Vaiz
12 Cavanlıq günlərində Ulu Yaradanını xatırla.+ Əziyyətli günlər gəlməzdən qabaq,+ «həyatdan həzz almıram» deyəcəyin illər yetişməzdən əvvəl, 2 günəş, işıq, ay, ulduzlar qaralmazdan,+ leysandan sonra buludlar* qayıtmazdan əvvəl Onu xatırla. 3 O gün gələndə evi qoruyanlar titrəyəcək, güclü kişilər büküləcək, qadınlar azaldığından dən üyütməyəcək, pəncərədən baxan xanımların gözü qaranlıq görəcək;+ 4 onda küçəyə açılan qapılar bağlanacaq, dəyirmanın səsi azalacaq, adam quş səsinə oyanacaq, mahnı oxuyan bütün qızların səsi zəifləyəcək.+ 5 Hündürlük qorxudacaq, küçə vahiməyə salacaq. Badam ağacı çiçəklənəcək,+ çəyirktə özünü güclə sürüyəcək, yerqulağının tumurcuğu partlayacaq. Çünki insan daimi məskəninə yol alacaq+ və təziyədarlar küçə ilə gedəcəklər.+ 6 Gümüş ip qırılmamış, qızıl cam sınmamış, bulaq başındakı kuzə qırılmamış, quyunun çarxı sınmamış; 7 torpaq əvvəlki yerinə qayıtmamış,+ ruh* onu verən Allaha dönməmiş Yaradanını xatırla.+
8 Vaiz+ deyir: «Puçun puçu! Hər şey puçdur».+
9 Vaiz hikmətli olmaqla yanaşı, bildiklərini həmişə xalqa öyrədirdi.+ O düşünür, dərin axtarışlar aparır, çoxlu məsəllər tərtib edirdi.+ 10 Vaiz çalışırdı ki, lətif kəlmələr+ tapsın və həqiqət sözlərini düzgün yazsın.
11 Müdriklərin sözləri çomağa bənzər,+ topladıqları deyimləri möhkəm vurulmuş mıxlar kimidir; hamısını bir çoban vermişdir. 12 Bunlardan artıq nə varsa, oğlum, özünü gözlə: çoxlu kitab yazmağın axırı yoxdur, onlara aludə olmaq canı taqətdən salar.+
13 Xülasə, deyilənlərin məğzi budur: Allahdan qorx,+ Onun əmrlərini yerinə yetir.+ İnsanın vəzifəsi budur.+ 14 Çünki Allah hər işi, hər gizli şeyi — yaxşını da, pisi də mühakimə edəcək.+