Yehovanın Kəlamı canlıdır
«Birinci Salnamələr» kitabından diqqətəlayiq fikirlər
YƏHUDİLƏR 77 ildir ki, Babil əsarətindən vətənlərinə dönüblər. Yerusəlim mə’bədinin də vali Zerubbabil tərəfindən bərpa edilməsindən artıq 55 il keçir. Yəhudilərin vətənə dönmələrinin başlıca səbəbi Yerusəlimdə təmiz ibadəti bərpa etməkdir. Amma xalqın Yehovaya ibadət etməyə, demək olar ki, həvəsi yoxdur. Onlar ruhlandırılmağa son dərəcə ehtiyac duyurlar. «Birinci Salnamələr» kitabı da məhz bu cür köməyi təqdim edir.
Nəsil şəcərələrini nəzərə almasaq, «Birinci Salnamələr» kitabı padşah Şaulun ölümündən Davudun ölümünə qədər olan 40 illik bir dövrü əhatə edir. Mə’lumatlara görə, kahin Ezra bu kitabı e. ə. 460-cı ildə qələmə almışdır. «Birinci Salnamələr» kitabı bizdə böyük maraq doğurur, belə ki, onun köməyi ilə mə’bəddə yerinə yetirilən ibadəti daha aydın şəkildə anlayır və Məsihin nəsil şəcərəsi haqqında daha ətraflı mə’lumat alırıq. Allahın ilhamlanmış Kəlamının bir hissəsi olan bu kitab imanımızı möhkəmləndirir və Müqəddəs Kitabı dərindən başa düşməyimizə kömək edir (İbranilərə 4:12).
MÜHÜM SİYAHI
Ezranın tərtib etdiyi tam təfsilatlı nəsil şəcərələri ən azı üç səbəbə görə bizim üçün maraqlıdır. Birincisi, bu kitab bizi əmin edir ki, yalnız Yehova tərəfindən tə’yin edilmiş adamlar kahin kimi xidmət edə bilər. Bundan başqa, o, qəbilələrin payına düşmüş miras haqqında mə’lumat verir və nəhayət, Məsihin nəsil şəcərəsinin siyahısını qoruyub saxlayır. Bu siyahının sayəsində yəhudilərin ilk insana qədər olan tarixini izləmək olar. Məsələn, Adəmdən Nuha qədər on nəsil, Nuhdan İbrahimə qədər də on nəsil yaşamışdır. İsmailin, İbrahimin cariyəsi Qeturanın və Esavın oğullarının adlarının siyahısı gətirildikdən sonra, artıq İsrailin 12 oğlu haqqında daha ətraflı mə’lumat verilir (1 Salnamələr 2:1).
Ezra öz kitabında Yəhudanın nəslinə daha çox yer ayırmışdır, çünki Davud padşahın hökmdar nəsli ondan törəməli idi. İbrahimdən Davuda qədər 14 nəsil, Davuddan da Babilə sürgünə qədər 14 nəsil mövcuddur (1 Salnamələr 1:27, 34; 2:1-15; 3:1-17; Matta 1:17). Sonra Ezra, İordan çayının şərqində yaşayan qəbilələrin, daha sonra isə Levinin nəslindən törəyənlərin adlarını çəkir (1 Salnamələr 5:1-24; 6:1). Bundan başqa o, İordan çayından qərbdə yaşayan digər qəbilələri və Binyaminin nəslini tam təfsilatı ilə təsvir edir (1 Salnamələr 8:1). Ezra həmçinin Yerusəlimin Babil əsarətindən qayıdan ilk sakinləri haqqında da mə’lumat verir (1 Salnamələr 9:1-16).
