Dərs 3. Vaxt axınındakı hadisələr
Müqəddəs Kitabın yazıldığı dövrdə vaxtın hesablanması, İbranicə və Yunanca Müqəddəs Yazılardakı vacib hadisələrin xronologiyasının müzakirəsi.
YEHOVANIN mələyi Danielə “cənub padşahı” və “şimal padşahı” haqqında vəhy verəndə, bir neçə dəfə “tə’yin olunmuş vaxt” (YD) ifadəsini tətbiq etmişdir (Dan. 11:6, 27, 29, 35). Yehovanın vaxta diqqətlə nəzarət etməsi və niyyətlərini dəqiq tə’yin olunmuş vaxtda yerinə yetirməsi bir çox başqa ayələrlə də təsdiq olunur (Luka 21:24; 1 Salon. 5:1, 2). Yehova Öz Kəlamı olan Müqəddəs Kitabda bizə bir növ göstəricilər verir ki, biz onların köməyi ilə bu və ya digər vacib tarixi hadisələrin baş verdiyi vaxtı müəyyən edə bilirik. Son illər Müqəddəs Kitab xronologiyasının anlaşılmasında olduqca xeyli nailiyyətlər əldə edilib. Arxeoloqların və digər alimlərin tədqiqatları indiyədək namə’lum olan məsələləri işıqlandırır, bu isə öz növbəsində, Müqəddəs Kitabdakı daha vacib hadisələrin tarixini müəyyən etməkdə kömək edir (Sül. məs. 4:18).
2 Sıra və miqdar sayları. Əvvəlki dərsdə (24 və 25-ci abzaslar), sıra saylarının miqdar saylarından nə ilə fərqləndiyi barədə danışmışdıq. Vaxtı hesablamağın müasir üsullarından istifadə edərək Müqəddəs Kitab hadisələrinin tarixini müəyyən edəndə, bu fərqi yadda saxlamaq lazımdır. Nümunə üçün, “Yəhuda padşahı Yehoyakinin otuz yeddinci sürgünlük ilində” ifadəsinə baxmaq olar. “Otuz yeddinci” — sıra sayıdır. Bu ona işarə edir ki, Yehoyakinin sürgün edilməsindən sonra tam 36 il və bir neçə gün, həftə və ya ay (36-cı ildən sonrakı müddət) keçmişdir (Yer. 52:31).
3 Taxta çıxma ili və hakimiyyət illəri. Müqəddəs Kitabda, Yəhudeyada və İsraildə, həmçinin Babildə və İranda aparılan dövlət qeydlərinə istinadlar tapırıq. Bu dörd padşahlığın hamısında xronoloji qeydlər çox düzgün aparılırdı və tarixlər padşahların hökmdarlıq etdikləri illərə müvafiq yazılırdı. Eyni üsul Müqəddəs Kitabda da tətbiq edilmişdir. Müqəddəs Kitabda tez-tez istinad edilən sənədlərin adları xatırlanır, məsələn, “Süleymanın işləri kitabı” (1 Kral. 11:41). Padşahın taxta çıxdığı il adətən tam olmurdu, həmin ilin ardınca tam hakimiyyət illəri gəlirdi. Hakimiyyət illəri — padşahın rəsmi olaraq hakimiyyət başında olduğu illərdir. Adətən bu illər bahar fəslindən, nisan ayından başlayaraq hesablanırdı. Padşah hakimiyyəti qəbul edəndə, növbəti nisan ayına kimi olan dövr taxta çıxma ilinə aid edilirdi. Bu il ərzində yeni padşah, sanki, özündən əvvəlki padşahın hakimiyyətini başa çatdırırdı. Onun özünün rəsmi hakimiyyət müddəti isə növbəti nisan ayının 1-dən hesablanırdı.
4 Nümunə üçün Süleymanın hakimiyyət illərini nəzərdən keçirmək olar. Çox güman ki, o, b. e. ə. 1037-ci ilin nisan ayı başlamazdan əvvəl, Davud hələ sağ ikən taxta çıxmışdı. Bundan qısa müddət sonra Davud öldü (1 Kral. 1:39, 40; 2:10). Lakin Davudun hakimiyyətinin son ili rəsmi olaraq b. e. ə. 1037-ci ilin baharına qədər davam etmiş və onun hakimiyyət başında olduğu 40 illik müddətə daxil idi. Beləliklə, Süleymanın hakimiyyətə başlamasından b. e. ə. 1037-ci ilin baharına qədərki natamam il onun taxta çıxdığı il sayılır və onun hakimiyyət illərinə daxil ola bilməz, belə ki, həmin vaxt ərzində Süleyman atasının hakimiyyət ilini başa çatdırırdı. Bu səbəbdən, Süleymanın hakimiyyətinin bütöv birinci ili, b. e. ə. 1037-ci ilin nisan ayından başlanır (1 Kral. 2:12). Bir padşah kimi Süleymanın hakimiyyətinin rəsmi dövrü 40 il çəkdi (1 Kral. 11:42). Taxta çıxma ilinin padşahın hakimiyyət ilinə daxil olmadığını yadda saxlamaqla, Müqəddəs Kitab xronologiyasının hesablanmasında səhvlərə yol vermərika.
VAXTIN GERİYƏ, ADƏMİN YARADILMASINA QƏDƏR HESABLANMASI
5 Əsas tarixdən başlayaraq. Kirin b. e. ə. 539-cu ildə Babil sülaləsini devirdiyi vaxt Adəmin yaradılmasına qədər olan vaxtın hesablanması üçün əsas tarix kimi xidmət edirb. Kir yəhudilərin azad olunması haqqındakı fərmanı Babil üzərindəki hakimiyyətinin birinci ilində, b. e. ə. 537-ci ilin bahar fəslindən əvvəl vermişdir. Ezra 3:1 ayəsində xəbər verilir ki, İsrail oğulları Yerusəlimə yeddinci aya yaxın, sentyabrın ikinci, oktyabrın isə birinci yarısına müvafiq gələn tişri ayında qayıtmışlar. Beləliklə, Yerusəlimdə Yehovaya ibadətin bərpa edilməsi b. e. ə. 537-ci ilin payız fəslinə təsadüf edir.
6 Yerusəlimdə Yehovaya ibadətin b. e. ə. 537-ci ilin payızında bərpa olunması, peyğəmbərlik dövrünün sonunu bildirirdi. Bu hansı dövrdür? Bu, “yetmiş il” idi və bu dövr ərzində Və’d edilmiş diyar “viranə” qalmalı idi, həm də bu dövr barəsində Yehova demişdir: “Babil üçün tam yetmiş il dolunca, sizi arayacağam və sizi bu yerə geri gətirməklə yaxşı sözümü sizə icra edəcəyəm” (Yer. 25:11, 12; 29:10). Daniel bu peyğəmbərliyi yaxşı bilirdi və “yetmiş il” başa çatana yaxın, bununla əlaqədar Allaha dua etmişdi (Dan. 9:1-3). Beləliklə, b. e. ə. 537-ci ilin payızında başa çatan “yetmiş il”, b. e. ə. 607-ci ilin payızında başlamalı idi. Bunu faktlar sübut edir. “Yeremya” kitabının 52-ci fəslində Yerusəlimin mühasirəyə alınması, babillilərin qələbəsi və b. e. ə. 607-ci ildə Tsedekiya padşahın əsir düşməsi kimi vacib hadisələr təsvir edilir. Sonra 12-ci ayədə deyilir ki, “beşinci ayda, ayın onuncu günündə”, daha doğrusu, ab ayının onuncu günündə (iyulun ikinci, avqustun birinci yarısına müvafiq gəlir), babillilər mə’bədi və şəhəri yandırdılar. Lakin bu hələ də həmin “yetmiş ilin” başlanğıcı deyildi. Yəhudi hökmranlığı, Babil padşahının qalan yəhudilər üzərinə hökmdar tə’yin etdiyi Gedalyanın timsalında davam edirdi. “Yeddinci ayda” Gedalya və başqaları öldürüldüyündən, qalan yəhudilər təlaş içində Misirə qaçdılar. Yalnız bundan sonra, b. e. ə. təxminən 607-ci ilin 1 oktyabrından torpaq ‘yetmiş ili tamamlamaq üçün viran qaldı’ (2 Kral. 25:22-26; 2 Tarix. 36:20, 21).
