Yaradılış
1 Başlanğıcda Allah göyü və yeri yaratdı.+
2 Yer quruluşsuz və boş idi, dərin suların+ üzərində qaranlıq hökm sürürdü; Allahın ruhu*+ suların+ üzərində hərəkət edirdi.
3 Allah dedi: «Qoy işıq olsun». İşıq oldu.+
4 Allah gördü ki, işıq yaxşıdır. O, işıqla qaranlığı bir-birindən ayırdı. 5 Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı.+ Axşam oldu, səhər oldu. Bu, birinci gün idi.
6 Allah dedi: «Qoy suların arasında fəza+ olsun və onları iki yerə ayırsın».+ 7 Allah fəzanı yaratdı və onun altındakı suları üstündəki sulardan ayırdı.+ Belə də oldu. 8 Allah fəzanı «göy» adlandırdı. Axşam oldu, səhər oldu. Bu, ikinci gün idi.
9 Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın və quru görünsün».+ Belə də oldu. 10 Allah qurunu «yer»,+ bir yerə yığılmış suları isə «dəniz»+ adlandırdı. Allah gördü ki, bu, yaxşıdır+. 11 Sonra Allah dedi: «Qoy yerdə ot-ələf, toxum verən bitkilər və növünə görə tumlu meyvə gətirən ağaclar bitsin». Belə də oldu. 12 Yerdə ot-ələf, növünə görə toxum verən bitkilər+ və növünə görə tumlu meyvə gətirən ağaclar bitdi. Allah gördü ki, bu, yaxşıdır. 13 Axşam oldu, səhər oldu. Bu, üçüncü gün idi.
14 Sonra Allah dedi: «Qoy gündüzü gecədən ayırmaq üçün+ göydə işıq saçan cisimlər+ peyda olsun. Onlar bir əlamət olub fəsilləri, günləri, illəri göstərsinlər.+ 15 Qoy onlar göydən yerə işıq saçsınlar». Belə də oldu. 16 Allah işıq saçan iki iri göy cismi düzəltdi, böyüyünü gündüzə hökm etmək üçün,+ kiçiyini isə gecəyə hökm etmək üçün; O həmçinin ulduzları düzəltdi*.+ 17 Allah onları göydə yerləşdirdi ki, yerə işıq saçsınlar, 18 gündüzlə gecəyə hökm etsinlər və işığı qaranlıqdan ayırsınlar.+ Allah gördü ki, bu, yaxşıdır. 19 Axşam oldu, səhər oldu. Bu, dördüncü gün idi.
20 Sonra Allah dedi: «Qoy sular canlılarla dolsun və göy üzündə qanadlı məxluqlar uçsun».+ 21 Allah nəhəng dəniz heyvanlarını, cinsinə görə sularda qaynaşan canlıları və cinsinə görə hər cür qanadlı məxluqu yaratdı. Allah gördü ki, bu, yaxşıdır. 22 Allah onlara xeyir-dua verib dedi: «Törəyib çoxalın və dəniz sularını doldurun,+ qoy qanadlı məxluqlar da yer üzündə çoxalsın». 23 Axşam oldu, səhər oldu. Bu, beşinci gün idi.
24 Sonra Allah dedi: «Qoy yer cinsinə görə canlılar — ev heyvanları, vəhşi heyvanlar və sürünən heyvanlar* əmələ gətirsin».+ Belə də oldu. 25 Allah cinsinə görə vəhşi heyvanları, cinsinə görə ev heyvanlarını və cinsinə görə sürünən heyvanları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.
26 Sonra Allah dedi: «Bizə bənzəyən*+ insan yaradaq+, qoy o, dənizdəki balıqlara, göydəki qanadlı məxluqlara, ev heyvanlarına, bütün yer üzünə və yer üzündə sürünən heyvanların hamısına hökmranlıq etsin».+ 27 Beləliklə, Allah insanı Öz bənzərində, Özünə oxşar yaratdı, onları kişi və qadın olaraq yaratdı.+ 28 Sonra Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın, bütün yer üzünü doldurun+ və ona sahib olun.+ Dənizdəki balıqların, göydəki qanadlı məxluqların və yerdəki digər canlıların üzərində hökmranlıq edin».+
29 Sonra Allah dedi: «Bütün yer üzündəki toxum verən bitkilərin və tumlu meyvələri olan ağacların hamısını sizə verirəm. Onlarla qidalanın.+ 30 Bütün vəhşi heyvanlara, göydəki bütün qanadlı məxluqlara, yerdəki digər canlılara isə yem olaraq bütün yaşıl bitkiləri verirəm».+ Belə də oldu.
31 Bundan sonra Allah yaratdıqlarının hamısına baxdı və gördü ki, hər şey çox yaxşıdır+. Axşam oldu, səhər oldu. Bu, altıncı gün idi.