İbranilərə məktub
5 İnsanlar arasından seçilən hər bir baş kahin bəxşişlər və günahlara görə qurbanlar təqdim etmək üçün+ insanların rifahından ötrü Allahın qarşısında xidmətə+ təyin edilir. 2 Onun özünün də zəiflikləri olduğu üçün bilmədən günah iş tutan adamlarla şəfqətlə davranmağı bacarır. 3 Buna görə də o, xalqın günahları ilə yanaşı, öz günahları üçün də qurban təqdim etməli olur.+
4 Bu şərəfli vəzifəyə insan özü nail olmur, yalnız Harun kimi, Allah tərəfindən dəvət alanda nail olur.+ 5 Eynilə, Məsih də özü özünü baş kahin təyin edib özünü ucaltmadı,+ onu «sən Mənim oğlumsan. Bu gün Mən sənə Ata oldum» deyən ucaltdı.+ 6 Başqa bir yerdə isə O, belə deyir: «Sən Məliksadiq+ timsallı əbədi kahinsən».
7 Məsih yer üzündə yaşadığı günlərdə onu ölümdən qurtarmağa qadir olan Allaha fəryad etmiş, göz yaşları+ ilə yalvarmış, diləmişdi və Allahdan qorxduğuna görə duaları eşidilmişdi. 8 O, Allahın Oğlu olsa da, çəkdiyi əzablar sayəsində itaətli olmağı öyrəndi+ 9 və kamilliyə yetişəndən+ sonra ona itaət edən insanların əbədi xilası üçün vasitəçi oldu,+ 10 çünki Allah onu Məliksadiq timsallı baş kahin+ təyin etdi.
11 Onun barəsində hələ çox şey demək olar, amma zehniniz kütləşdiyi üçün bunu izah etmək müşkül məsələdir. 12 İndiyə siz artıq müəllim olmalıydınız, ancaq elə bir vəziyyətdəsiniz ki, kimsə sizə lap başdan Allahın müqəddəs sözləri ilə bağlı ibtidai təlimləri+ yenidən öyrətməlidir. Sizə bərk qida yox, yenə süd lazımdır. 13 Südlə qidalanan adam salehlik sözü ilə tanış deyil, çünki hələ körpədir.+ 14 Bərk qida isə yetkin adam üçündür. Belə adam ağlını* daima işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirib.