Korinflilərə ikinci məktub
1 Allahın iradəsilə Məsih İsanın həvarisi olan Bulusdan və qardaşımız Timutidən+ Allahın Korinfdəki yığıncağına, habelə bütün Axayya*+ əyalətində yaşayan müqəddəslərə məktub.
2 Atamız Allahdan və Ağamız İsa Məsihdən gələn lütf və sülh sizə yar olsun.
3 Ağamız İsa Məsihin Atasına+ və Allahına alqışlar olsun! O, mərhəmətli Ata+ və hər cür təsəlli Allahı olub+ 4 hər dərdimizdə* bizə təsəlli verir+ ki, biz də Ondan aldığımız təsəlli+ ilə müxtəlif cür dərdi* olanlara təsəlli verə bilək.+ 5 Məsihin yolunda çoxlu əzablar çəksək+ də, onun vasitəsilə bol-bol təsəlli tapırıq. 6 Çətinliklərlə* qarşılaşsaq da, bu, sizin təsəlli tapmağınız və xilasınız üçündür. Bizə təsəlli verirlərsə, yenə də bu, sizin təsəlli tapmağınız üçündür. Siz bu təsəlli sayəsində bizim çəkdiyimiz əziyyətlərə bənzər əziyyətlərə dözə biləcəksiniz. 7 Sizdən arxayınıq, əminik ki, bizimlə əziyyətlərə şərik olduğunuz kimi, təsəlliyə də şərik olacaqsınız.+
8 Qardaşlar, sizi Asiya əyalətində*+ başımıza gələn bəladan bixəbər qoymaq istəmirik. Biz elə bir çətin vəziyyətdə idik ki, bu çətinliyə öz gücümüzlə tab gətirə bilməzdik. Hətta sağ qalacağımıza da ümid etmirdik.+ 9 Bizə elə gəlirdi ki, ölüm hökmü almışıq. Ancaq bu, ona görə baş verdi ki, biz özümüzə yox, ölüləri dirildən Allaha+ bel bağlayaq. 10 O, bizi ölümdən qurtardı və bundan sonra da qurtaracaq. Bəli, biz ümid edirik ki, Allah bizi bundan sonra da təhlükələrdən qurtaracaq.+ 11 Siz də hərarətli dualarınızla bizə kömək edə bilərsiniz+ ki, bir çoxlarının duası sayəsində bizə göstərilən lütfdən ötrü yenə də bir çoxları bizə görə Allaha şükür etsinlər.+
12 Təmiz vicdanla deyə bilərik ki, biz bu dünyada, ələlxüsus da sizə qarşı insan müdrikliyi+ ilə deyil, Allahın lütfü ilə, paklıqla və Allahdan gələn səmimiliklə davranmışıq və bununla fəxr edirik. 13 Biz sizə oxuyub başa düşəcəyiniz* şeylərdən başqa bir şey yazmırıq. Ümidvaram ki, bundan sonra da bu şeyləri tam başa düşəcəksiniz. 14 Necə ki siz Ağamız İsanın günündə bizim sevincimiz olacaqsınız, biz də, sizlərdən bəzilərinin başa düşdüyü kimi, indi sizin sevincinizik.
15 Mən bu əminliklə əvvəlcə sizin yanınıza gəlmək niyyətində idim, istəyirdim, sizə ikinci dəfə də sevinc bəxş edim*. 16 Makedoniyaya gedərkən sizə baş çəkmək istəyirdim. Oradan qayıdanda da yanınıza gələcəkdim. İstəyirdim sonra məni Yəhudiyyəyə ötürəsiniz.+ 17 Məgər mən hər şeyi ölçüb-biçmədən bu niyyətə düşmüşdüm? Olmaya, mən kefim istəyən şeyi edirəm? «Bəli, bəli» deyib, sonra da «yox, yox» deyirəm? 18 Allahın etibarlı olduğuna şəkk-şübhə olmadığı kimi, biz də sizə nə isə deyəndə əvvəl «bəli», sonra «yox» demirik. 19 Çünki Silvanın*, Timutinin+ və mənim sizə təbliğ etdiyim Allahın Oğlu Məsih İsa gah «bəli», gah «yox» olmadı. Ona gəldikdə «bəli» «bəli» oldu. 20 Allahın bütün vədləri onun vasitəsilə «bəli» oldu.+ Buna görə də biz onun vasitəsilə «amin»+ deyib Allahı mədh edirik. 21 Sizin də, bizim də Məsihə məxsus olduğumuza zəmanət verən və bizi məsh edən Allahdır.+ 22 O, üzərimizə öz möhürünü vurub.+ Bu möhür alacağımız mükafatın zəmanəti kimi ürəyimizə qoyulan müqəddəs ruhdur.+
23 Allah şahiddir ki, sizə qıymadığım üçün indiyədək Korinfə gəlmirdim. 24 Bu, o demək deyil ki, biz sizin imanınız üzərində ağalıq edirik,+ xeyr, siz öz imanınız sayəsində mətin dayanmısınız, biz isə sevinciniz üçün sizinlə əməkdaşlıq edirik.