7 B. e. ə. 607-ci ildən, b. e. ə. 997-ci ilə qədər. Yerusəlimin yıxılmasından, Süleymanın ölümündən sonra padşahlığın parçalanmasına qədər olan dövrün hesablanması bir çox çətinliklərlə bağlıdır. Lakin Birinci və İkinci Krallar kitabında olan mə’lumatlar əsasında İsrail və Yəhuda padşahlarının hökmranlıq etdikləri vaxtın müqayisəsi göstərir ki, bu dövr 390 il davam etmişdir. Hezekiel 4:1-13 ayələrindəki peyğəmbərlik, bu tarixin dəqiq olmasına gözəl sübutdur. Bu peyğəmbərlik, Yerusəlimin mühasirədə olacağı, sakinlərinin isə başqa xalqlar tərəfindən əsir götürüləcəyi vaxta işarə edir ki, bu da b. e. ə. 607-ci ildə baş verir. Buna görə də, Yəhuda barəsində deyilən 40 il, Yerusəlimin dağılması ilə başa çatdı. İsrail barəsində deyilən 390 il Samariyanın dağılması ilə başa çatmadı, belə ki, Hezekiel peyğəmbərlik edəndə Samariya artıq məhv edilmişdi. Hələ üstəlik peyğəmbərlik aydın olaraq Yerusəlimin mühasirəsinə və dağılmasına işarə edir. Beləliklə “İsrail evinin fəsadı” da b. e. ə. 607-ci ildə başa çatdırıldı. Bu tarixdən geriyə hesablayaraq görürük ki, 390 illik dövr b. e. ə. 997-ci ildə başlanıb. Həmin ildə, Süleymanın ölümündən sonra, Yeroboam “Davud evindən” ayrıldı və “İsraili Rəbbin ardından sapdırdı və onlara böyük suç işlətdirdi” (2 Kral. 17:21).
8 B. e. ə. 997-ci ildən, b. e. ə. 1513-cü ilə qədər. Süleymanın hakimiyyətinin tam 40 ili b. e. ə. 997-ci ilin baharında başa çatdığı üçün, onun hakimiyyətinin birinci ili b. e. ə. 1037-ci ilin baharından başlamalı idi (1 Kral. 11:42). Müqəddəs Kitabın 1 Krallar 6:1 ayəsində deyilir ki, Süleyman Yerusəlimdə Yehovanın mə’bədini, hakimiyyətinin dördüncü ilinin ikinci ayında tikməyə başladı. Beləliklə, Süleymanın hakimiyyətinin başlanğıcından üç il və bir bütöv ay hesablasaq, biz, b. e. ə. 1034-cü ilin aprel–may aylarına, mə’bədin tikilməsinin başlanğıcına gəlib çıxarıq. Həmin ayədə qeyd olunur ki, bu hadisə “İsrail oğullarının Misir diyarından çıxmalarının dörd yüz səksəninci ili”ndə olmuşdur. “Dörd yüz səksəninci” sıra sayı olduğu üçün, burada tam 479 il nəzərdə tutulur. Əgər 1034-ün üzərinə 479-u əlavə etsək, b. e. ə. 1513-cü il, İsrailin Misirdən çıxdığı il alınar. 2-ci dərsin 19-cu abzasında izah edilir ki, b. e. ə. 1513-cü ildə abib (nisan) ayı israillilərdə ilin birinci ayı hesab olunmağa başlamışdır (Çıx. 12:2) və həmin vaxta qədər il onlarda payızdan, tişri ayından başlanırdı. Bir əsərdə qeyd edilir: “Padşahların hakimiyyət illəri altında, bahar mövsümündən başlanan illər nəzərdə tutulur, bu isə babillilərdə qəbul edilmiş tarixin hesablanma üsulu ilə oxşardır” (“The New Schaff-Herzog Encyclopedia of Religious Knowledge”, 1957, c. 12, s. 474). Müqəddəs Kitabda payızda başlanan il, baharda başlanan illə əvəz olunanda, tarix hesablanmasına altı ay ya əlavə olunurdu, ya da çıxılırdı.
9 B. e. ə. 1513-cü ildən, b. e. ə. 1943-cü ilə qədər. Çıxış 12:40, 41 ayələrində Musa qeyd etmişdir ki, “İsrail oğullarının Misirdə yaşadıqları müddət dörd yüz otuz il idi”. Bu sözlərdən görünür ki, “yaşadıqları müddətin” hamısı Misirdə qaldıqları vaxta daxil deyil. Bu dövr, Kən’ana yola düşərkən İbrahimin Fərat çayını keçdiyi andan başlanır. Həmin vaxtdan Yehovanın İbrahimlə bağladığı əhd qüvvəyə mindi. Bu “yaşayışın” birinci 215 ili Kən’ana, qalan bu qədər müddət isə Misirə aiddir. Bu vaxt b. e. ə. 1513-cü ildə, İsrail birdəfəlik olaraq Misir köləliyindən azad olunanda başa çatdıc. “Yeni Dünya Tərcüməsi”ndə (ing.) Çıxış 12:40 ayəsinə verilən haşiyədə deyilir ki, Masoret mətnindən daha qədim olan ibrani mətninə əsaslanan yunanca Septuaqintada “Misirdə” ifadəsindən sonra “və Kən’an torpağında” ifadəsi əlavə olunub. Bu sözlərə Samariya Tövratında da rast gəlinir. Qalatiyalılara 3:17 ayəsində də 430 il xatırlanır və təsdiq olunur ki, bu dövr İbrahimlə əhdin təsdiqləndiyi, İbrahimin Kən’ana yola düşərək Fərat çayını keçdiyi vaxtdan başlanır. Deməli, söhbət b. e. ə. 1943-cü ildən gedir; o zaman İbrahimin 75 yaşı vardı (Tək. 12:4).
10 Bu hesablamalar başqa cür də təsdiq olunur: Həvarilərin işləri 7:6 ayəsində İbrahimin nəsli və onun 400 il müddətində istismar edilməsi haqda danışılır. Yehova Misir köləliyinə b. e. ə. 1513-cü ildə son qoyduğu üçün, bu köləliyin başlanğıcı b. e. ə. 1913-cü ilə təsadüf etməlidir. O zaman İshaqın beş yaşı tamam olmuşdu və “İshaqın süddən kəsildiyi” gün İsmail bu münasibətlə ona gülmüşdü (Yar. 15:13; 21:8, 9, MKŞ).
11 B. e. ə. 1943-cü ildən, b. e. ə. 2370-ci ilə qədər. Gördüyümüz kimi, b. e. ə. 1943-cü ildə İbrahim Kən’an torpağına ayaq basanda onun 75 yaşı vardı. İndi isə keçmişə daha dərindən — Nuhun günlərinə qədər baş vurmaq imkanı var. Bu cür hesablama Təkvin 11:10-12:4 ayələrinə qədər olan ayələrdəki dövrlərin köməyi ilə həyata keçirilir. Nəticədə alınan 427 il növbəti üsulla hesablanır:
Tufanın başlanmasından
Arpakşadın doğulmasına qədər 2 il
Sonra Şelahın doğulmasına qədər 35 il
Eberin doğulmasına qədər 30 il
Pelegin doğulmasına qədər 34 il
Reunun doğulmasına qədər 30 il
Serucun doğulmasına qədər 32 il
Nahorun doğulmasına qədər 30 il
Terahın doğulmasına qədər 29 il
Terahın ölümünə qədər (o zaman İbrahimin 75 yaşı vardı) 205 il
Cəmi 427 il
427 ili b. e. ə. 1943-cü ilin üzərinə əlavə etməklə, b. e. ə 2370-ci ili əldə edirik. Beləliklə, Müqəddəs Kitabda verilən mə’lumata əsasən, Nuhun günlərindəki Tufan b. e. ə 2370-ci ildə başlandı.
