkəbbürlü adamın evini yıxar,+
Amma dul qadının sərhədini qoruyar.+
26 Yehova şər adamın niyyətlərinə nifrət edər,+
Xoş sözlər Onun gözündə safdır.+
27 Haram qazanan ailəsini bəlaya salar,+
Rüşvətdən ikrah edən ömrünü uzadar.+
28 Saleh adam cavab verməzdən qabaq ürəyində fikirləşər,+
Şər adamın ağzından isə pislik tökülər.
29 Yehova pis adamlardan uzaqdır,
Amma salehlərin duasını eşidir.+
30 Nurlu gözlər ürəyi şad edər,
Şad xəbər cana can verər.+
31 Həyatverən elmi dinləyən
Müdriklərin arasında yaşar.+
32 O kəs ki tərbiyəni rədd edir, həyatından bezib,+
Məzəmmətə qulaq asan dərrakə qazanar.+
33 Yehova xofu hikmətli olmağı öyrədir,+
Sadəlik şərəf gətirər.+