Müqəddəs Kitab suallarına cavablar:
1:18 — Şelahın atası kim idi — Kenan, yoxsa Arpakşad? (Luka 3:35, 36). Şelahın atası Arpakşad idi (Yaradılış 10:24; 11:12). Luka 3:36 ayəsindəki «Kenan» sözü, görünür, «xaldeylilər» sözünün səhv yazılış formasıdır. Əgər bu belədirsə, onda gərək ki, orijinal mətndə bu sözlər «xaldeyli Arpakşadın oğlu» kimi yazılmış olardı. Yaxud da ola bilər, Kenan və Arpakşad adları eyni insana aiddir. Həmçinin qeyd etməliyik ki, «Kenan oğlu» ifadəsi bə’zi əlyazmalarda yoxdur.
2:15 — Məgər Davud Yesseyin yeddinci oğlu idi? Xeyr. Yesseyin səkkiz oğlu var idi və Davud onlardan ən kiçiyi idi (1 Şamuel 16:10, 11; 17:12). Görünür, Yesseyin oğullarından biri özündən sonra övlad qoymayıb ölmüşdür. Nəsil şəcərəsində heç bir rol oynamadığına görə Ezra onun adını nəsil şəcərəsinə salmayıb.
3:17 — Luka 3:27 ayəsində nə üçün Yohanan oğlu Şealtiel Nerinin oğlu adlanır? Şealtielin atası Yohanan idi. Görünür, Şealtiel Nerinin qızı ilə evli idi. Yusifi Məryəmin atası Elinin oğlu adlandırdığı kimi, Luka Nerinin kürəkəni haqqında da onun oğlu kimi danışır (Luka 3:23).
3:17-19 — Zerubbabil, Pedaya və Şealtiel arasında hansı qohumluq telləri mövcud idi? Zerubbabil Pedayanın oğlu, Pedaya isə Şealtielin qardaşı idi. Amma Müqəddəs Kitab hərdən Zerubbabili Şealtielin oğlu adlandırır (Matta 1:12; Luka 3:27). Ola bilər, Pedaya öləndən sonra Zerubbabili əmisi Şealtiel böyütmüşdür. Və yaxud da Şealtiel övladsız ölmüş və Pedaya qardaşının dul arvadına evlənmişdir. Zerubbabil bu birliyin ilk övladı olduğundan Müqəddəs Kitab hərdən onu Şealtielin oğlu adlandırır (Qanunun təkrarı 25:5-10).
5:1, 2 — Yusif ilk oğulluq haqqını qazanmaqla nə əldə etdi? İlk oğulluq haqqının sayəsində, Yusifə mirasdan ikiqat pay düşdü (Qanunun təkrarı 21:17). Beləliklə İsrailin iki qəbiləsi Yusifin iki oğlunun — Efrayim və Menaşşenin adını daşımağa başladı. İsrailin digər oğullarının hərəsinin adını isə bir qəbilə daşıyırdı.
Bizim üçün ibrət dərsləri:
1:1–9:44. Real şəxsiyyətlərin nəsil şəcərələri sübut edir ki, həqiqi ibadət əfsanələrə deyil, faktlara əsaslanır.
4:9, 10. Yehova Yabesin ürəkdən gələn duasına cavab verdi. O, Yehovadan xahiş edirdi ki, Allahdan qorxan insanları yerləşdirmək üçün onun torpaqlarını sülh yolu ilə genişləndirsin. Biz də ondan nümunə götürüb Allahdan xahiş etməliyik ki, iştirak etdiyimiz şagird hazırlamaq işinə xeyir-dua versin.
5:10, 18-22. Padşah Şaulun günlərində israillilər İordan çayından şərqdə yaşayan həcərlilərlə müharibədə qalib gəldilər. Həcərlilər saylarına görə israillilərdən iki dəfə çox olsalar da döyüşdə məğlub oldular. Bu qələbə İsrail ordusundakı igid adamların Yehovaya güvənib, Ondan kömək gözləmələri sayəsində baş verdi. Gəlin sayca bizdən qat-qat üstün olanlara qarşı apardığımız ruhani müharibədə biz də var gücümüzlə Yehovaya güvənək (Efeslilərə 6:10-17).
