Əşiya
2 Yehovanın ruhu onun üzərində olacaq,+
Hikmət+ və dərrakə ruhu,
Öyüd-nəsihət və qüdrət+ ruhu,
Elm və Yehovadan qorxmaq ruhu onun üzərində olacaq.
3 O, Yehova xofunda+ zövq tapacaq.
Gözlərinin gördüyü ilə hökm etməyəcək,
Qulağı ilə eşitdiyinə görə tənbeh etməyəcək.+
4 O, fağır-füqəra üçün insafla hökm çıxaracaq.
Dünyadakı həlimlərin xatirinə ədalətlə tənbeh edəcək.
Dünyanı ağzının dəyənəyi ilə vuracaq.+
Şər adamı ağzından çıxan nəfəslə* öldürəcək.+
5 O, belini salehliklə qurşayacaq,
Sədaqət onun kəməri olacaq.+
Buzov, aslan və bəslənmiş heyvan bir yerdə olacaq*.+
Onları balaca uşaq otaracaq.
7 İnəklə ayı birgə otlayacaq,
Balaları qoşa uzanacaq.
Şir öküz kimi saman yeyəcək.+
8 Südəmər uşaq ilan yuvası üstündə oynayacaq,
Süddən kəsilmiş uşaq əlini zəhərli ilanın yuvasına salacaq.
Çünki sular dənizi doldurduğu kimi,
Dünya başdan-başa Yehova barədə biliklə dolacaq.+
10 O gün Yəssənin kökü+ xalqlar üçün nişan kimi duracaq.+
Xalqlar məsləhət üçün onun yanına gələcək,+
Onun məkanı əzəmətli olacaq.
11 O gün Yehova Aşşurdan+, Misirdən+, Patrosdan+, Kuşdan+, Elamdan+, Şinardan*, Həməsdən və dənizdəki adalardan+ xalqının sağ qalanlarını qurtarmaq üçün təkrarən, ikinci dəfə əlini uzadacaq. 12 O, xalqlar üçün nişan qoyacaq və İsrailin pərən-pərən düşmüş övladlarını yığacaq,+ Yəhudanın səpələnmiş övladlarını dünyanın dörd bir guşəsindən toplayacaq.+
13 Əfraimin paxıllığı bitəcək,+
Yəhudaya ədavət bəsləyənlər qırılacaq.
Əfraim Yəhudaya paxıllıq etməyəcək,
Yəhuda da Əfraimə ədavət bəsləməyəcək.+
14 Onlar qərbə, filiştlilərin yamacına hücum edəcək,
Birlikdə şərq xalqlarını talan edəcəklər.
Şiddətli nəfəsilə çayın yeddi qolunu vuracaq*,
Adamlar onu səndəllə keçəcək.