Dənyal
11 Mən isə madalı Daranın+ hakimiyyətinin birinci ilində ona arxa-dayaq oldum. 2 İndi sənə deyəcəyim sözlər həqiqətdir:
Fars ölkəsində daha üç padşah meydana çıxacaq. Dördüncüsü hamısından çox var-dövlət toplayacaq. Var-dövləti sayəsində güclənəndə hər şeyi Yunanıstan səltənətinə+ qarşı qaldıracaq.
3 Sonra güclü bir padşah peyda olacaq, o, böyük qüdrətlə hökmranlıq edəcək+ və istədiyini edəcək. 4 Ancaq qüdrətinin zirvəsində onun səltənəti dağılıb dörd yerə* parçalanacaq;+ onun nəslinə keçməyəcək və onun hökmranlığı kimi qüdrətli olmayacaq. Çünki onun səltənəti kökündən qoparılacaq, onlara yox, başqalarına keçəcək.
5 Cənub padşahı, yəni onun sərdarlarından biri qüvvətlənəcək. Lakin bir nəfər onu yenib böyük qüdrətlə hökmranlıq edəcək, hakimiyyəti onunkundan güclü olacaq.
6 Bir neçə ildən sonra onlar ittifaq quracaq və cənub padşahının qızı saziş bağlamaq üçün şimal padşahının yanına gələcək. Lakin qadın qolunun qüvvətini saxlaya bilməyəcək; padşahın da nə özü, nə qolu duruş gətirməyəcək. Qadın, eləcə də onu gətirənlər, onun atası və o vaxtlar onu güclü edən təslim ediləcək. 7 Qadının kökünün pöhrəsi onun* yerində duracaq. O, orduya və şimal padşahının istehkamına qarşı çıxıb savaşacaq və qələbə çalacaq. 8 O, onların allahlarını, dəmir bütlərini, qızıl-gümüş əşyalarını, əsirlərini götürüb Misirə gələcək. Bir neçə il şimal padşahından uzaq duracaq, 9 o kəsdən ki, cənub padşahının səltənətinə qarşı çıxacaq, amma öz ölkəsinə geri qayıdacaq.
10 Onun* oğullarına gəlincə, onlar müharibəyə hazırlaşacaq, böyük, çoxsaylı ordu toplayacaqlar. O irəliləyib sel kimi keçəcək. Sonra bütün yolu vuruşaraq istehkamına qayıdacaq.
11 Cənub padşahı qəzəblənib ona, yəni şimal padşahına qarşı çıxacaq, onunla vuruşacaq. O da böyük kütlə toplayacaq, lakin bu kütlə o birisinə təslim ediləcək. 12 Kütlə aparılacaq. Onun ürəyi qürrələnəcək və o, on minləri həlak edəcək. Amma öz güclü mövqeyindən istifadə etməyəcək.
13 Şimal padşahı qayıdacaq və əvvəlkindən də böyük ordu toplayacaq. Bir neçə il sonra, dövrün sonunda o, böyük ordu və çoxlu təchizatla gələcək. 14 O günlərdə çoxları cənub padşahının əleyhinə qalxacaq.
Xalqının arasından qoluzorlular qalxıb vəhyi gerçəkləşdirməyə çalışacaq, lakin yıxılacaqlar.
15 Şimal padşahı gələcək, mühasirə bəndi qurub istehkamlı şəhəri ələ keçirəcək. Cənubun say-seçmə əsgərləri olsa da, qüvvələri* duruş gətirməyəcək; onların duruş gətirməyə gücü olmayacaq. 16 Ona* qarşı çıxan kəs istədiyini edəcək, heç kim onun qabağında dura bilməyəcək. O*, dilbər diyarda+ duracaq və qolunda məhv etmə qabiliyyəti olacaq. 17 O, səltənətinin bütün gücü ilə gəlməyi qət edəcək. Orada onunla saziş bağlanacaq və o, uğurla hərəkət edəcək. Ona qızı məhv etmək ixtiyarı veriləcək. Qız tab gətirməyəcək və daha onun olmayacaq. 18 Padşah çevrilib sahilyanı ölkələrə üz tutacaq və xeylisini zəbt edəcək. Bir sərkərdə onun tərəfindən məruz qaldığı təhqirlərə son qoyacaq. Beləcə, daha təhqir olmayacaq, təhqirləri onun özünə qaytaracaq. 19 Sonra o, geriyə, ölkəsinin istehkamlarına üz tutacaq və büdrəyib yıxılacaq, ondan əsər-əlamət qalmayacaq.
20 Onun yerini gözəl səltənətə vergiyığan göndərəcək kəs tutacaq. Ancaq o, bir neçə gündən sonra məhv olacaq, lakin bu, qəzəbdən, yaxud müharibədən olmayacaq.