12 B. e. ə. 2370-ci ildən, b. e. ə. 4026-cı ilə qədər. Keçmişə daha dərindən baş vurmaqla aşkar edirik ki, Tufandan Adəmin yaradılmasına qədər olan dövr, Müqəddəs Kitabdakı nəsil şəcərəsində olan mə’lumatlara əsasən izlənilir. Bu mə’lumatlar Təkvin 5:3-29 və 7:6, 11 ayələrində toplanıb. Vaxtın hesablanması aşağıdakı qaydada yekunlaşdırılır:
Adəmin yaradılmasından
Şitin doğulmasına qədər 130 il
Sonra Enoşun doğulmasına qədər 105 il
Kenanın doğulmasına qədər 90 il
Mahalalelin doğulmasına qədər 70 il
Yaredin doğulmasına qədər 65 il
Hanokun doğulmasına qədər 162 il
Metuşelahın doğulmasına qədər 65 il
Lamekin doğulmasına qədər 187 il
Nuhun doğulmasına qədər 182 il
Tufana qədər 600 il
Cəmi 1 656 il
İndi 1 656 ili, artıq əlimizdə olan, b. e. ə. 2370-ci ilə əlavə etsək, b. e. ə. 4026-cı ilə, Adəmin yaradıldığı ilə gəlib çıxırıq.
13 Bütün bunlar bizim üçün hansı mə’nanı daşıyır? 1963-cü ildə işıq üzü görmüş “Hər Müqəddəs Yazı Allahdan ilham almış və faydalıdır” kitabının birinci nəşrində qeyd olunurdu: “Hazırda bizim 1963-cü il üçün, Yehovanın “bütün işdən... istirahət etdi”yi “günə” doğru 5 988 il irəlilədiyimizi düşünmək olarmı? (Tək. 2:3). Xeyr, belə ki, Adəmin yaradılması Yehovanın istirahət gününün başlanğıcına aid deyil. Yehova Adəmi yaradan zaman, altıncı yaradılış günü hələ davam edirdi və görünür ki, Allah heyvanların və quşların hansısa növlərini yaratmağa davam edirdi. Həm də Allah Adəmə heyvanlara ad vermək tapşırığı vermişdi ki, bu iş də müəyyən vaxt tələb edirdi; bundan sonra Allah Həvvanı yaratdı (Tək. 2:18-22; həmçinin 1953-cü ilin YD tərcüməsinə, 19-cu ayə üçün olan haşiyəyə bax, ing.). Əslində “yeddinci günün” başlanğıcından bugünkü günə [1963-cü ilə] kimi nə qədər vaxtın keçdiyini bilmək üçün, 5 988 ildən Adəmin yaradıldığı vaxtdan “altıncı günün” başa çatdığı vaxta qədər ötən illəri çıxmaq lazımdır. Gələcəyə aid olan tarixləri müəyyən etməyə çalışaraq, Müqəddəs Kitabın xronologiyası əsasında fərziyyələrlə məşğul olmağın heç bir faydası yoxdur (Mat. 24:36)”d.
14 Alimlərin guya insanın yer üzündə yüz min illər və ya hətta milyon illər əvvəl peyda olduğuna dair iddiaları barədə nə demək olar? Müqəddəs Kitabda yazılan hadisələrdən fərqli olaraq, bu iddiaların heç biri həmin uzaq dövrlərin yazılı dəlillərinə malik deyil. “Tarixdən qabaqkı insanın” fantastik yaşı qətiyyən sübutolunmaz fərziyyələrə əsaslanır. Əslində e’tibarlı dünyəvi tarix və xronologiya keçmişin yalnız bir neçə min ilinə daxil olur. Nuhun günlərindəki Ümumdünya Tufanı kimi hadisələrin nəticəsində Yer geoloji layların quruluşuna və orqanik qalıqlarına əsaslı, həm də çox böyük tə’sir edən dəyişikliklərə mə’ruz qaldı. Bu fakt tufandan qabaqkı vaxtın elmi tarixini e’tibardan salıre. İnsanların bütün təzadlı fərziyyələrinə və nəzəriyyələrinə zidd olaraq, Müqəddəs Kitab düşüncəyə müraciət edir, çünki orada insanın yaranmasının dəqiq və ahəngdar təsviri verilir və Yehovanın seçdiyi xalqın dəqiqliklə sənədləşdirilmiş tarixi göstərilir.
15 Müqəddəs Kitabı öyrənərkən və vaxtı, həm də müddətləri əlində saxlayan Yehova Allahın yaratdıqları üzərində dərindən düşünərkən, dərin təvazökarlıq hissi keçirməyə bilmərik. Fani insan, sonsuz sayda minilliklər qabaq Öz nəhəng yaradıcı qüvvəsini tətbiq edən Qüdrətli Allahla müqayisədə olduqca kiçikdir. Bu nəhəng yaradıcı qüvvə haqqında Müqəddəs Yazılarda sadəcə olaraq deyilir: “Başlanğıcda Allah göyləri və yeri yaratdı” (Tək. 1:1).
İSANIN YER ÜZÜNDƏKİ HƏYATI
16 İsanın yer üzündəki həyatının ilhamlanmış təsviri növbəti qaydada yazılmışdır: Mattaya görə (b. e. təxminən 41-ci ili), Lukaya görə (b. e. təxminən 56-58-ci illəri), Marka görə (b. e. təxminən 60-65-ci illəri) və Yəhyaya görə (b. e. təxminən 98-ci ili). Əvvəlki dərsdə izah olunduğu kimi, Luka 3:1-3 ayələrindəki mə’lumata əsasən, həmçinin qeysər Tiberiusun hökmranlığının b. e. 14-cü ilində başlandığını nəzərə alaraq, İsanın yer üzündəki məşhur xidmətinin başlanğıcına, b. e. 29-cu ilinə gəlib çıxırıq. Hadisələr Mattanın Müjdəsində həmişə xronoloji ardıcıllıqla verilməsə də, digər üç kitabda, bir qayda olaraq, əslində baş verdiyi ardıcıllıqla təqdim olunur. Bu hadisələr “İsanın yer üzündəki həyatında baş verən vacib hadisələr” cədvəlində qısa olaraq verilib. Bu cədvəldən görünür ki, o birilərindən 30 il sonra yazılan Yəhyanın Müjdəsi, İsanın həyatındakı tarixdə digər müjdəçilərin yol verdikləri vacib boşluqları doldurmağa imkan yaradır. Xüsusilə diqqətəlayiq olan fakt odur ki, Yəhya, görünür, İsanın yer üzündəki xidməti zamanı qeyd etdiyi dörd Pasxa bayramını xatırladır: bununla da təsdiq olunur ki, İsanın xidməti üç il yarım çəkmiş və b. e. 33-cü ilində başa çatmışdır (Yəh. 2:13; 5:1; 6:4; 12:1; və 13: 1)f.
17 İsanın b. e. 33-cü ilində ölməsinin başqa sübutları da var. Musanın qanununa əsasən, həftənin günlərindən asılı olmayaraq nisanın 15-i həmişə xüsusi şənbə günü sayılırdı. Əgər həmin gün adi şənbə günü ilə üst-üstə düşürdüsə, onda “böyük” şənbə sayılırdı. Yəhya 19:31 ayəsində deyilir ki, İsanın ölümündən sonra bu cür böyük şənbə gəlirdi. Deməli, İsa eramızın nə 31-ci, nə də 32-ci ilində, yalnız 33-cü ilinin nisan ayının 14-də, cümə günü ölüb. Beləliklə, İsa məhz b. e. 33-cü ilinin 14 nisanında ölübg.
18 70-ci “həftə”, b. e. 29-36-cı illəri. İsanın xidmətinə aid olan vaxt, “Yerusəlimi əvvəlki halına qoymaq və bina etmək üçün əmrin çıxmasından” başlayaraq, “məsh olunan hökmdara qədər” davam edən 69 illik həftə (483 il) dövrü də qabaqcadan deyilmək şərti ilə, Daniel 9:24-27 ayələrində də göstərilir. Nehemya 2:1-8 ayələrinə əsasən, bu “əmr” Fars padşahı “Artahşaştanın [Artakserksin] iyirminci ilində” verilmişdi. Artakserksin hökmranlığı nə zaman başlamışdı? Onun atası və sələfi olan Kserks, b. e. ə. 475-ci ilin sonunda ölmüşdür. Beləliklə, Artakserksin taxta çıxma ili b. e. ə. 475-ci ildə başlamışdı ki, bunun da yunan, fars və Babil mənbələrində e’tibarlı sübutu var. Məsələn, dəqiq işləri ilə tanınan qədim yunan tarixçisi Fukidid yazırdı ki, Artakserks “yenicə taxta çıxdıqdan” sonra Yunanıstanın dövlət xadimi Femistokl İrana qaçmışdır. B. e. ə. birinci yüzilliyin digər qədim yunan tarixçisi Siciliyalı Diodorun əsərləri əsasında müəyyən etmək olar ki, Femistokl b. e. ə. ya 471-ci, ya da 470-ci ildə ölmüşdür. Öz ölkəsindən qaçaraq, Femistokl Artakserkslə görüşməzdən əvvəl fars dilini öyrənmək üçün ondan bir il möhlət istəyir. Onun xahişi yerinə yetirilir. Beləliklə, Femistokl İranda b. e. ə. 472-ci ildən gec olmayaraq məskən salmışdır. Buraya isə, ehtimal ki, b. e. ə. 473-cü ildə gəlmişdir. Bu zaman Artakserks “yaxın zamanlarda taxta çıxmışdır”h.