9:26, 27. Levili olan qapıçılar çox məs’uliyyətli vəzifə daşıyırdılar. Onlara mə’bədin müqəddəs yerlərinin açarları tapşırılmışdı. Onlar gündəlik olaraq darvazaları açmaq vəzifələrinin öhdəsindən yaxşı gəlirdilər. Bizə də çox məs’uliyyətli bir iş tapşırılıb: biz sahəmizdə yaşayan insanları tapmalı və onlara Yehovaya ibadət etməyə başlamağa kömək etməliyik. Məgər biz də levili qapıçılar kimi e’tibarlı və sədaqətli olmalı deyilikmi?
DAVUD PADŞAHLIQ EDİR
Kitabın bu hissəsi Gilboa dağında filiştlilərlə israillilər arasındakı döyüşün təsviri ilə başlayır. Döyüşdə padşah Şaul və üç oğlu həlak olur. Yesseyin oğlu Davud Yəhuda qəbiləsinin padşahı olur. Tezliklə o, Yerusəlimi zəbt edir. Bütün qəbilələrdən olan döyüşçülər Xevrona gəlib Davudu bütün İsrail üzərində padşah edirlər (1 Salnamələr 11:1-3). Bir qədər vaxtdan sonra, israillilər «səs-küylə şeypur... çalaraq... və liraların yüksək səsi altında» Əhd sandığını Yerusəlimə gətirirlər (1 Salnamələr 15:28).
Davud Yehovaya Onun üçün ev tikmək niyyətində olduğunu bildirir. Yehova bu şərəfin Süleymanın payına düşəcəyini bildirir və Davudla Padşahlığa dair əhd bağlayır. Davud İsrailin düşmənlərinə qarşı döyüşməyə davam edir, Yehova da ona bir-birinin ardınca bir neçə qələbə verir. Amma xalqın qeyri-qanuni siyahıya alınması nəticəsində 70 000 nəfər həyatını itirir. Davud mələk vasitəsilə Yehovaya qurbangah düzəltmək əmrini alandan dərhal sonra, Yevuslu Aravnadan torpaq sahəsi alır və burada Yehovaya ‘əzəmətli’ ev tikmək üçün ‘çoxlu hazırlıq işləri görür’ (1 Salnamələr 22:5). Davudun levililər üçün təşkil etdiyi xidmət qaydaları Müqəddəs Kitabın heç bir yerində bu qədər tam surətdə təsvir edilmir. Padşah da, xalq da mə’bəd üçün bol-bol ianələr edirlər. Davud 40 il padşahlıq etdikdən sonra, ‘uzun ömür sürüb sərvət və şöhrətdən doymuş halda ölür və yerinə oğlu Süleyman padşah olur’ (1 Salnamələr 29:28).
Müqəddəs Kitab suallarına cavablar:
11:11 — Nə üçün ölənlərin sayı paralel yer olan 2 Şamuel 23:8 ayəsindəki kimi 800 nəfər deyil, 300 nəfərdir? Davudun üç igidinin başçısı Yaşoveam, yə’ni Yoşev-Başşevet sayılırdı. Digər iki igidinin adı Eleazar və Şamma idi (2 Şamuel 23:8-11). Bu iki mə’lumatda söhbət, görünür, eyni adamın etdiyi müxtəlif hərəkətlərdən gedir.
11:20, 21 — Davudun üç igidi ilə Avişayın hansı əlaqəsi vardı? Avişay Davuda xidmət edən üç igidin sırasına daxil deyildi. Amma 2 Şamuel 23:18, 19 ayələrində deyildiyi kimi, o, 30 döyüşçünün başçısı idi və onların hamısından daha şöhrətli idi. Avişay da üç igid qədər şöhrətə malik idi, belə ki, Yaşoveam kimi o da məharətli işlər görürdü.
12:8 — Qadlı döyüşçülərin üzləri hansı mə’nada «şir üzü» kimi idi? Bu igidlər Davudun tərəfində idilər. Səhrada olarkən onların saçları uzanmışdır. Bu cür görkəmlərinə görə onlar güclü şirlərə bənzəyirdilər.
