Yuil
2 «Sionda şeypur çalın!+
Müqəddəs dağımda döyüş nərəsi çəkin!
Qoy bütün ölkə sakinləri tir-tir əssin,
Çünki Yehovanın günü gəlir,+ çox yaxındır!
2 O gün qaranlıq, zülmət bir gündür!+
Buludlu və zil qaranlıq bir gündür!+
Sanki, dağlar dan işığının qabağını kəsib.
Böyük, qüdrətli bir xalq var.+
Onun kimisi heç bir zaman olmayıb,
Ondan sonra da heç vaxt olmayacaq,
Gələcək nəsillərdə də olmayacaq.
3 Önündə hər şeyi od yandırıb-yaxır,
Arxasında alov məhv edir.+
4 Görkəmcə ata bənzəyir,
Döyüş atları kimi qaçırlar.+
5 Onların səsi dağ başında sıçrayan cəng arabalarının gurultusu kimidir,+
Küləşi yandıran alovun çırtıltısına oxşayır.
Döyüş nizamı ilə düzülmüş qüdrətli xalq kimidir.+
6 Onların əlindən xalqlar əzab çəkəcək.
Üzlər od tutub yanacaq.
7 Onlar cəngavərtək irəli atılır,
Əsgərtək divara dırmaşırlar.
Hər biri nizamla yeriyir,
Cərgədən çıxmır.
8 Bir-birini itələmir,
Hər kəs nizamla irəliləyir.
Atılan oxlar bəzilərini yıxsa da,
O biriləri sıranı pozmur.
9 Şəhərə girirlər, divarları aşırlar.
Evlərə dırmaşırlar, oğru kimi pəncərələrdən girirlər.
10 Qabaqlarında yer titrəyir, göylər sarsılır.
Günəş və ay qaralır,+
Ulduzların parıltısı itir.
11 Yehova Öz ordusunun başında nərə çəkəcək,+ düşərgəsində əsgərlərin sayı-hesabı yoxdur.+
Sözünü yerinə yetirən Allah qüdrətlidir.
Bəli, Yehovanın günü möhtəşəm və müdhişdir!+
Kim duruş gətirə bilər?»+
12 Yehova bəyan edir: «Buna görə də bütün qəlbinizlə Mənə sarı dönün,+
Oruc tutun,+ ağlayıb nalə çəkin.
13 Yaxanızı yox,+ ürəyinizi cırın,+
Allahınız Yehovaya tərəf qayıdın,
Çünki O, mərhəmətli, rəhmli, səbirlidir+, məhəbbəti boldur+,
Fəlakət hökmünə görə heyifsilənər.
14 Kim bilir, bəlkə də, heyifsilənəcək+ və sizə bərəkət verəcək,
Belə ki, Allahınız Yehova üçün
Taxıl və şərab təqdiməsi gətirə biləsiniz.
15 Sionda şeypur çalın!
Oruc elan edin, təntənəli yığıncaq çağırın!+
16 Xalqı toplayın, yığıncağı pak edin.+
Ahılları toplayın, uşaqları və südəmər körpələri toplayın.+
Qoy bəy otağından, gəlin gərdəyindən çıxsın.
17 Qoy kahinlər,
Yehovanın xidmətçiləri eyvanla qurbangah+ arasında ağlayıb desinlər:
“Ey Yehova, xalqına rəhmin gəlsin,
Qoyma irsin rüsvay olsun.
Qoyma yad xalqlar onların üzərində ağalıq etsin.
Axı nə üçün xalqlar arasında “hanı onların Allahı” deyilsin?”+
18 Onda Yehova Öz torpağının qeyrətini çəkəcək,
Xalqına rəhm edəcək.+
19 Yehova xalqına hay verib deyəcək:
“Budur, sizə taxıl, təzə şərab, yağ verirəm,
Siz doyacaqsınız.+
Bir daha sizi xalqlar arasında rüsvay etməyəcəyəm.+
20 Şimallını qovub sizdən uzaqlaşdıracağam,
Qupquru çöl-biyabana qovacağam.
Ön cərgələrini şərq dənizinə*,
Arxa cərgələrini qərb dənizinə* qovacağam.
21 Qorxma, ey torpaq!
Sevin, şadlan! Yehova, doğrudan da, möhtəşəm işlər görəcək.
22 Qorxmayın, ey çölün heyvanları,
Düzəngahlar yamyaşıl don geyəcək,+
Ağaclar bar gətirəcək,+
Əncir, üzüm bol olacaq.+
23 Ey Sion oğulları, şadlanın, sevinciniz Allahınız Yehova olsun,+
Çünki O, sizə bəs qədəri payız yağışı verəcək.
O, sizə əvvəllər olduğu kimi gur yağışlar,
Payız və yaz yağışları göndərəcək.+
24 Xırmanlar taxılla dolacaq,
Çənlər təzə şərab və yağla dolub-daşacaq.+
25 Üzərinizə göndərdiyim böyük qoşunumun,+
İllər boyu məhsulunuzu yeyən çəyirtkə sürüsünün, qanadsız çəyirtkənin,
Acgöz çəyirtkənin və məhv edən çəyirtkənin sizə vurduğu ziyanı ödəyəcəyəm.
26 Siz doyunca yeyəcəksiniz,+
Sizin üçün xariqəli işlər görən
Allahınız Yehovanın adını mədh edəcəksiniz.+
Xalqım daha üzüqara olmayacaq.+
Xalqım daha üzüqara olmayacaq.
28 Bundan sonra hər cür insanın üzərinə ruhumu tökəcəyəm,+
Sizin oğullarınız da, qızlarınız da peyğəmbərlik edəcək.
Qocalarınız röyalar görəcəklər,
Gəncləriniz vəhylər alacaq.+
29 Hətta qullarımın və qarabaşlarımın da üzərinə
Həmin günlərdə ruhumu tökəcəyəm.