Yaqub
1 Allahın və Ağamız İsa Məsihin qulu Yaqubdan+ yer üzünə səpələnmiş on iki qəbiləyə məktub:
Sizə salam olsun!
2 Qardaşlar, üzləşdiyiniz müxtəlif sınaqları sevinclə qarşılayın.+ 3 Bilin ki, sınanmış imanınız sizdə dözüm hasil edir.+ 4 Qoy dözüm öz işini tamamlasın ki, siz kamil və hər cəhətdən sağlam olasınız, heç nədə əskiyiniz olmasın.+
5 Əgər sizlərdən kiminsə hikməti çatışmırsa, qoy hər kəsə səxavətlə və qınamadan verən+ Allahdan diləsin*+ və ona veriləcək.+ 6 Amma qoy imanla diləsin,+ zərrə qədər də şübhə etməsin.+ Çünki şübhə edən adam küləyin qaldırıb ora-bura çırpdığı dəniz dalğasına bənzər. 7 Qoy belə adam Yehovadan heç nə ummasın, 8 çünki o, bütün işlərində qətiyyətsiz+ və səbatsız adamdır.
9 Qoy fağır qardaş ucaldılması ilə,+ 10 varlı isə alçaldılması ilə fəxr etsin,+ çünki varlı adam çöl çiçəyi kimi solub gedəcək. 11 Necə ki günəş doğanda onun yandırıb-yaxan istisi bitkiləri qurudur, onların çiçəkləri tökülür və gözəlliyi itib gedir, eynilə, varlı adam da iş-gücünün içində solub gedəcək.+
12 Sınaqlara tab gətirən adam xoşbəxtdir.+ Çünki o, bəyənilib Yehovanın Onu sevənlərə vəd etdiyi+ həyat tacını alacaq.+ 13 Sınaqlarla üzləşəndə qoy heç kəs: «Allah məni sınağa çəkir», — deməsin, çünki Allah heç kəsi pisliklə sınamır və Onun Özünü də pisliklə sınamaq mümkün deyil. 14 Lakin hər kəs öz nəfsi ilə tovlanıb aldanaraq sınanır.+ 15 Sonra nəfs boylu qalıb günah doğur, törədilmiş günah isə, öz növbəsində, ölümə aparır.+
16 Əziz qardaşlarım, aldanmayın. 17 Hər bir gözəl pay və hər bir kamil nemət yuxarıdan,+ səmavi nurların Atasından nazil olur.+ O, kölgə kimi dəyişkən deyil.+ 18 O, Öz iradəsinə müvafiq olaraq, xilqəti arasında bir növ nübar+ olmağımız üçün bizi həqiqət sözü vasitəsilə+ var etdi.
19 Əziz qardaşlarım, bunları unutmayın: hər bir insan eşitməyə hazır olmalı, danışmağa+ və hirslənməyə tələsməməlidir.+ 20 Çünki insanın qəzəbi onu Allah qarşısında saleh etmir.+ 21 Buna görə də özünüzü hər cür çirkabdan və pisliyin hər zərrəsindən* təmizləyin+ və sizi xilas etməyə qadir olan sözün içinizdə əkilməsinə həlimliklə yol verin.
22 Həm də sözün icraçısı olun,+ yanlış fikirlərə aldanıb onu təkcə eşitməklə kifayətlənməyin. 23 Kim Allahın sözünü eşidir, amma əməl etmirsə,+ o, güzgüdə öz sifətinə baxan adama bənzəyir. 24 O, özünə baxır, sonra çıxıb gedir və dərhal görünüşünü unudur. 25 Ancaq kamil azadlıq qanununa+ diqqətlə baxan və ona bağlı qalan adam unutqan dinləyici olmayıb eşitdiklərinə əməl etdiyi üçün öz işində xoşbəxt olacaq.+
26 Əgər kimsə dindar olduğunu düşünür, amma dilini cilovlamırsa,+ o, öz-özünü aldadır və onun dindarlığı boşdur. 27 Atamız Allahın qarşısında pak və qüsursuz dindarlıq budur: çətinliklərlə üzləşən+ yetimlərə+ və dul qadınlara+ qayğı göstərəsən və özünü bu dünyada ləkəsiz saxlayasan.+