19 Beləliklə, “Artahşaştanın [Artakserksin] iyirminci ili”, ehtimal ki, b. e. ə. 455-ci il olmuşdur. Həmin ildən 483 il (69 “həftə”) hesablasaq və bizim eraya keçərkən sıfırıncı ilin olmadığını xatırlasaq, “b. e. 29-cu ilinə, yə’ni məsh olunan hökmdarın” gəldiyi vaxta gəlib çıxırıq. Həmin ilin payızında İsa vəftiz olunmuş və müqəddəs ruhla məsh edilərək Məsih olmuşdur. Peyğəmbərlikdə həm də göstərilir ki, Məsih “[yetmişinci] həftənin ortasında qurbanla təqdiməni dayandıracaq”. Bu, yəhudi qurbanlarının öz dəyərini itirdiyi zaman baş verdi, çünki həmin qurbanlar Məsihin qurbanlığının surəti idi. Həmin illik həftənin “ortası”, daha doğrusu, üç il yarım b. e. 33-cü ilinin baharına, İsa ölümə məhkum edilən vaxta işarə edir. Lakin Məsih 70-ci həftənin sonuna qədər ‘çoxu ilə bir həftəlik qüvvətli əhd kəsməli idi’. Burada Yehovanın yeddi il müddətində — b. e. 29-cu ilindən, b. e. 36-cı ilinə qədər yəhudilərə göstərdiyi xüsusi iltifatından danışılır. Yalnız bundan sonra sünnətsiz olan qeyri-yəhudilər üçün ruhani israillilər olmaq imkanı yarandı ki, bu da b. e. 36-cı ilində Korneliusun yeni dini qəbul etməsindən mə’lum oldui (Həv. iş. 10:30-33, 44-48; 11:1).
HƏVARİLƏRİN GÜNLƏRİNDƏ VAXTIN HESABLANMASI
20 B. e. 33-cü ilindən, b. e. 44-cü ilinə qədər. Burada b. e. 44-cü ili bizə daha çox kömək edəcək. İosif Flaviyə əsasən (“Yəhudi arxeologiyası”, 19-cu kitab, fəsil 8, bənd 2), Hirod I Aqrippa, Romada imperator Klavdi hakimiyyətə gəldikdən sonra (b. e. 41-ci ili), hələ üç il padşahlıq etmişdir. Tarixi dəlillərə əsasən, Hirod I Aqrippa b. e. 44-cü ilində vəfat etmişdirj. İndi isə Müqəddəs Kitabın verdiyi mə’lumata diqqət yetirərək görürük ki, Hirodun ölümündən azca qabaq Aqab “Ruh vasitəsilə” böyük qıtlığın olacağını söyləyir, həvari Yaqubu qılıncla öldürürlər, Peteri isə (Pasxa zamanı) həbsxanaya salırlar və bundan sonra mö’cüzəli surətdə azad olunur. Bütün bu hadisələr b. e. 44-cü ilinə aiddir (Həv. iş. 11:27, 28; 12:1-11, 20-23).
21 Qabaqcadan deyilmiş qıtlıq b. e. təxminən 46-cı ilində başlandı. Deməli bu, təxminən Pavel və Barnabanın Yerusəlimdə kömək etdikləri həmin vaxt idi (Həv. iş. 12:25). Suriya Antakyasına qayıtdıqdan sonra onlar müqəddəs ruh vasitəsilə Kipri, o cümlədən Kiçik Asiyanın bir çox şəhər və vilayətlərini daxil edən birinci missioner səyahəti üçün ayrıldılark. Çox ehtimal ki, bu səyahət Kiçik Asiyada keçirdikləri qışı da daxil etməklə, b. e. 47-ci ilinin baharından, b. e. 48-ci ilinin payızına qədər davam etmişdir. Pavel növbəti qışı, ehtimal ki, artıq o zamana qədər qayıtdığı Suriya Antakyasında keçirdi. Beləliklə biz, b. e. 49-cu ilinin baharına yaxınlaşdıq (Həv. iş. 13:1–14:28).
22 Ehtimal ki, bu xronologiyaya “Qalatiyalılara” məktubun 1-ci və 2-ci fəsillərindəki təsvirlərin də aidiyyatı var. Bu təsvirlərdə Pavel məsihçi olduqdan sonra Yerusəlimə daha iki dəfə baş çəkməsi barədə danışır: birinci dəfə “üç il keçdikdən sonra”, ikinci dəfə isə “on dörd il sonra” (Qalat. 1:17, 18; 2:1). Əgər bu iki dövr, o günlərdə qəbul olunduğuna əsasən sıra sayları ilə verilirsə, həm də Müqəddəs Kitabdakı mə’lumatlardan göründüyü kimi, əgər Pavelin məsihçi imanını qəbul etməsi erkən həvarilərin vaxtında baş vermişdisə, onda 3 il və 14 il b. e. 34-cü ilindən, 36-cı ilinə və b. e. 36-cı ilindən, 49-cu ilinə qədərki dövrə müvafiq gəlir.
23 Pavelin “Qalatiyalılara” məktubunda xatırlanan Yerusəlimə ikinci səyahəti, göründüyü kimi, sünnətə dair olan məsələnin həlli ilə bağlı idi, o zaman Paveli müşayiət edən Titusa da sünnət olunmaq tələbi irəli sürülməmişdi. Əgər bu səyahətin, Həvarilərin işləri 15:1-35 ayələrində təsvir olunan sünnət məsələsinin aydınlaşdırılmasına aidiyyatı varsa, onda b. e. 49-cu ilini, Pavelin birinci missioner səyahətini ikincidən ayıran il hesab etmək tamamilə mümkündür. Bundan əlavə, Qalatiyalılara 2:1-10 ayələrinə əsasən, bu dəfə Pavel təbliğ etdiyi müjdəni Yerusəlim yığıncağında olan “e’tibarlılara” izah etmək imkanından istifadə edir və bununla boş yerə ‘əlləşmədiyini’ yoxlamaq istəyirdi. Məntiqəuyğundur ki, Pavel bunu özünün birinci səyahətindən sonra edirdi. Pavel, həmin vaxt aldığı “vəhyə görə” Yerusəlimə səyahət edirdi.
24 B. e. təxminən 49-52-ci illərində Pavelin ikinci missioner səyahəti. Yerusəlimdən qayıtdıqdan sonra, Pavel bir müddət Suriya Antakyasında qalmışdı; buna görə də, çox ehtimal ki, b. e. 49-cu ilinin yay mövsümünün sonuna yaxın buradan özünün ikinci səyahətinə yola düşmüşdür (Həv. iş. 15:35, 36). Bu səyahət əvvəlkindən olduqca çox çəkdi ki, buna görə də Pavel qışı Kiçik Asiyada keçirməyə məcbur oldu. Ehtimal ki, b. e. 50-ci ilinin baharında Makedoniyada təbliğ etmək də’vətinə hay vermiş və Avropaya yola düşmüşdür. Orada təbliğ etmiş və Filipi, Salonik, Veriya və Afina şəhərlərində yeni yığıncaqlar təşkil etmişdir. Beləliklə b. e. 50-ci ilinin payızında, çox hissəsini piyada qət etdiyi təxminən 2 100 kilometr yoldan sonra Korinfə (Axaya əyaləti) gəlir (Həv. iş. 16:9, 11, 12; 17:1, 2, 10, 11, 15, 16; 18:1). Həvarilərin işləri 18:11 ayəsinə əsasən, Pavel burada 18 ay qalmışdır. Beləliklə də, b. e. 52-ci ilinin başlanğıcına yaxınlaşdıq. Qış qurtaranda, Pavel yolüstü Efes şəhərinə baş çəkərək gəmi ilə Qeysəriyəyə yola düşdü. Öz evinə, Suriya Antakyasına, çox ehtimal ki, b. e. 52-ci ilinin yayında, görünür Yerusəlimdə olan ‘cəmiyyəti salamladıqdan’ sonra qayıtmışdır (Həv. iş. 18:12-22)l.