13:5 — «Misirdəki Şixor çayı» hansı çaydır? «Şixor» ibranicə çay deməkdir, bu səbəbdən bir çoxları elə düşünürlər ki, bu, Nil çayının qollarından birinə aiddir. Saylar 34:2, 5 ayələrində də eyni çay nəzərdə tutulur. Buna baxmayaraq, bu ayələrdə həmin fikri daha düzgün ifadə edən və «vadi» kimi tərcümə edilən başqa bir ibrani sözü istifadə edilmişdir. Buna görə «Misirdəki Şixor çayı» Və’d edilmiş torpağın cənub-qərb sərhədini təşkil edən uzun, dərin «Misir vadisi»dir (Saylar 34:2, 5; Yaradılış 15:18).
16:1, 37-40; 21:29, 30; 22:19 — Sandıq Yerusəlimə gətirildikdən sonra və mə’bəd tikilənə qədər İsraildə Yehovaya qurbanları harada təqdim edirdilər? Davud sandığı Yerusəlimdə düzəltdirdiyi çadıra qoyur. Artıq bir neçə il idi ki, sandıq çadırda saxlanılmırdı. Sandıq Yerusəlimə gətirildikdən sonra çadırda qalır. Əvvəlki çadır isə Giveon şəhərində idi, baş kahin Sadoq və onun qardaşları orada Qanun əsasında qurbanlar təqdim edirdilər. Bu vəziyyət Yerusəlimdəki mə’bədin tikintisi qurtaranadək davam etdi. Mə’bəd hazır olandan sonra çadır Giveondan Yerusəlimə gətirildi və bundan sonra Sandıq mə’bədin Ən Müqəddəs yerində saxlanılmağa başladı (1 Padşahlar 8:4, 6).
Bizim üçün ibrət dərsləri:
13:11. Sə’ylərimiz baş tutmayanda hirslənib Yehovanı günahlandırmaqdansa, gəlin vəziyyəti təhlil edib uğursuzluğa nə üçün düçar olduğumuzun səbəbini ayırd edək. Şübhəsiz ki, Davud da bu məsələyə məhz belə yanaşırdı. O, səhvini başa düşdü və bir müddətdən sonra Sandığı Yerusəlimə lazımi qaydada uğurla gətirib çıxardıa.
14:10, 13-16; 22:17-19. Bizə ruhani cəhətdən tə’sir göstərəcək hər hansı bir addımı atmazdan əvvəl Yehovaya duada müraciət etməli və Onun rəhbərliyini axtarmalıyıq.
16:23-29. Yehovaya ibadət həyatımızda başlıca yeri tutmalıdır.
18:3. Yehova Allah bütün və’dlərini mütləq yerinə yetirir. O, «Misir çayından böyük Fərat çayına» qədər olan Kən’an torpağını israillilərə verməklə, İbrahimin nəslinə verdiyi və’di Davudun vasitəsilə yerinə yetirdi (Yaradılış 15:18; 1 Salnamələr 13:5).
21:13-15. Yehova xalqının çəkdiyi iztirablara həssas yanaşdığı üçün mələyə əmr etdi ki, bəlanı dayandırsın. Həqiqətən, «Onun rəhmi çox böyükdür»b.
22:5, 9; 29:3-5, 14-16. Davud Yehovanın mə’bədini «tikməyə səlahiyyət almasa da,» əliaçıqlıq göstərdi. Buna səbəb nə idi? O, hər şeyə Yehovanın xeyirxahlığı sayəsində malik olduğunu gözəl dərk edirdi. Malik olduğumuz hər bir şeyə görə minnətdarlığımız eynilə bizi də əliaçıqlıq göstərməyə təşviq edəcək.
