Zəbur
94 Ey Yehova, qisası yerdə qoymayan Allah,+
Ey qisası yerdə qoymayan Allah, nurunu saç!
3 Ey Yehova, nə vaxtacan,
Nə vaxtacan pislər bayram edəcək?+
4 Onlar boş-boş, lovğa-lovğa danışırlar.
Bədəməl insanlar özləri ilə öyünürlər.
5 Ey Yehova, xalqını əzib-tapdalayır,+
İrsinə zülm edirlər.
6 Dulları, qəribləri öldürürlər,
Yetimləri qırırlar.
8 Başa düşün, ey nadanlar!
Ey ağılsızlar, nə vaxt dərrakəniz olacaq?+
9 Qulağı yaradan eşitməzmi?
Gözə quruluş verən görməzmi?+
10 Xalqları tərbiyə edən, tənbeh etməzmi?+
İnsanlara bilik verən Odur!+
11 Yehova insanın düşüncələrini bilir,
Bilir ki, onlar puçdur.+
13 Pislərə qəbir qazılanadək,
Ağır günlərində ona dinclik verirsən.+
15 Hökm yenə ədalətli olacaq,
Ürəyidüz adamlar ona tabe olacaq.
16 Kim mənim üçün pislərlə döyüşəcək?
Kim mənim üçün bədəməllərin qabağına çıxacaq?
17 Yehova kömək etməsəydi,
Az qala yox olmuşdum.+
22 Yehova mənə möhkəm sığınacaq olacaq,
Allahım sığınacaq qayamdır.+
23 Allah onların pisliyini öz başlarına gətirəcək,+
Şər əməlləri ilə özlərini məhv edəcək.
Allahımız Yehova onları məhv edəcək.+