25 Bir arxeoloji tapıntı sübut edir ki, Pavel birinci dəfə Korinf şəhərində b. e. 50-52-ci illərində olub. Bu, imperator Klavdi Sezar tərəfindən Yunanıstana, delfalılara yazılmış və üzərində “[Lusiy Yu]niy, Qalliyo... vali” yazılmış reskriptin bir parçasıdır. Tarixçilərin bir çoxu eyni fikirdədirlər ki, bu mətndə rast gəlinən 26 ədədi Klavdinin 26-cı dəfə imperator e’lan edilməsinə aiddir. Başqa qədimi mətnlərə əsasən, Klavdi 27-ci dəfə, b. e. 52-ci ilinin avqustun 1-nə qədər imperator e’lan olunub. Vali vəzifəsində insan yayın başlanğıcından başlayaraq bir il xidmət edirdi. Beləliklə, Qalliyonun Axayada vali olduğu il, çox ehtimal ki, b. e. 51-ci ilinin yayından, b. e. 52-ci ilinin yayına qədər davam etmişdir. “Qalliyo Axaya valisi ikən, yəhudilər ittifaq bağlayıb Pavelə hücum etdilər və onu məhkəmə qarşısına” gətirdilər. Qalliyo Pavelə bəraət qazandırdıqdan sonra, həvari Korinf şəhərində “bir xeyli vaxt da... qaldı”, sonra isə Suriyaya yelkən açdı (Həv. iş. 18:11, 12, 17, 18). Bütün bunlardan görünür ki, Pavelin 18 ay Korinfdə qaldığı müddət b. e. 52-ci ilinin baharında başa çatmışdır. Digər vaxt göstəricisini növbəti parçada tapırıq: “[Pavel] orada əsli pontuslu olan Akila adlı bir yəhudiyə rast gəldi. Akila, arvadı Priskila ilə bərabər İtaliyadan yenicə gəlmişdi; çünki Klavdius bütün yəhudilərə əmr vermişdi ki, Romadan çıxsınlar” (Həv. iş. 18:2). Beşinci əsrin erkən tarixçisi Pavel Orosius qeyd edir ki, bu əmr Klavdinin hökmranlığının doqquzuncu ilində, daha doğrusu, b. e. 49-cu və ya 50-ci ilinin başlanğıcında verilmişdir. Beləliklə, Akila və Priskila Korinf şəhərinə, göründüyü kimi, həmin ilin payızı başlamazdan əvvəl gəlmişlər. Buna görə də Pavel b. e. 50-ci ilinin payızından, b. e. 52-ci ilinin baharına qədər onlarda qala bilmişdira.
26 B. e. təxminən 52-56-cı illərində Pavelin üçüncü missioner səyahəti. “Bir müddət” Suriya Antakyasında qaldıqdan sonra, Pavel yenidən Kiçik Asiyaya yola düşmüş və ehtimal ki, b. e. 52 və 53-cü ilinin qışına yaxın Efes şəhərinə çatmışdı (Həv. iş. 18:23; 19:1). Pavel Efesdə “üç ay”, sonra “iki il” tə’lim vermiş, sonra isə Makedoniyaya getmişdi (Həv. iş. 19:8-10). Bir qədər sonra Efes nəzarətçilərinə, onların arasında “üç il” xidmət etdiyini xatırlatdı. Lakin bu, illərin yuvarlaq hesabı ola bilərdi (Həv. iş. 20:31). Göründüyü kimi, Pavel b. e. 55-ci ilinin əvvəlində ‘pentikost bayramından’ sonra Efes şəhərini tərk etmiş və Korinfə (Yunanıstan) qədər gəlmişdi ki, üç ay qışı orada keçirsin. Sonra b. e. 56-cı ilinin Pasxa bayramına yaxın bir qədər şimalda yerləşən Filipiyə qayıtdı. Oradan yolüstü Troasa və Miletə baş çəkib, dəniz vasitəsilə Qeysəriyəyə yola düşdü. Qeysəriyədən isə b. e. 56-cı ilinin “pentikost bayramında” Yerusəlimə gəldib (1 Kor. 16:5-8; Həv. iş. 20:1-3, 6, 15, 16; 21:8, 15-17).
27 Son illər, b. e. 56-100-cü illəri. Pavel Yerusəlimə gəldikdən tezliklə sonra onu həbs etdilər. Onu Qeysəriyəyə apardılar, orada isə Festus vali Feliksi əvəz edənə qədər iki il nəzarət altında qaldı (Həv. iş. 21:33; 23:23-35; 24:27). Festusun gəlməsinin və bunun ardınca Pavelin Romaya göndərilməsinin tarixi, çox ehtimal ki, b. e. 58-ci ili olmuşdurc. Gəmi qəzasından və Maltada keçirdiyi qışdan sonra, Pavel səyahətini b. e. təxminən 59-cu ilində başa vurmuşdur. Müqəddəs Kitab mə’lumatına əsasən, o, Romada nəzarət altında iki il, daha doğrusu, b. e. 61-ci ilinə qədər yaşamış və bu müddət ərzində onun yanına gələnlərin hamısına təbliğ edib, tə’lim vermişdir (Həv. iş. 27:1; 28:1, 11, 16, 30, 31).
28 “Həvarilərin işləri” kitabındakı tarixi təsvir bununla başa çatsa da, Pavelin azad olunduğuna və Kritdə, Yunanıstan və Makedoniyada missioner fəaliyyətini davam etdirdiyini düşünməyə bütün əsaslar var. Onun nə zamansa uzaq İspaniyada olub-olmadığı mə’lum deyil. Ehtimal ki, b. e. təxminən 65-ci ilində Romadakı sonuncu həbsindən sonra, Pavel Neron tərəfindən işgəncəli ölümə mə’ruz qalmışdır. Dünyəvi tarixə əsasən, b. e. 64-cü ilinin iyul ayında Romada güclü yanğın baş vermişdir ki, bundan sonra Neron məsihçiləri güclü tə’qiblərə mə’ruz qoymuşdur. Pavelin ‘buxovlanmasını’ və bunun ardınca gələn e’damı məhz həmin dövrə aid etmək məntiqidir (2 Tim. 1:16; 4:6, 7).
29 Həvari Yəhyanın beş kitabı imperator Domisian tərəfindən məsihçilərin tə’qib olunmalarının sonuna yaxın yazılmışdır. Onun barəsində danışırdılar ki, b. e. 81-96-cı illərini əhatə edən hökmranlığının son üç ilində o, ağılsız kimi davranırmış. Məhz həmin dövrdə, b. e. təxminən 96-cı ilində Patmos adasında sürgündə olarkən, Yəhya “Vəhy” kitabını yazmışdırd. Onun adını daşıyan Müjdəni və üç məktubu, azad olunduqdan sonra Efesdə və ya ora yaxın ərazilərdə yazmışdır. Bu axırıncı həvari b. e. təxminən 100-cü ilində ölmüşdür.
30 Beləliklə, dünyəvi tarixdəki hadisələri Müqəddəs Kitab xronologiyası və peyğəmbərlikləri ilə müqayisə etməklə, vaxt axınındakı Müqəddəs Kitab hadisələrini daha aydın təsəvvür edə bilirik. Müqəddəs Kitab xronologiyasının uyğunluğu, bizi Müqəddəs Yazıların Allahın Kəlamı olduğuna daha çox inandırır.
