İbranilərə məktub
6 İndi ki Məsih haqqındakı ibtidai təlimləri+ arxada qoymuşuq, gəlin yetkinliyə doğru irəliləyək+ və ölümə aparan işlərdən tövbə, Allaha iman, 2 müxtəlif növ vəftizlər*, əl qoyma ayini,+ ölülərin dirilməsi+ və əbədi hökm haqqındakı təlimlərlə yenidən bünövrə qoymayaq. 3 Allahın izniylə biz mütləq yetkinliyə yetişəcəyik.
4 Çünki bir dəfə həqiqətlə nurlanmış,+ səmavi ənamı dadmış, müqəddəs ruhu qəbul etmiş, 5 Allahın misilsiz sözünü və gələcək dövrlə* bağlı nemətləri* dadmış, 6 lakin sonra imandan dönmüş adamları+ yenidən tövbəyə gətirmək qeyri-mümkündür. Çünki onlar Allahın Oğlunu yenidən dirəkdə edam edib aləmə rüsvay edirlər.+ 7 Misal üçün, torpaq tez-tez yağan yağışı canına hopdurub Allahdan bərəkət alır, sonra da əkinçi üçün yeməyə yararlı məhsul yetişdirir. 8 Əgər tikan və qanqal yetişdirirsə, onda tərk edilir, onu lənət gözləyir, axırda isə yandırılır.
9 Əzizlərim, bu cür danışsaq da, əminik ki, siz onlardan yaxşı vəziyyətdəsiniz və xilasa aparan işləri görürsünüz. 10 Axı Allah ədalətsiz deyil ki, keçmişdə və indi müqəddəslərə xidmət edərək Onun adına göstərdiyiniz məhəbbəti və çəkdiyiniz zəhməti unutsun.+ 11 Arzumuz budur ki, hər biriniz əvvəlki kimi çalışqan olub ümidinizi+ axıradək möhkəm saxlayasınız.+ 12 Beləcə, tənbəlləşməyib+, vədləri iman və səbirlə miras alanlardan nümunə götürəcəksiniz.
13 Allah İbrahimə vəd verəndə Özündən böyük bir kimsə mövcud olmadığı üçün Öz varlığına and içərək+ 14 dedi: «Səni mübarək qılacağam, övladlarını çoxaldacağam».+ 15 İbrahim səbir göstərəndən sonra bu vədi aldı. 16 İnsanlar özlərindən böyük varlığa and içirlər, onların andı mübahisələrə son qoyur, çünki bu, onlara hüquqi zəmanət verir.+ 17 Eynilə də, Allah vəd varislərinə+ Öz niyyətinin dəyişməzliyini daha aydın nümayiş etdirmək qərarına gələndə buna andla zəmanət verdi. 18 Allah bunu ona görə etdi ki, Onun sığınacağına qaçmış bizlər Onun yalan danışması mümkün olmayan+ bu iki dəyişməz şey sayəsində ürəklənib qarşımızdakı ümiddən bərk-bərk yapışa bilək. 19 Biz həyatımızı bu ümidə bağlamışıq.+ Bu ümid bizim üçün möhkəm və sarsılmaz gəmi lövbəri kimidir, o, bizi pərdənin o biri tərəfinə keçirir.+ 20 Ora ilk girən Məliksadiq timsallı əbədi baş kahin+ olan İsa+ oldu. O, bizim üçün ora girdi.