Əşiya
53 Kim bizdən eşitdiyinə* iman gətirdi?+
Yehova gücünü* kimə nümayiş etdirdi?+
2 O, onun* önündə pöhrə+ kimi, quru torpaqda kök kimi cücərəcək.
Görkəmində nə vüqar, nə cah-calal var,+
Baxanda görkəmi bizi özünə çəkmir.
Sanki, çöhrəsi bizdən gizli idi*.
Ona həqarət edirdilər, biz onu heç sayırdıq.+
Biz isə elə bilirdik, onu Allah vurub, dərdə, bəlaya düçar edib.
Əmin-amanlığımız uğrunda cəza çəkdi.+
Biz onun yaraları ilə şəfa tapdıq.+
6 Hamımız qoyun kimi azıb qalmışdıq,+
Hərə bir yana üz tutmuşdu;
Yehova hamımızın təqsirini onun üzərinə qoydu.+
Onu kəsməyə aparılan qoyun kimi apardılar,+
Qırxımçıların qabağında dilsiz-ağızsız duran qoyun kimi idi,
Ağzını açıb dinmədi.+
8 O, zülm gördü, haqsız məhkum edilib aradan götürüldü.
Kimdir onun əsil-nəcabəti ilə maraqlanan?!
9 Ona şər bəndələrin yanında,+
Öləndə dövlətlilərin* yanında yer verildi,+
Halbuki heç bir pislik* etməmişdi,
Ağzından bir hiyləli söz çıxmamışdı.+
10 Onu əzaba, azar-bezara düçar etmək Yehovaya məqbul idi.
Onun canını təqsir qurbanı olaraq təqdim etsən,+
O, övladlarını görəcək, ömrünü uzadacaq,+
Yehovanın istəyi onun vasitəsilə həyata keçəcək.+
11 Çəkdiyi cəfanın səfasını görüb razı qalacaq.