[Haşiyələr]
a Bu məsələni tədqiq edərkən, “Müqəddəs Yazıların dərk edilməsi” ensiklopediyasına müraciət etmək olar, c. 1, s. 458-467, ing.
b Dərs 2, abzaslar 28, 29.
c İbrahimin Fərat çayını keçdiyi vaxtdan İshaqın doğulduğu vaxta qədər 25 il, sonra Yaqubun doğulmasına qədər isə 60 il də keçdi. Misirə gələndə Yaqubun 130 yaşı vardı (Tək. 12:4; 21:5; 25:26; 47:9).
d 2004-cü ildə həmən namə’lum tarixi 6 029 ildən çıxmaq lazımdır.
e “Oyanın!” jurnalının 1987-ci il 8 dekabr sayı, 13-23-cü səhifələr, rus.; 1972-ci il 8 aprel sayı, 5-20-ci səhifələr, ing.
f “Müqəddəs Yazıların dərk edilməsi”, c. 2, s. 57, 58, ing.
g “Gözətçi Qülləsi”, 1976, s. 247, ing; 1959, s. 489-492, ing.
h “Müqəddəs Yazıların dərk edilməsi”, c. 2, s. 614-616, ing.
i “Müqəddəs Yazıların dərk edilməsi”, c. 2, s. 899-904, ing.
j “The New Encyclopædia Britannica”, 1987, c. 5, s. 880.
k “Müqəddəs Yazıların dərk edilməsi”, c. 2, s. 747, ing.
l “Müqəddəs Yazıların dərk edilməsi”, c. 2, s. 747, ing.
a “Müqəddəs Yazıların dərk edilməsi”, c. 1, s. 476, 886, ing.
b “Müqəddəs Yazıların dərk edilməsi”, c. 2, s. 747, ing.
c “Analytical Concordance to the Bible”, Yanq, s. 342, “Festus” sözü altında.
d “Notes on the Book of Revelation”, Albert Barnz, 1852, s. xxix, xxx.
[8-12-ci səhifələrdə olan çərçivə]
Tarixi əhəmiyyət kəsb edən tarixlərin cədvəli
Qısaldılmış şəkildə yazılan t. “təxminən”, s. “sonra”, q. isə “qədər” deməkdir.
Tarix Hadisə Dəlil
B.e.ə. 4026-cı il Adəmin yaradılması Tək.2:7
B.e.ə. 4026-cı ildən s. Edendə əhdin bağlanması
ilk peyğəmbərlik Tək. 3:15
B.e.ə. 3896-cı ilə q.Qabilin Habili öldürməsi
B.e.ə. 3896-cı il Şitin doğulması Tək. 5:3
B.e.ə. 3404-cü il Saleh Hanokun doğulması
B.e.ə. 3339-cu il Metuşelahın doğulması
Tək.5:21
B.e.ə. 3152-ci il Lamekin doğulması Tək. 5:25
B.e.ə. 3096-cı il Adəmin ölümü Tək. 5:5
B.e.ə. 3039-cu il Hanokun ‘alınması’;
onun peyğəmbərlik dövrünün sonu
B.e.ə. 2970-ci il Nuhun doğulması
B.e.ə. 2490-cı il Allahın bəşəriyyətə dair
qərarı
B.e.ə. 2470-ci il Yafetin doğulması
B.e.ə. 2468-ci il Samın doğulması
B.e.ə. 2370-ci il Metuşelahın ölümü
Tufanın başlanması (payızda) Tək. 7:6, 11
B.e.ə. 2369-cu il Tufandan sonra
əhdin bağlanması Tək. 8:13; 9:16
B.e.ə. 2368-ci il Arpakşadın doğulması
B.e.ə. 2269-cu ildən s. Babil qülləsinin
tikilməsi Tək. 11:4
B.e.ə. 2020-ci il Nuhun ölümü Tək. 9:28, 29
B.e.ə. 2018-ci il İbrahimin doğulması
B.e.ə. 1943-cü il İbrahim Fəratı keçərək
Kən’ana yola düşür;
İbrahimlə bağlanan əhd
qüvvəyə minir;
Qanun əhdinə qədərki
430 illik dövrün başlanğıcı
B.e.ə. 1933-cü ilə q. Lutun xilası;
İbrahim Melkisedekin yanına gəlir
B.e.ə. 1932-ci il İsmailin doğulması
B.e.ə. 1919-cu il Sünnətə dair
əhdin kəsilməsi Tək. 17:1, 10, 24
Sodom və Homorra üzərində hökm Tək. 19:24
B.e.ə. 1918-ci il İshaqın — əsl varisin
doğulması;
“təqribən dörd yüz əlli il”in
başlanğıcı Tək. 21:2, 5;
B.e.ə. 1913-cü il İshaq süddən kəsilir;
İsmail göndərilir;
400 illik köləliyin başlanğıcı
Tək. 21:8; 15:13; Həv. iş. 7:6
B.e.ə. 1881-ci il Saranın ölümü
B.e.ə. 1878-ci il İshaqla Rebekanın
nikahı Tək. 25:20
B.e.ə. 1868-ci il Samın ölümü Tək.11:11
B.e.ə. 1858-ci il Esavla Yaqubun
doğulması Tək. 25:26
B.e.ə. 1843-cü il İbrahimin ölümü Tək.25:7
B.e.ə. 1818-ci il Esav ilk iki arvadı
ilə evlənir Tək. 26:34
B.e.ə. 1795-ci il İsmailin ölümü Tək.25:17
B.e.ə. 1781-ci il Yaqub Harana qaçır;
Beyt-Eldə rö’ya görür
B.e.ə. 1774-cü il Yaqub Lea və Rahel
ilə evlənir Tək. 29:23-30
B.e.ə. 1767-ci il Yusifin doğulması
Tək.30:23, 24
B.e.ə. 1761-ci il Yaqub Harandan
Kən’ana qayıdır Tək. 31:18, 41
B.e.ə. t. 1761-ci il Yaqub mələklə güləşir;
İsrail adlanır Tək.32:24-28
B.e.ə. 1750-ci il Qardaşları Yusifi
qul kimi satırlar Tək. 37:2, 28
B.e.ə. 1738-ci il İshaqın ölümü
Tək.35:28, 29
B.e.ə. 1737-ci il Yusif Misirdə baş
nazir olur Tək. 41:40, 46
B.e.ə. 1728-ci il Yaqub bütün ailəsilə
Misirə gəlir
B.e.ə. 1711-ci il Yaqubun ölümü Tək.47:28
B.e.ə. 1657-ci il Yusifin ölümü Tək.50:26
B.e.ə. 1613-cü ilə q. Eyubun sınağa çəkilməsi
B.e.ə. 1600-cü ildən s. Misir birinci dünya
dövləti səviyyəsinə çatır
B.e.ə. 1593-cü il Musanın doğulması
B.e.ə. 1553-cü il Musa özünü xilaskar
kimi təqdim edir;
Midyan diyarına qaçır
B.e.ə. t. 1514-cü il Musa yanan tikan
kolunun yanında Çıx. 3:2
B.e.ə. 1513-cü il Pasxa; israillilər
Misiri tərk edirlər;
Qırmızı dəniz yaxınlığında
qurtuluş; Misirin qüdrəti
sarsıldı; 400 illik
köləliyin sonu
Çıx.12:12;14:27, 29, 30; Tək.15:13, 14
Sina (Horeb) dağı yaxınlığında
Qanun əhdinin bağlanması
İbrahimlə bağlanan əhdin
qüvvəyə mindiyi vaxtdan
başlanan 430 illik dövrün sonu
Çıx.12:40
Musa səhrada “Təkvin”
kitabını tərtib edir;
Müqəddəs Kitabın
yazılmasının başlanğıcı
B.e.ə. 1512-ci il Çadırın tikintisi
başa çatır Çıx. 40:17
Kahinliyin Harunun nəslindən
tə’yin edilməsi
Musa “Çıxış” və “Levililər”
kitabını tamamlayır
B.e.ə. t. 1473-cü il Musa “Eyub” kitabını
tamamlayır Eyub 42:16,17
B.e.ə. 1473-cü il Musa Moab düzənliyində
“Saylar” kitabını tamamlayır
Moabda İsrail ilə əhd
Musa “Təsniyə” kitabını yazır
Musanın Moabdakı
Nebo dağında ölümü
İsrail Yeşunun başçılığı
altında Kən’ana daxil olur
B.e.ə. 1467-ci il Diyarın əsas hissəsinin
fəth edilməsi başa çatıb;
Həv. iş. 13:17-20 ayələrində