24:7-18. Yehovanın mələyi vəftizçi Yəhyanın atası Zəkəriyyəyə görünüb, ona oğlunun doğulacağı barədə xəbər çatdıranda kahinlər əvvəlki kimi Davudun tə’sis etdiyi növbələrlə xidmət edirdilər. Zəkəriyyə «Aviya tayfasından» idi və o vaxt mə’bəddə öz növbəsinə görə xidmət edirdi (Luka 1:5, 8, 9). Bəli, həqiqi ibadət əfsanəvi deyil, tarixi şəxsiyyətlər ətrafında dövr edir. Biz də «sadiq və ağıllı qul» sinfi ilə əməkdaşlıq edərək Allahın müasir təşkilatını dəstəkləyiriksə, Yehova bizə bol-bol xeyir-dua verəcək (Matta 24:45).
Yehovaya «səmimi qəlbdən» xidmət edin
«Birinci Salnamələr» kitabı, əlbəttə ki, ancaq nəsil şəcərələrindən bəhs etmir. Bu kitabda həmçinin Davudun Əhd sandığını Yerusəlimə necə gətirməsindən, onun böyük qələbələrindən, mə’bədin tikilməsi üçün görülən hazırlıq işlərindən və Levili xidməti üçün tayfa quruluşunun yaradılmasından danışılır. Şübhəsiz, Ezranın «Birinci Salnamələr» kitabında yazdığı hər şey israillilərə çoxlu fayda gətirmiş, Yehovanın mə’bədində xidmət etmək üçün onları yenidən həvəsləndirmişdir.
Yehovaya ibadətin həyatında başlıca yer tutmasına dair Davud həqiqətən də gözəl nümunə vermişdir! Xüsusi üstünlüklərə yiyələnmək əvəzinə, Davud hər zaman Allahın iradəsini yerinə yetirməyi həyatında ön plana qoyurdu. Biz də Yehova Allaha «səmimi qəlbdən və həvəslə» xidmət etmək istəyiriksə, Davudun nümunəsini təqlid etməyə təşviq olunuruq (1 Salnamələr 28:9).
[Haşiyələr]
a Davudun Sandığı Yerusəlimə gətirmək cəhdi haqqında daha ətraflı mə’lumat almaq üçün «Gözətçi Qülləsi»nin 2005-ci il 1 iyul sayının 14-17-ci səhifələrinə baxın.
b Davudun keçirdiyi qeyri-qanuni siyahıya alma haqqında daha çox mə’lumat toplamaq üçün «Gözətçi Qülləsi»nin 2005-ci il 1 iyul sayının 14-17-ci səhifələrinə baxın.
[8-11-ci səhifələrdəki cədvəl/şəkillər]
(Cədvələ nəşrin özündə baxın)
B. e. ə. 4 026–cı il Adəm Adəmdən Nuha qədər doqquz nəsil
Nuh (1 056 il)
130 il ⇩
Şet
105 ⇩
Enoş
90 ⇩
Qenan
70 ⇩
Mahalalel
65 ⇩
Yered
162 ⇩
Xanok
65 ⇩
Metuşelah
187 ⇩
Lemek
182 ⇩
E. ə. 2970–ci il Nuh B. e. ə. 2970–ci ildə NUH doğuldu
Adəmdən Nuha qədər doqquz nəsil (1 056 il)
502 il ⇩ İbrahim (952 il)
Sam
DAŞQIN b. e. ə. 2370–ci il
100 ⇩
Arpakşad
35 ⇩
Şelah
30 ⇩
Ever
34 ⇩
Peleq
30 ⇩
Reu
32 ⇩
Seruq
30 ⇩
Naxor
29 ⇩
Terah
130 ⇩
B. e. ə. 2 018–ci il İbrahim B. e. ə. 2 018–ci ildə
İBRAHİM doğulur
İbrahimdən Davuda qədər
100 il 14 nəsil (911 il)
İshaq
60 ⇩
Yaqub
c.88 ⇩
Yəhuda
⇩
Peres
⇩
Xesron
⇩
Ram
⇩
Amminadav
⇩
Naxşon
⇩
Salmon
⇩
Boaz
⇩
Oved
⇩
Yessey
⇩
B. e. ə. 1 107–ci ildə DAVUD doğulur