Davudun məzmuru. Mədhiyyə.
א [Alef]
145 Səni ucaldaram, ey Allahım, Padşahım,+
Əbədiyyən adına alqış edərəm!+
ב [Bet]
2 Gecə-gündüz Səni mədh edərəm,+
Əbədiyyən adına alqış edərəm!+
ג [Qimel]
3 Yehova böyükdür, ən gözəl təriflərə layiqdir,+
Böyüklüyü ağlasığmazdır.+
ד [Dalet]
4 Nəsildən-nəslə əməllərin tərif edilər,
Qüdrətli işlərin bəyan edilər.+
ה [He]
5 Ehtişamından, əzəmətindən danışırlar.+
Mən də xariqəli işlərin üzərində düşünərəm.
ו [Vav]
6 Heyrətli işlərindən danışırlar,
Mən də böyüklüyünü bəyan edərəm.
ז [Zayn]
7 Bol kəramətindən danışanda sözləri qurtarmaz,+
Ədalətindən ötrü sevincləri aşıb-daşar.+
ח [Xet]
8 Yehova şəfqətlidir, mərhəmətlidir,+
Çox səbirlidir, məhəbbəti böyükdür.+
ט [Tet]
9 Yehova hamıya qarşı kəramətlidir,+
Bütün işlərində mərhəməti görünür.
י [Yud]
10 Bütün işlərin Səni ucaldar, ey Yehova,+
Sadiq bəndələrin Səni mədh edər.+
כ [Kaf]
11 Padşahlığının calalından danışar,+
Qüdrətin haqqında söz açarlar,+
ל [Lamed]
12 İnsanlara qüdrətli işlərini,+
Padşahlığının cah-calalını tanıtmaq üçün.+
מ [Mem]
13 Padşahlığın əbədi padşahlıqdır,
Hakimiyyətin nəsildən-nəslə davam edər.+
ס [Samex]
14 Yehova yıxılanlara dayaq olur,+
Qəddi əyilənləri ayağa qaldırır.+
ע [Ayn]
15 Hamısı ümidlə Sənə baxır,
Ruzilərini vaxtında verirsən.+
פ [Pe]
16 Əlini açırsan,
Hər bir məxluqu istəyinə çatdırırsan.+
צ [Tsade]
17 Yehova bütün yollarında ədalətlidir,+
Hər işində sədaqətlidir.+
ק [Kof]
18 Yehova Onu çağıranlara,
Onu səmimi-qəlbdən çağıranlara yaxındır.+
ר [Reyş]
19 Ondan qorxanları muradına çatdırar,+
Fəryadlarını eşidər, onları qurtarar.+
ש [Şin]
20 Yehova Onu sevən hər kəsi hifz edir,+
Lakin pislərin hamısını yox edər.+
ת [Tav]
21 Dilim Yehovanı mədh edər.+
Qoy bütün məxluqat əbədiyyən Onun müqəddəs adına alqış desin!+