deyilən ‘təqribən 450 ilin’ sonu
14:7,10-15
B.e.ə. t. 1450-ci il “Yeşu” kitabının
tamamlanması
Yeşunun ölümü Yeşu24:29
B.e.ə. 1117-ci il Samuel Saulu
İsrailin padşahı
kimi məsh edir
1 Sam.10:24;
B.e.ə. 1107-ci il Davudun Beytlehemdə
doğulması
1 Sam.16:1
B.e.ə. t. 1100-cü il Samuel “Hakimlər”
kitabını tamamlayır
Hakim. 21:25
B.e.ə. t. 1090-cı il Samuel “Rut” kitabını
tamamlayır Rut4:18-22
B.e.ə. t. 1078-ci il “1 Samuel” kitabının
tamamlanması 1 Sam.31:6
B.e.ə. 1077-ci il Davud Hebronda
Yəhudanın padşahı olur
B.e.ə. 1070-ci il Davud bütün İsrailin
padşahı olur;
Yerusəlimi paytaxt edir
B.e.ə. 1070-ci ildən s. Sandıq Yerusəlimə
gətirilir; padşahlıq
üçün Davudla əhd bağlanır
B.e.ə. t. 1040-cı il Qad və Natan
“2 Samuel” kitabını
tamamlayırlar 2 Sam.24:18
B.e.ə. 1037-ci il Davuddan sonra Süleyman
İsrailin padşahı olur
B.e.ə. 1034-cü il Süleyman mə’bədin
tikintisinə başlayır
B.e.ə. 1027-ci il Yerusəlimdə mə’bədin
tikintisi başa çatır
B.e.ə. t. 1020-ci il Süleyman “Nəşidələr
nəşidəsi” kitabını tamamlayır
Nəş.nəşid.1:1
B.e.ə. 1000-ci ilə q. Süleyman “Vaiz”
kitabını tamamlayır
B.e.ə. 997-ci il Süleymandan sonra
Rehoboam padşah olur;
padşahlıq bölünür; Yeroboam İsrail
üzərində padşahlığa başlayır
12:19, 20
B.e.ə. 993-cü il Şişak Yəhudanı zəbt
edir və mə’bəddən
xəzinələri aparır
1 Kral.14:25, 26
B.e.ə. 980-ci il Rehoboamdan sonra
Abiyam (Abiyah) Yəhudanın
padşahı olur
B.e.ə. 977-ci il Abiyamdan sonra
Asa Yəhudanın padşahı olur
B.e.ə. t. 976-cı il Yeroboamdan sonra
Nadab İsrailin padşahı olur
B.e.ə. t. 975-ci il Nadabdan sonra
Baaşa İsrailin padşahı olur
B.e.ə. t. 952-ci il Baaşadan sonra
Ela İsrailin padşahı olur
B.e.ə. t. 951-ci il Eladan sonra
Zimri İsrailin padşahı olur
Zimridən sonra Omri və Tibni
İsrailin padşahı olurlar
B.e.ə. t. 947-ci il Omri İsraildə təkcə
padşahlıq edir
B.e.ə. t. 940-cı il Omridən sonra Ahab
İsrailin padşahı olur
B.e.ə. 936-cı il Asadan sonra Yehoşafat
Yəhudanın padşahı olur
B.e.ə. t. 919-cu il Ahabdan sonra Ahazya
İsrailin tək padşahı olur
B.e.ə. t. 917-ci il Ahazyadan sonra israilli
Yehoram İsrailin tək padşahı olur
B.e.ə. 913-cü il Yehoşafat sağ ikən
Yəhudadan olan Yehoram ‘padşah olur’
B.e.ə. t. 906-cı il Yehoramdan sonra Ahazya
Yəhudanın padşahı olur
B.e.ə. t. 905-ci il Şahzadə Atalya
qeyri-qanuni olaraq Yəhuda
taxtını tutur
Yehoramdan sonra Yehu
İsrailin padşahı olur
B.e.ə. 898-ci il Ahazyadan sonra Yehoaş
Yəhudanın padşahı olur
B.e.ə. 876-cı il Yehudan sonra Yehoahaz
İsrailin padşahı olur
B.e.ə. t. 859-cu il Yehoahazdan sonra Yehoaş
İsrailin tək padşahı olur
B.e.ə. 858-ci il Yehoaşdan sonra Amatsya
Yəhudanın padşahı olur
B.e.ə. t. 844-cü il Yehoaşdan sonra
II Yeroboam İsrailin
padşahı olur 2 Kral. 14:23
Yunus “Yunus” kitabını tamamlayır
B.e.ə. 829-cu il Amatsyadan sonra Uzziya
(Azarya) Yəhudanın padşahı olur
B.e.ə. t. 820-ci il “Yoel” kitabının
yazılmasının təxmini vaxtı Yoel 1:1
B.e.ə. t. 804-cü il Amos “Amos”
kitabını tamamlayır Amos 1:1
B.e.ə. t. 792-ci il Zəkarya padşah kimi
İsraili idarə edir (6 ay)
B.e.ə. t. 791-ci il Zəkaryadan sonra Şallum
İsrailin padşahı olur
Şallumdan sonra Menahem
İsrailin padşahı olur
B.e.ə. t. 780-ci il Menahemdən sonra Pekahya
İsrailin padşahı olur
B.e.ə. t. 778-ci il Pekahyadan sonra Pekah
İsrailin padşahı olur
B.e.ə. t. 778-ci il İşaya peyğəmbərlik
B.e.ə. 777-ci il Uzziyadan (Azarya) sonra
Yotam Yəhudanın padşahı olur
B.e.ə. t. 761-ci il Yotamdan sonra Ahaz
Yəhudanın padşahı olur
B.e.ə. t. 758-ci il Hoşea İsrailin
‘padşahı olur’ 2 Kral. 15:30
B.e.ə. 745-ci il Ahazdan sonra Hizkiya
Yəhudanın padşahı olur
B.e.ə. 745-ci ildən s. Hoşea “Hoşea”
kitabını tamamlayır Hoş. 1:1
B.e.ə. 740-cı il Aşur [Aşşur] İsraili
fəth edir, Samariyanı ələ keçirir
B.e.ə. 732-ci il Sanherib Yəhudaya
hücum edir 2 Kral. 18:13
B.e.ə. 732-ci ildən s. İşaya peyğəmbər
“İşaya” kitabını tamamlayır İş. 1:1
B.e.ə. 717-ci ilə q. Mika “Mika” kitabını
tamamlayır Mika 1:1
B.e.ə. t. 717-ci il “Süleymanın məsəlləri”
kitabının tərtibi başa çatır
B.e.ə. 716-cı il Hizkiyadan sonra Manasse
Yəhudanın padşahı olur
B.e.ə. 661-ci il Manassedən sonra Amon
Yəhudanın padşahı olur
B.e.ə. 659-cu il Amondan sonra Yoşiya
Yəhudanın padşahı olur
B.e.ə. 648-ci ilə q. Tsefanya peyğəmbər
“Tsefanya” kitabını tamamlayır
B.e.ə. 647-ci il Yeremya peyğəmbər
tə’yin edilir
B.e.ə. 632-ci ilə q. Nahum peyğəmbər
“Nahum” kitabını tamamlayır
B.e.ə. 632-ci il Kildanilər və midiyalılar
Nineveni [Ninevanı] zəbt edirlər
Babilin üçüncü dünya dövləti olması
B.e.ə. 628-ci il Yoşiyanın xələfi Yehoahaz
Yəhudanın padşahı olur
Yehoahazdan sonra Yehoyakim
Yəhudanın padşahı olur
B.e.ə. t. 628-ci il Habakkuk peyğəmbər
“Habakkuk” kitabını tamamlayır
Habak. 1:1
B.e.ə. 625-ci il Nebukadnetsar (II)
[Navuxodonosor] Babilin padşahı olur;
onun hakimiyyətinin ilk ili
b.e.ə. 625-ci ilin nisan ayından
başlanır Yer. 25:1
B.e.ə. 620-ci il Navuxodonosor Yehoyakimi
özünə tabe etdirir
B.e.ə. 618-ci il Yehoyakimdən sonra
Yehoyakin Yəhudanın
padşahı olur 2 Kral. 24:6, 8
B.e.ə. 617-ci il Navuxodonosor ilk Yəhuda
əsirlərini Babilə aparır
Tsedekiya Yəhudanın padşahı
olur 2 Kral. 24:12-18
B.e.ə. 613-cü il Hezekiel peyğəmbərlik
etməyə başlayır
B.e.ə. 609-cu il Navuxodonosor üçüncü
