Zəbur
Dirijora. Davudun məzmuru.
41 Fağıra nəzər salan bəxtiyardır,+
Dar günündə Yehova onu qurtarar.
Onu əsla düşmənlərinin pəncəsinə verməzsən,+
3 Yatağa düşəndə, Yehova, ona dayaq olarsan,+
Xəstə vaxtında qayǧısına qalarsan*.
4 Dedim: «Yehova, mənə rəhm et.+
Sənə qarşı günah etmişəm,+ canıma şəfa ver».+
5 Düşmənlərim əleyhimə danışaraq deyirlər:
«Bu, nə vaxt öləcək, adı nə vaxt itib-batacaq?»
6 Onlardan biri məni görməyə gələndə ürəyindən yalan keçər,
Gözü nəsə axtarar,
Sonra çıxıb aləmə car çəkər.
7 Mənə nifrət edənlər yığışıb pıç-pıç edir,
Ayağımın altını qazırlar.
10 Ey Yehova, mənə rəhm et, ayağa qaldır,
Qoy onlardan əvəz çıxım.
11 Düşmənimin zəfər səsi yüksəlməzsə,
Bilərəm ki, məndən razısan.+
13 İsrailin Allahı Yehovaya
Əzəldən əbədiyyətədək alqış olsun!+
Amin! Amin!