Romalılara
15 Biz güclülər gücsüzlərin zəifliklərini daşımalıyıq+ və öz xeyrimizi düşünməməliyik.+ 2 Gəlin hər birimiz başqasının xeyri və qüvvətlənməsi üçün çalışaq.+ 3 Axı Məsih də öz xeyrini düşünmürdü,+ necə ki yazılıb: «Sənə qarşı deyilən təhqirlərə mən tuş gəlirəm».+ 4 Əvvəlcədən yazılanların hamısı bizə nəsihət olaraq yazılıb+ ki, dözüm sayəsində+ və Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun.+ 5 Qoy xidmətçilərinə dözüm və təsəlli verən Allah sizə Məsih İsanın düşüncə tərzini bəxş etsin. 6 Bunun sayəsində siz Ağamız İsa Məsihin Allahını və Atasını bir ağızdan, yekdilliklə+ mədh edə biləcəksiniz.
7 Buna görə də Məsih sizi qəbul etdiyi+ kimi, siz də bir-birinizi qəbul edin+ ki, nəticədə Allah şərəflənsin. 8 Məsih sünnətlilər üçün xidmətçi oldu+ ki, Allahın etibarlı olduğunu və onların əcdadlarına verdiyi vədlərini təsdiq etsin+ 9 və beləcə, xalqlar Allahı mərhəmətinə görə mədh etsinlər.+ Necə ki yazılıb: «Buna görə Səni xalqlar arasında ucaldacağam, adını nəğmələrdə tərənnüm edəcəyəm».+ 10 Həmçinin yazılıb: «Ey xalqlar, Onun xalqı ilə şadlanın!»+ 11 Başqa bir yerdə deyilir: «Ey xalqlar, Yehovaya alqış edin, qoy bütün ümmətlər Onu mədh etsin!»+ 12 Əşiya belə deyir: «Yəssənin kökü pöhrə verəcək,+ xalqlar üzərində rəhbərlik edən gələcək,+ xalqlar ümidini ona bağlayacaq».+ 13 Qoy ümid mənbəyi olan Allah Ona olan etibarınız sayəsində ürəyinizi sevinc və sülhlə doldursun və ümidiniz müqəddəs ruhun qüvvəti ilə dolub-daşsın.+
14 Qardaşlar, sizə gəlincə, əminəm ki, siz yaxşılıq etməyə hazırsınız, tam biliyə yiyələnmisiniz və bir-birinizə nəsihət verə bilərsiniz. 15 Ancaq bəzi məsələləri bir növ yadınıza salmaq üçün sizə açıq yazıram. Bunu Allahın mənə göstərdiyi lütfə əsasən edirəm. 16 Mənə lütf göstərilib ki, başqa xalqlar üçün Məsih İsanın xidmətçisi olum.+ Mən Allahın müjdəsi ilə bağlı müqəddəs işi icra edirəm+ ki, bu xalqlar müqəddəs ruhla paklanmış xoş bir bəxşiş kimi Allaha təqdim olunsun.
17 Məsih İsanın davamçısı və Allahın işini görən bir adam kimi sevinməyə əsasım var. 18 Xalqların itaət etməsi üçün Məsihin mənim vasitəmlə gördüyü işlərdən əlavə başqa bir şey haqqında danışmağa cürət etmərəm. O, bunu sözlərim və əməllərimlə, 19 həmçinin əlamət və möcüzələrlə,+ müqəddəs ruhun qüvvəsi ilə etdi. Nəticədə mən Məsih haqqındakı müjdəni Yerusəlimdən ta İllirikə qədər olan bütün ərazidə təbliğ etdim.+ 20 Həm də qarşıma məqsəd qoymuşdum ki, başqasının qoyduğu bünövrə üzərində tikməmək üçün müjdəni Məsihin tanındığı yerlərdə bəyan etməyim. 21 Necə ki yazılıb: «Onun sorağını almayanların gözləri görəcək, eşitməyənlər başa düşəcək».+
22 Bu vaxta kimi yanınıza gələ bilməməyimin səbəbi də elə bu olub. 23 Ancaq indi bu tərəflərdə təbliğ etmədiyim yer qalmayıb, həm də uzun illərdir* ki, sizin həsrətinizi çəkirəm. 24 Buna görə də İspaniyaya gedərkən yolüstü sizinlə görüşəcəyimə çox ümid edirəm. Bir müddət birlikdə xoş ünsiyyət etdikdən sonra məni ora ötürərsiniz. 25 İndi isə müqəddəslərə xidmət etmək üçün Yerusəlimə yola düşürəm.+ 26 Makedoniya və Axayyadan* olan qardaşlar Yerusəlimdəki müqəddəslərin arasındakı kasıblara əl tutmaq üçün canla-başla bəxşiş hazırlayıblar.+ 27 Bəli, onlar bunu canla-başla etdilər, həm də ona görə ki, Yerusəlimdəki müqəddəslərə borcludurlar. Çünki başqa xalqlar onların ruhani nemətlərindən bəhrələniblərsə, indi zəruri maddi nemətlərlə onlara xidmət etməyə borcludurlar.+ 28 Beləliklə, bu işi tamamlayıb, toplanmış bəxşişi sağ-salamat onlara çatdırandan sonra sizin tərəflərdən keçib İspaniyaya gedəcəyəm. 29 Onu da bilirəm ki, yanınıza Məsihdən aldığım bol nemətlərlə gələcəyəm.
30 Qardaşlar, Ağamız İsa Məsihin xatirinə və ruhdan doğan məhəbbət xatirinə sizdən rica edirəm: məndən ötrü mənimlə birlikdə Allaha hərarətlə dua edin+ ki, 31 Yəhudiyyədə imansızların əlindən qurtula bilim+ və Yerusəlimdəki müqəddəslərdən ötrü etdiyim xidmət bu qardaşlara xoş getsin+ 32 və nəhayət, Allahın izniylə sevinə-sevinə yanınıza gəlib sizinlə birlikdə təravətlənim. 33 Qoy sülh mənbəyi olan Allah sizlərlə olsun.+ Amin.