dəfə Yəhudaya qarşı çıxır;
Yerusəlim mühasirəyə alınır
B.e.ə. 607-ci il Beşinci ay (ab): mə’bəd
və Yerusəlim darmadağın edilir
Yeddinci ay: yəhudilər
Yəhudanı tərk edirlər;
“digər xalqların vaxtı”
hesablanmağa başlanır
Yeremya “Yeremyanın mərsiyələri”
kitabını yazır Mərsiyələr,
Septuaqintada ön söz
B.e.ə. t. 607-ci il Obadya peyğəmbər
“Obadya” kitabını yazır
B.e.ə. t. 591-ci il Hezekiel peyğəmbər
“Hezekiel” kitabını tamamlayır
B.e.ə. 580-ci il “1 Krallar” və “2 Krallar”
və “Yeremya” kitablarının
tamamlanması
B.e.ə. 539-cu il Babil midiyalılar və
farslar tərəfindən zəbt edilir;
Midiya-Fars dövləti dördüncü
dünya dövləti olur
B.e.ə. 537-ci il Fars padşahı Koreşin
[Kirin] yəhudilərin Yerusəlimə
qayıtmasına imkan verən
fərmanı qüvvəyə minir;
Yerusəlimin 70 illik
xarabalığının sonu
2 Tarix. 36:22, 23; Yer. 25:12; 29:10
B.e.ə. t. 536-cı il Daniel peyğəmbər
“Daniel” kitabını tamamlayır
B.e.ə. 536-cı il Zerubbabel mə’bədin
təməlini qoyur
B.e.ə. 522-ci il Mə’bədin tikintisinə
qadağa qoyulur
B.e.ə. 520-ci il Haqqay peyğəmbər
“Haqqay” kitabını tamamlayır
B.e.ə. 518-ci il Zəkarya peyğəmbər
“Zəkarya” kitabını tamamlayır
B.e.ə. 515-ci il Zerubbabel ikinci mə’bədin
tikintisini başa vurur
B.e.ə. t. 475-ci il Mordekay “Ester”
kitabını tamamlayır
B.e.ə. 468-ci il Ezra və kahinlər
Yerusəlimə qayıdırlar
B.e.ə. t. 460-cı il Ezra “1 Tarixlər” və
“2 Tarixlər” və “Ezra”
kitablarını tamamlayır;
“Məzmurlar” kitabının tam
tərtib olunması
B.e.ə. 455-ci il Nehemya Yerusəlimin
divarlarını tə’mir edir;
70 həftə haqqındakı
peyğəmbərlik yerinə
yetməyə başlayır
6:15; Dan. 9:24
B.e.ə. 443-cü ildən s. Nehemya peyğəmbər
“Nehemya” kitabını tamamlayır
Malaki peyğəmbər “Malaki”
kitabını tamamlayır
B.e.ə. 406-cı il Yerusəlimin bərpası,
ehtimal ki, başa çatıb
B.e.ə. 332-ci il Beşinci dünya dövləti olan
Yunanıstan Yəhudaya
hökmranlıq edir Dan. 8:21
B.e.ə. t. 280-ci il Yunanca Septuaqinta
yazılmağa başlamışdır
B.e.ə. 165-ci il Mə’bədin yunan
bütpərəstləri tərəfindən
murdarlanmasından sonra
təkrarən təqdis olunması;
Təqdis bayramı Yəh. 10:22
B.e.ə. 63-cü il Altıncı dünya dövləti
olan Roma Yerusəlimə
hökmranlıq edir
B.e.ə. t. 37-ci il Hirod (Romanın tə’yin
etdiyi padşah)
Yerusəlimi hücum edərək
ələ alır
B.e.ə. 2-ci il Vəftizçi Yəhyanın və
İsanın anadan olması
B.e. 29-cu ili Yəhya və İsa
xidmətlərinə başlayırlar
B.e. 33-cü ili nisanın 14-ü: İsa,
yeni əhdin əsasını
təşkil edən qurban olur;
dirəyə mismarlanır
Nisanın 16-sı:
İsanın dirilməsi
Sivanın 6-sı,
Pentikost günü:
ruhun tökülməsi; Peter
yəhudilər üçün məsihçi
yığıncağına yol açır
B.e. 36-cı ili 70 illik həftənin sonu;
Peter, digər xalqların
nümayəndəsi, sünnətsiz imanlılardan
ilk olaraq məsihçi yığıncağına
daxil olan Korneliusun
yanına gəlir Dan. 9:24-27;
B.e. t. 41-ci ili Matta öz adını
daşıyan Müjdəni yazır
B.e. t. 47-48-ci illəri Pavel ilk
missioner səyahətinə başlayır
B.e. t. 49-cu ili Rəhbərlik şurası
qərar verir ki, digər
xalqlardan olan imanlılara
sünnət olunmaq tələb olunmur
B.e. t. 49-52-ci illəri Pavelin ikinci
missioner səyahəti
B.e. t. 50-ci ili Pavel Korinf
şəhərindən “1 Saloniklilərə”
məktubunu yazır 1 Salon. 1:1
B.e. t. 51-ci ili Pavel Korinf
şəhərindən “2 Saloniklilərə”
məktubunu yazır 2 Salon. 1:1
B.e. t. 50-52-ci illəri Pavel Korinfdən
və ya Suriya Antakyasından
“Qalatiyalılara” məktubunu
yazır Qalat. 1:1
B.e. t. 52-56-cı illəri Pavelin üçüncü
missioner səyahəti
B.e. t. 55-ci ili Pavel “1 Korinflilərə”
məktubunu Efesdən,
“2 Korinflilərə” məktubunu
isə Makedoniyadan yazır
B.e. t. 56-cı ili Pavel “Romalılara”
məktubunu Korinfdən yazır
B.e. t. 56-58-ci illəri Luka öz adını
daşıyan Müjdəni yazır
B.e. t. 60-61-ci illəri Pavel Romadan
növbəti məktublarını yazır:
“Efeslilərə” Efes. 3:1
“Filipililərə” Filip. 4:22
“Koloslulara” Kolos. 4:18
“Filimona” Filim. 1
B.e. t. 61-ci ili Pavel “İbranilərə”
məktubunu Romadan yazır
Luka “Həvarilərin işləri”
kitabını Romada tamamlayır
B.e. 62-ci ilinə q. İsanın qardaşı Yaqub
öz adını daşıyan məktubu
Yerusəlimdən yazır Yaq. 1:1
B.e. t. 60-65-ci illəri Mark öz adını
daşıyan Müjdəni yazır
B.e. t. 61-64-cü illəri Pavel “1 Timoteyə”
məktubunu Makedoniyadan
yazır 1 Tim. 1:3
Pavel “Titusa” məktubunu
Makedoniyadan (?) yazır
B.e. t. 62-64-cü illəri Peter Babildən
“1 Peterə”
məktubunu yazır
B.e. t. 64-cü ili Peter Babildən (?)
“2 Peterə”
məktubunu yazır
B.e. t. 65-ci ili Pavel Romadan
“2 Timoteyə”
məktubunu yazır
İsanın qardaşı Yəhuda
“Yəhuda” adlı məktubu yazır
B.e. 70-ci ili Yerusəlim və onun mə’bədi
romalılar tərəfindən dağıdılır
B.e. t. 96-cı ili Yəhya Patmos adasında
“Vəhy” kitabını yazır
B.e. t. 98-ci ili Yəhya öz adını daşıyan
Müjdəni və 1-ci, 2-ci və
3-cü məktublarını yazır;
Müqəddəs Kitabın yazılması
başa çatır
B.e. t. 100-cü ili Həvarilərin axırıncısı
olan Yəhyanın ölümü
QEYD. Yadda saxlamaq lazımdır ki, bir çox hallarda dəqiq tarixlər verilsə də, əldə olan dəlillər əsasında tarixlərin təxmini göstərildiyi hallar da var. Bu cədvəlin məqsədi hər bir hadisənin tarixini dəqiqliyi ilə müəyyən etmək yox, Müqəddəs Kitabı öyrənənlərə hadisələri vaxt axınında yerləşdirməyə və onların bir-birilə necə bağlı olduğunu görməyə kömək etməkdir.
[13-16-cı səhifələrdə olan çərçivəyə mətnin özündə baxın]