Birinci Butrus
3 Siz də, ey qadınlar, ərlərinizə tabe olun+ ki, Allahın sözünə itaət etməyən ərləriniz 2 sizin ismətli yaşayışınızı və dərin hörmətinizi görüb,+ davranışınızla sözsüz fəth edilsinlər.+ 3 Qoy bəzəyiniz zahiri şeylər — saç düzümü, qızıl zinətlər,+ dəbdəbəli libaslar yox, 4 Allahın gözündə çox qiymətli olan sakit və həlim ruhun+ çürüməyən libasını geymiş daxili varlığınız olsun.
5 Qədimdə Allaha ümid edən müqəddəs qadınlar da ərlərinə tabe olaraq özlərini məhz bu cür bəzəmişlər. 6 Məsələn, Sara İbrahimə «ağam» deyərək ona itaət edirdi.+ Əgər siz də yaxşılıq edir və qorxuya düşmürsünüzsə,+ onun övladlarısınız.
7 Ey ərlər, hər biriniz həyat yoldaşınızla anlayışla davranın. Qadın daha zəif varlıq* olduğu üçün ona hörmət qoyun+ ki, dualarınızın qarşısını heç nə kəsməsin. Axı siz də onlarla birlikdə Allahın lütfü ilə verilən həyat ənamının varisisiniz.+
8 Nəhayət, hamınız həmfikir+, bir-birinizin dərdinə şərik, qardaşsevən, şəfqətli+ və təvazökar+ olun. 9 Pisliyə pisliklə,+ təhqirə təhqirlə cavab verməyin,+ əksinə, xeyir-dua ilə cavab verin,+ axı siz bunun üçün çağırılmısınız, beləcə, nemət sahibi olacaqsınız.
10 «Həyatı sevən və xoş gün görmək istəyən qoy dilini şərdən saxlasın+ və dilinə yalan söz gətirməsin. 11 Qoy o, şərdən çəkinib+ yaxşılıq etsin+ və sülhə can atsın.+ 12 Çünki Yehovanın gözü salehlərin üstündədir və qulağı onların yalvarışlarını eşidir.+ Ancaq Yehova üzünü şər iş görənlərdən döndərir».+
13 Doğrudan da, əgər yaxşılığa can atırsınızsa, kim sizə pislik edə bilər?+ 14 Salehlik uğrunda əzab çəksəniz də, siz xoşbəxtsiniz.+ Onları qorxuya salan şeylərə görə qorxmayın* və narahat olmayın.+ 15 Məsihi bir Ağa kimi ürəyinizdə müqəddəs tutun, sizdən izahat tələb edən hər kəsin qarşısında ümidinizi müdafiə etməyə hazır olun, ancaq bunu həlimliklə+ və dərin hörmətlə edin.+
16 Vicdanınızı təmiz saxlayın+ ki, sizi pisləyənlər Məsihin davamçısı kimi nümunəvi davranışınızı+ görəndə utansınlar.+ 17 Çünki Allahın izni ilə yaxşılıq edərək əzab çəkmək+ pislik edib əzab çəkməkdən yaxşıdır.+ 18 Axı saleh insan olan Məsih də qeyri-salehlərin uğrunda+ günahlardan ötrü bir dəfə öldü+ ki, sizi Allaha yaxınlaşdırsın.+ O, cismən öldürüldü,+ ruh olaraq dirildi.+ 19 Sonra gedib zindanda olan ruhani varlıqlara+ təbliğ etdi*. 20 Bunlar qədimdə, Nuhun dövründə gəmi tikilib qurtaranacan,+ Allahın səbirlə gözlədiyi vaxt itaətsizlik etmiş ruhani varlıqlardır.+ Həmin gəmidə bir neçə adam, yəni səkkiz nəfər sudan sağ-salamat çıxmışdı.+
21 İndi də buna oxşar bir şey, vəftiz* mövcuddur. Vəftiz (bədənin kirdən təmizlənməsi yox, təmiz vicdandan ötrü Allaha dilək)+ sizi İsa Məsihin dirilməsi vasitəsilə xilas edir. 22 O, göyə qalxandan sonra Allahın sağında əyləşdi;+ mələklər, hakimiyyətlər və qüvvələr ona tabe edildi.+