Əşiya
26 O gün Yəhuda diyarında belə mahnı oxunacaq:+
«Güclü bir şəhərimiz var.+
Şəhərin divarları, sədləri Allahın verdiyi qurtuluşdur.+
3 Sənə tam bel bağlayanları* hifz edərsən,
Onlara tükənməz sülh bəxş edərsən,+
Çünki Sənə güvənirlər.+
5 O, hündürlükdə, yuxarıda duran şəhərin sakinlərini alçaltdı.
Onu aşağı salır,
Onu yerə atır.
Onu toz-torpağa tullayır.
6 O, ayaq altda qalacaq,
Məzlumun, fağırın ayağı altda».
7 Salehin yolu doğrudur.
Sən doğru olduğun üçün
Salehin yolunu hamarlayarsan.
8 Ey Yehova, hökmlərinin yolunda
Sənə ümid bağlayırıq.
Arzumuzdur həmişə adın anılsın, Sən anılasan.
9 Gecələr varlığım həsrətini çəkir,
Ruhum Səni axtarır;+
Yerdə hökmlərin icra olanda
Yerin sakinləri salehliyi öyrənirlər.+
11 Ey Yehova, əlin qalxıb, amma onlar görmürlər.+
Onlar xalqın üçün göstərdiyin qeyrəti görəndə rüsvay olacaqlar.
Bəli, düşmənlərindən ötrü yandırdığın alov onları külə döndərəcək.
14 Onları məhv etmək, xatirələrini belə, yox etmək üçün
Onları cəzalandırdın.
Onlar artıq ölüdürlər, daha yaşamayacaqlar.
Ölümün dustağıdırlar, bir də ayağa qalxmayacaqlar.+
Ölkənin bütün sərhədlərini gen-gen genişləndirdin.+
16 Ey Yehova, başlarına bəla gələndə sənə üz tutdular.
Onları cəzalandıranda pıçıltıyla, həzin-həzin dua edirdilər.+
18 Hamilə idik, doğuş sancısı çəkdik,
Amma, sanki, külək doğduq.
Nə ölkəyə qurtuluş verə bildik,
Nə də orada yaşamaq üçün övlad doğulur.
19 «Sənin ölülərin yaşayacaq.
Mənim ölülərim* ayağa qalxacaq.+
Qalxın, sevinc sədaları ucaldın,
Ey torpaq altında yatanlar!+
Sənin şehin sübh şehinə* bənzəyir,
Yer ölümün dustaqlarını dirçəldəcək.
Qəzəb keçənəcən,
Qısa müddətə gizlənin.+
21 Çünki bax, Yehova ölkənin sakinlərini təqsirlərinə görə cəzalandırmaq üçün
Öz məkanından gəlir.
Torpaq tökülmüş qanları aşkar edəcək,
Artıq öldürülənləri gizlətməyəcək».