Birinci Yəhya
2 Əziz balalarım! Bunları sizə yazıram ki, heç bir günah iş tutmayasınız. Əgər kimsə bir günah iş tutsa, Atanın yanında saleh olan İsa Məsih+ kimi yardımçımız* var. 2 O, təkcə bizim günahlarımızı+ deyil, bütün dünyanın günahlarını örtən+ kəffarə qurbanıdır.+ 3 Əgər onun əmrlərinə riayət ediriksə, deməli, onu tanıyırıq. 4 «Mən onu tanıyıram» deyib onun əmrlərinə riayət etməyən adam yalançıdır və belə adamda həqiqət yoxdur. 5 Amma onun sözünə əməl edən adamda Allah məhəbbəti, doğrudan da, kamilliyə çatmışdır.+ Bunun sayəsində onunla vəhdətdə olduğumuzu bilirik.+ 6 Onunla vəhdətdə olduğunu deyən onun getdiyi yolla yeriməlidir.+
7 Əziz qardaşlarım, mən sizə yeni yox, lap əvvəldən aldığınız köhnə əmri yazıram.+ Bu köhnə əmr eşitdiyiniz sözdür. 8 Bununla belə, sizə yeni əmr — həm onun riayət etdiyi, həm də sizin riayət etdiyiniz əmri yazıram, çünki qaranlıq keçib gedir, həqiqi nur isə artıq şəfəq saçır.+
9 Nurda olduğunu söyləyib qardaşına nifrət edən+ adam hələ də qaranlıqdadır.+ 10 Qardaşını sevən nurda qalır+ və onu büdrədəcək heç nə yoxdur. 11 Amma qardaşına nifrət edən qaranlıqdadır və qaranlıqda yeriyir.+ Qaranlıq gözlərini kor etdiyi üçün o, hara getdiyini bilmir+.
12 Sizə yazıram, əziz balalar, çünki onun adı naminə günahlarınız bağışlanıb.+ 13 Sizə yazıram, atalar, çünki əzəldən var olanı tanımısınız. Sizə yazıram, cavanlar, çünki siz Şərirə qalib gəlmisiniz.+ Sizə yazıram, uşaqlar, çünki siz Atanı tanımısınız.+ 14 Sizə yazıram, atalar, çünki siz əzəldən var olanı tanımısınız. Sizə yazıram, cavanlar, çünki siz güclüsünüz,+ Allahın sözü içinizdədir+ və siz Şərirə qalib gəlmisiniz.+
15 Dünyanı və dünyadakı şeyləri sevməyin.+ Dünyanı sevən adamın qəlbində Ataya məhəbbət yoxdur,+ 16 çünki dünyadakı hər şey — cismin istəyi,+ gözlərin istəyi+ və varın nümayişə qoyulması* Atadan deyil, dünyadandır. 17 Dünya öz istəkləri ilə bərabər keçib gedir,+ Allahın istəyini yerinə yetirən isə əbədi yaşayır.+
18 Balalar, bu son saatdır. Eşitdiyiniz kimi, Məsih əleyhdarı gəlir+ və artıq çoxlu Məsih əleyhdarı peyda olub.+ Bundan bilirik ki, son saatdır. 19 Onlar aramızdan çıxıblar, lakin bizim kimi deyildilər;+ əgər bizim kimi olsaydılar, bizimlə qalardılar. Onlar aramızdan ona görə çıxdılar ki, hamının bizim kimi olmadığı məlum olsun.+ 20 Siz Müqəddəs Allah tərəfindən məsh olunmusunuz;+ hamınız həqiqəti bilirsiniz. 21 Sizə həqiqəti+ bilmədiyiniz üçün yox, əksinə, bildiyiniz üçün yazıram. Həm də ona görə ki, həqiqətdən yalan doğmur.+
22 İsanın Məsih olduğunu inkar edən yalançı deyilsə, bəs nədir?+ Atanı və Oğulu inkar edən Məsih əleyhdarıdır.+ 23 Oğulu inkar edən Ata ilə vəhdətdə deyil.+ Oğula inandığını açıq-aşkar göstərən+ isə Ata ilə vəhdətdədir.+ 24 Sizə gəlincə, qoy lap əvvəldən eşitdikləriniz sizdə yaşasın.+ Lap əvvəldən eşitdikləriniz sizdə yaşayarsa, siz həm Oğul, həm də Ata ilə vəhdətdə qalacaqsınız. 25 Üstəlik, Onun bizə vədi budur: əbədi həyat.+
26 Bütün bu yazdıqlarım sizi azdırmağa cəhd göstərənlər barəsindədir. 27 Sizə gəldikdə isə, Ondan aldığınız məsh+ sizdədir və kimsənin sizi öyrətməsinə ehtiyac yoxdur. Ondan aldığınız məsh həqiqətdir, yalan deyil, o sizə hər şeyi öyrədir.+ O, sizi öyrətdiyi kimi, siz də sizi məsh edənlə vəhdətdə qalın.+ 28 Beləliklə, əziz balalar, onunla vəhdətdə qalın ki, o zühur edəndə alnıaçıqlıqla danışa bilək+ və onun hüzuru* zamanı önündə xəcalət çəkməyək. 29 Onun saleh olduğunu bilirsinizsə, saleh işlər görənin də, Allahın övladı olduğunu bilirsiniz.+