21 Onun yerini bir mənfur kəs tutacaq, ona padşahlıq izzəti verilməyəcək. O, dinclik dövründə* gəlib hiylə ilə padşahlığı ələ keçirəcək. 22 Selə bənzər qüvvələr* onun önündən süpürülüb atılacaq, onlar da, əhdin+ öndəri+ də həlak olacaq. 23 Onunla ittifaq qurulduğundan o, fitnəkarlığına davam edəcək, ayağa qalxacaq və kiçik bir xalqın sayəsində güclənəcək. 24 Dinclik dövründə* əyalətin ən zəngin ərazilərinə daxil olub nə öz atalarının, nə də onların atalarının edə bilmədiyini edəcək. Qənimət və talan malı paylayacaq. İstehkamlara qarşı fəndlər quracaq, amma təkcə bir müddət.
25 O, güc və cəsarətini səfərbər edib böyük qoşunla cənub padşahının üstünə qalxacaq. Cənub padşahı çox böyük və güclü ordu toplayaraq müharibəyə hazırlaşacaq. Amma o* durmayacaq, çünki ona qarşı qəsd qurulacaq. 26 Onun ləziz təamlarından dadanlar onu yıxacaq.
Ordusu isə süpürülüb atılacaq, çoxlu tələfat olacaq.
27 Bu iki padşahın ürəyi pisliyə meyilli olacaq və bir masa arxasında oturub bir-birinə yalan danışacaqlar. Amma heç nəyə nail olmayacaqlar, çünki son öz vaxtında gələcək.+
28 O*, çoxlu sərvətlə öz məmləkətinə qayıdacaq. Ürəyi müqəddəs əhdə qarşı olacaq. O uğur qazanıb öz məmləkətinə qayıdacaq.
29 Təyin edilmiş vaxtda o qayıdıb cənubun üstünə gedəcək, lakin bu dəfə əvvəlki kimi olmayacaq, 30 çünki Kittim+ gəmiləri ona qarşı çıxacaq və o ram ediləcək.
O geri dönüb müqəddəs əhdə qarşı+ hiddətini yağdıracaq və istədiyinə nail olacaq. Sonra geri qayıdıb əhdi tərk edənlərə nəzər salacaq. 31 Ondan qüvvələr çıxıb qalxacaq. Onlar müqəddəs məkanı+, istehkamı murdarlayacaq və daimi qurbanlığı dayandıracaqlar.+
Onlar viranəlik gətirən iyrənc şey qoyacaqlar.+
32 O, əhdə xəyanət edənləri yağlı dillə dönüklüyə sürükləyəcək. Lakin öz Allahını tanıyanlar üstün gəlib uğur qazanacaqlar. 33 Xalqın ağıllıları+ çoxlarına elm verəcək, hərçənd onlar müəyyən müddət qılınc və alovdan, əsirlik və talandan səndələyəcəklər. 34 Lakin onlar səndələyəndə bir az kömək alacaqlar; xeyli adam yağlı dil töküb onlara qoşulacaq. 35 Ağıllılardan bəziləri səndələyəcək. Bunun nəticəsində saflaşma, təmizlənmə, ağardılma+ olacaq və axıra kimi davam edəcək. Çünki bu, müəyyən vaxt üçündür.
36 Bu padşah istədiyini edəcək, özünü yüksəldib bütün allahlardan üstün sayacaq və allahlar Allahına+ qarşı dəhşətli sözlər söyləyəcək. O, qəzəb dövrünün sonuna qədər uğurlu olacaq; çünki nə təyin edilibsə, baş tutmalıdır. 37 Padşah ata-babalarının Allahını və qadınların arzusunu saya almayacaq. O, heç bir allaha hörmət qoymayacaq, özünü hamıdan üstün tutacaq. 38 Əksinə, istehkamlar allahını ucaldacaq; ata-babalarının tanımadığı allahı qızıl-gümüşlə, daş-qaşla, ləl-cəvahiratla ucaldacaq. 39 O, yad allahla əlbir olaraq ən güclü istehkamlara qarşı uğurla hərəkət edəcək. Onu tanıyanları* göylərə yüksəldəcək, çoxları üzərində başçı qoyacaq. O haqq alıb torpaq paylayacaq.
40 Axırzamanda cənub padşahı onunla çəkişəcək. Şimal padşahı cəng arabalarıyla, atlılarla, çoxlu gəmilərlə onun üstünə şığıyacaq. O, ölkələrə girəcək, sel kimi onları basacaq. 41 O həmçinin dilbər ölkəyə+ girəcək və çoxlu məmləkətlər yıxılacaq. Amma Ədum, Muab və əmunilərin əsas qismi onun əlindən qurtulacaq. 42 O, əlini hey məmləkətlərə qarşı uzadacaq. Misir ölkəsi də canını qurtara bilməyəcək. 43 Misirin qızıl-gümüş xəzinələri və bütün sərvəti onun ixtiyarında olacaq. Liviyalılar və həbəşlər onun izləri ilə gedəcəklər.
44 Lakin şərqdən və şimaldan gələn xəbərlər onu narahat edəcək və o, çoxlarını qırıb məhv etmək üçün şiddətli qəzəblə qalxacaq. 45 Öz padşah çadırlarını böyük dənizlə dilbər diyardakı+ müqəddəs dağ arasında quracaq. Ancaq aqibəti çatacaq və dadına yetişən olmayacaq.