DƏRS 33
Allahın Padşahlığının görəcəyi işlər
Allahın Padşahlığı artıq göydə hakimiyyət sürür. Bu Padşahlıq tezliklə yer üzərində də hakimiyyət sürəcək və burada köklü dəyişikliklər edəcək. Bu fəsildə görəcəksiniz ki, Padşahlığın hakimiyyəti altında yaşayanda hansı nemətləri alacaqsınız.
1. Allahın Padşahlığı yer üzündə sülhü və ədaləti necə bərqərar edəcək?
Allahın Padşahlığının Padşahı İsa Məsih Armageddon müharibəsində şər insanları, o cümlədən bu dünyadakı hökumətləri məhv edəcək (Vəhy 16:14, 16). Onda Müqəddəs Kitabdakı növbəti vəd tam şəkildə gerçəkləşəcək: «Az qalıb! Artıq pis adam olmayacaq» (Zəbur 37:10). İsa Padşahlıq vasitəsilə bütün yer üzündə sülhü və ədaləti bərqərar edəcək. (Əşiya 11:4 ayəsini oxuyun.)
2. Yer üzündə Allahın iradəsi yerinə yetəndə həyat necə olacaq?
Allahın Padşahlığı dünyanı idarə edəndə «salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəbur 37:29). Təsəvvür edirsiniz, belə bir dünyada yaşamaq necə gözəl olacaq! Dünyada yalnız saleh insanlar yaşayacaq, hər kəs Yehovanı və bir-birini sevəcək. Heç kəs xəstələnməyəcək, hamı əbədi yaşayacaq.
3. Şər insanlar məhv olandan sonra Allahın Padşahlığı hansı işləri həyata keçirəcək?
Şər insanlar məhv olandan sonra İsa 1000 il hakimiyyət sürəcək. Bu dövr ərzində İsa və onunla hakimiyyət sürən 144 000 nəfər bütün insanları kamilləşdirəcək. Bu dövrün tamamında bütün Yer kürəsi cənnətə dönəcək. Orada Yehovanın qanunlarına itaət edən xoşbəxt insanlar yaşayacaq. Sonra İsa hakimiyyəti Atasına, Yehovaya qaytaracaq. Yehovanın adı heç vaxt olmadığı qədər müqəddəs tutulacaq (Mətta 6:9, 10). Artıq sübuta yetiriləcək ki, Yehova bəndələrinin qeydinə qalan yaxşı Hökmdardır. O zaman Yehova Şeytanı, cinləri və hakimiyyətinə qarşı çıxan hər kəsi məhv edəcək (Vəhy 20:7—10). Allahın Padşahlığının bərqərar etdiyi mükəmməl həyat əbədi sürəcək.
D Ə R İ N L İ Y Ə V A R I N
Görün nəyə görə əmin ola bilərik ki, Allah gələcəklə bağlı bütün vədlərini Padşahlıq vasitəsilə yerinə yetirəcək.
4. Allahın Padşahlığı bu dünyadakı hökumətlərə son qoyacaq
«Bütün dövrlərdə insanın insana ağalıq etməsi insanın zərərinə olub» (Vaiz 8:9). Yehova insan hakimiyyətinin vurduğu ziyanı Padşahlıq vasitəsilə aradan qaldıracaq.
Dənyal 2:44 və 2 Salonikililərə 1:6—8 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:
Yehova Allah və İsa Məsih insan hökumətlərinə və onların tərəfdaşlarına nə edəcək?
Yehova və İsa haqqında öyrəndikləriniz sizi necə əmin edir ki, onların bu hökmü ədalətli olacaq?
5. İsa mükəmməl Padşahdır
Allahın Padşahlığının Padşahı olan İsa yer üzündə yaşayan insanların rifahı üçün çoxlu işlər görəcək. VİDEOYA baxın. Görün İsa necə göstərmişdi ki, insanlara kömək etmək istəyir və Allahın verdiyi qüvvə ilə bunu etməyə qadirdir.
İsa Məsih yer üzündə olanda Padşahlığın nələr edəcəyini əyani şəkildə göstərmişdi. Növbəti nemətlərdən hansını daha çox gözləyirsiniz? Həmin nemətlərin qarşısındakı ayələri oxuyun.
İSA YER ÜZÜNDƏ OLANDA... |
İSA GÖYDƏN YERİ İDARƏ EDƏNDƏ... |
---|---|
|
|
|
|
|
|
|
|
6. Allahın Padşahlığının hakimiyyəti altında həyat gözəl olacaq
Padşahlıq Yehovanın insanlarla bağlı ilk niyyətini tamlığı ilə gerçəkləşdirəcək. İnsanlar cənnətə çevrilmiş yer üzündə əbədi yaşayacaq. VİDEOYA baxın və görün Yehova Oğlu İsa Məsih vasitəsilə niyyətini necə yerinə yetirir.
Zəbur 145:16 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Yehovanın hər bir məxluqu istəyinə çatdıracağını bilmək sizdə hansı hissləri oyadır?
BƏZİ İNSANLAR DEYİR: «Bütün insanlar birləşsə, dünyanın problemləri həll olunar».
Allahın Padşahlığı dünya hökumətlərinin həll edə bilmədiyi hansı problemləri həll edəcək?
İCMAL
Allahın Padşahlığı Allahın niyyətini həyata keçirəcək. Bütün Yer kürəsi cənnətə çevriləcək, orada yalnız Yehovaya ibadət edən saleh insanlar məskən salıb əbədi yaşayacaq.
Təkrar
Allahın Padşahlığı Yehovanın adını necə müqəddəs edəcək?
Nəyə görə əmin ola bilərik ki, Allahın Padşahlığı Müqəddəs Kitabdakı vədləri gerçəkləşdirəcək?
Padşahlığın həyata keçirəcəyi işlərdən hansını görməyi daha çox arzulayırsınız?
Ə L A V Ə M Ə L U M A T
Armageddon nə deməkdir?
İsa Məsihin «böyük müsibət» adlandırdığı dövrdə baş verəcək hadisələr barədə oxuyun (Mətta 24:21).
Videoya baxaraq ailənizlə birgə Cənnətdəki həyatı təsəvvürünüzdə canlandırın.
«Bir çox sual mənə rahatlıq vermirdi» məqaləsini oxuyun və görün siyasi üsyankar axtardığı cavabı necə tapdı.
«Müqəddəs Kitab həyatları dəyişir» («Gözətçi qülləsi», yanvar—mart 2012)