Qalatiyalılara məktub
6 Qardaşlar, kimsə bilmədən səhv bir iş görsə də, siz yetkin məsihilər onu mülayimcəsinə+ düzəltməyə çalışın. Eyni zamanda özünüzdən muğayat olun+ ki, yoldan çıxmayasınız.+ 2 Bir-birinizin yükünü daşıyın,+ bu yolla siz Məsihin qanununu icra edəcəksiniz.+ 3 Özü bir şey olmaya-olmaya, özü haqqında yüksək fikirdə olan insan+ özünü aldadır. 4 Amma qoy hər kəs öz əməllərini yoxlasın,+ onda özünü başqası ilə müqayisə etmədən+ öz əməllərinə görə sevinə biləcək. 5 Çünki hər kəs öz məsuliyyət yükünü daşıyacaq.+
6 Qoy Allahın sözünü öyrənən adam hər bir yaxşı şeyi onu öyrədənlə bölüşsün.+
7 Aldanmayın, Allaha istehza edilməz; insan nə əkərsə, onu da biçəcək.+ 8 Günahlı bədəni üçün əkən bədənindən məhv biçəcək, ruh üçün əkənsə ruhdan əbədi həyat biçəcək.+ 9 Odur ki, gəlin yaxşı iş görməkdən yorulmayaq, çünki taqətdən düşməsək, vaxtında biçəcəyik.+ 10 Beləliklə, nə qədər ki əlimizdə fürsət var, hamıya, ələlxüsus, iman qardaşlarımıza yaxşılıq edək.
11 Görürsünüz, öz əlimlə sizə necə böyük hərflərlə yazmışam!
12 Sizi sünnət olunmağa məcbur edənlər zahiri şeylərlə insanların rəğbətini qazanmaq istəyirlər. Onların yeganə məqsədi Məsihin işgəncə dirəyinə görə təqibdən yayınmaqdır. 13 Hətta sünnət olunanların özləri Qanuna riayət etmirlər.+ Onlar ona görə sizin sünnət olunmağınızı istəyirlər ki, sizin bədəninizlə öyünsünlər. 14 Mən isə Ağamız İsa Məsihin işgəncə dirəyindən başqa bir şeylə ömrümdə öyünmərəm.+ Çünki onun vasitəsilə dünya mənim gözümdə, mən də dünyanın gözündə ölmüşəm. 15 Çünki nə sünnət olunmağın, nə də sünnət olunmamağın+ əhəmiyyəti yoxdur, əhəmiyyət kəsb edən şey yeni xilqətdir+. 16 Bu qaydaya əsasən yaşayanların hamısına — Allahın İsrailinə sülh və mərhəmət yar olsun.+
17 Bundan sonra qoy heç kim mənim üçün çətinlik törətməsin, çünki mən bədənimdə İsanın qulu damğasını daşıyıram.+
18 Qardaşlar, qoy əhval-ruhiyyənizə görə Ağamız İsa Məsihin lütfü sizə yar olsun. Amin.