147 Yaha alqış edin!
Allahımızı nəğmələrdə tərənnüm etmək nə yaxşıdır,
Ona alqış etmək nə xoşdur, alqış Ona yaraşır.+
2 Yehova Yerusəlimi inşa edir,+
Pərən-pərən düşmüş İsraili bir yerə toplayır.+
3 O, qəlbisınıqlara şəfa verir,
Sızıldayan yaralarını sarıyır.
4 O, ulduzların sayını hesablayır,
Hər birini adı ilə çağırır.+
5 Rəbbimiz əzəmətlidir, qüdrəti böyükdür,+
Hikməti hədsizdir.+
6 Yehova həlimləri qaldırır,+
Şər adamları isə yerə vurur.
7 Yehovaya həmd nəğmələri oxuyun,
Allahımızı çəngdə tərənnüm edin.
8 O, göyləri buludlarla örtür,
Yer üzünə yağışlar yağdırır,+
Dağlarda yaşıl otlar bitirir,+
9 Heyvanları,
Çığırışan quzğun balalarını yedizdirir.+
10 Ona zövq verən atın gücü deyil,+
İnsanın möhkəm ayaqları Onu heyrətə salmaz.+
11 Yehova Ondan qorxanlardan,+
Məhəbbətinə ümid bağlayanlardan xoşlanır.+
12 Ey Yerusəlim, Yehovanı mədh et!
Ey Sion, Allaha alqış söylə!
13 Çünki O, sənin darvazalarının rəzələrini bərkidir,
Oğullarına xeyir-bərəkət verir.
14 Torpağına əmin-amanlıq bəxş edir,+
Səni ən yaxşı buğda ilə bəsləyir.+
15 Buyruğunu yerə göndərir,
Sözü çapartək sürətlə qaçır.
16 Qar yağdırır, ağ yun kimi,+
Qırov səpir, kül kimi.+
17 Dolu tökür, çörək tikələri kimi,+
Soyuğuna kim dözər?+
18 Əmr edir, onlar əriyir.
Küləyi əsdirir,+ suları axıdır.
19 Sözünü Yaquba,
Qayda-qanununu, hökmlərini İsrailə bəyan edir.+
20 Başqa heç bir xalqa bunu etməyib,+
Onlar Onun hökmləri barədə heç nə bilmirlər.
Yaha alqış edin!+