Yaradılış
13 Bundan sonra İbram arvadını və sahib olduğu hər şeyi götürüb, Lutla bir yerdə Misirdən Negevə+ getdi. 2 İbramın çoxlu mal-qarası, qızıl-gümüşü var idi.+ 3 O, düşərgə sala-sala Negevdən Beytelə doğru irəlilədi və gəlib Beytellə Ay arasındakı əraziyə,+ əvvəllər düşərgə saldığı və 4 qurbangah düzəltdiyi yerə çıxdı. Orada İbram Yehovanın adını çağırdı*.
5 İbramla birlikdə olan Lutun da mal-qarası, qoyun-quzusu və çadırları var idi. 6 Həmin yer onların birlikdə yaşaması üçün darlıq edirdi; mal-mülkləri o qədər çoxalmışdı ki, daha bir yerdə qala bilmirdilər. 7 İş o yerə gəlib çıxdı ki, İbramın çobanları ilə Lutun çobanları arasında mübahisə düşdü. (O vaxt həmin torpaqda kənanilər və fərizilər yaşayırdı.)+ 8 Onda İbram Luta+ dedi: «Qoy aramızda söz-söhbət olmasın, nə mənimlə sənin aranda, nə də çobanlarımla çobanların arasında, axı biz qardaşıq. 9 Bax, yerdən çox yer var. Gəl ayrılaq. Əgər sən sola getsən, mən sağa gedərəm; sən sağa getsən, mən sola gedərəm». 10 Lut gözünü qaldırıb Sohara+ qədər İordan boyunca uzanan bütün torpaqları nəzərdən keçirdi.+ Gördü ki, bütün bu ərazi Yehovanın bağı+ kimi, Misir torpağı kimi bol suvarılan yerdir. (Yehova o vaxt hələ Sədum və Əmurəni məhv etməmişdi.) 11 Onda Lut özü üçün bütün İordan ətrafını seçdi və şərqə tərəf köçdü. Beləcə, onlar ayrıldılar. 12 İbram Kənan torpağında, Lut isə İordan ətrafındakı şəhərlərin yaxınlığında yaşayırdı.+ Axırda Lut Sədumun yaxınlığında çadır qurdu. 13 Sədumun əhalisi çox pis insanlar idi. Yehovanın gözündə onlar ağır günahlar işləyirdilər.+
14 Lut İbramdan ayrıldıqdan sonra Yehova İbrama dedi: «Gözünü qaldır, dayandığın yerdən şimala, cənuba, şərqə və qərbə tərəf bax. 15 Gördüyün bütün torpaqları əbədilik sənə və sənin övladlarına* verəcəyəm.+ 16 Övladlarını qum dənələri qədər çoxaldacağam. Belə ki, kimsə yerdəki qum dənələrini saya bilsə, onda sənin övladlarını da saya biləcək.+ 17 Dur bu torpağı eninə-uzununa dolaş, onu sənə verəcəyəm». 18 İbram çadırlarını köçürə-köçürə yaşayırdı*. Sonra gedib Həbrunda+, Mamredəki böyük ağaclar+ olan yerdə məskən saldı. Orada Yehovanın adına qurbangah düzəltdi.+