Yəhyanın yazdığı müjdə
1 Başlanğıcda Söz var idi,+ Söz Allahla idi+ və Söz ilahi varlıq idi.+ 2 O, başlanğıcda Allahla idi. 3 Hər şey onun vasitəsilə mövcud oldu+ və onsuz heç bir şey mövcud olmadı.
4 Onun vasitəsilə həyat mövcud oldu və həyat insanlar üçün nur oldu.+ 5 Bu nur qaranlıqda parlayır,+ ancaq qaranlıq onu üstələyə bilmir.
6 Allahın göndərdiyi bir elçi peyda oldu. Onun adı Yəhya idi.+ 7 O, şəhadət vermək üçün gəlmişdi. O, nur haqqında şəhadət verəcəkdi ki,+ hər cür insan onun vasitəsilə iman gətirsin. 8 O özü həmin nur deyildi,+ amma nur haqqında şəhadət verməli idi.
9 Hər cür insanı nurlandıran əsl nur dünyaya gəlmək üzrə idi.+ 10 O, dünyada idi.+ Dünya onun vasitəsilə mövcud olmuşdu,+ lakin dünya onu tanımadı. 11 O, doğma yurduna gəldi, ancaq xalqı onu qəbul etmədi. 12 O, onu qəbul edən, onun adına iman gətirən hər kəsə+ Allahın övladı+ olmaq hüququ verdi. 13 Onlar ətdən-qandan doğulmayıblar, insan istəyi ilə dünyaya gəlməyiblər, onlar Allahın övladlarıdırlar.+
14 Söz insan olub+ aramızda yaşadı və biz onun calalını gördük. Bu, atanın yeganə oğluna+ verdiyi calala bənzəyirdi. O, Allahın lütfü ilə və həqiqətlə dolu idi. 15 Yəhya onun barəsində şəhadət verir, nida edirdi: «Mən bu sözləri onun haqqında deyirdim: “Məndən sonra gələn məni ötüb keçdi, çünki o, məndən əvvəl var olub”».+ 16 Biz hamımız onun dolğunluğundan bəhrələndik, lütf üstündən lütf aldıq. 17 Qanun Musa vasitəsilə verildi,+ lütf+ və həqiqət isə İsa Məsih vasitəsilə açıldı.+ 18 Bəşər övladlarından heç kim heç vaxt Allahı görməmişdir,+ yalnız Atanın qoynunda* olan+ o ilkin ilahi varlıq+ Onu bizə tanıtdı.+
19 Yəhudilər Yəhyanın kim olduğunu+ öyrənmək üçün Yerusəlimdən onun yanına kahinlərlə lavililəri göndərdi. Yəhya belə şəhadət verdi: 20 «Mən Məsih deyiləm». O, bunu açıq-aşkar dedi, sualdan qaçmadı. 21 Belə olduqda onlar soruşdular: «Bəs onda kimsən? Olmaya, İlyassan?»+ O: «Xeyr», — dedi. «Bəlkə, həmin o Peyğəmbərsən?»+ O, yenə inkar etdi. 22 Onda onlar dedilər: «Axı sən kimsən? Özün haqqında bir şey de ki, bizi göndərənlərə cavab verə bilək». 23 O cavab verdi: «Mən Əşiya peyğəmbərin dediyi,+ “Yehovanın yolunu hamarlayın!”+ — deyə çöllükdə car çəkənin səsiyəm». 24 Gələnlər isə fərisilərdən idilər. 25 Onu yenə sorğu-suala çəkdilər: «Əgər sən nə Məsih, nə İlyas, nə də həmin o Peyğəmbər deyilsənsə, bəs onda nəyə görə vəftiz* edirsən?» 26 Yəhya onlara cavab verib dedi: «Mən suda vəftiz edirəm. Lakin aranızda bir nəfər var, siz onu tanımırsınız. 27 O, məndən sonra gəlir, amma mən onun səndəlinin bağını belə, açmağa layiq deyiləm».+ 28 Bütün bunlar Beytaniyyədə, İordan çayının o biri tayında baş verdi. Yəhya orada vəftiz edirdi.+
29 Ertəsi gün Yəhya ona tərəf gələn İsanı görəndə dedi: «Budur bəşəriyyətin+ günahını yuyan+ Allahın Quzusu!+ 30 “Məndən sonra gələn məni ötüb keçdi, çünki o, məndən əvvəl var olub”, — deyə haqqında danışdığım adam budur.+ 31 Mən özüm də onu tanımırdım, lakin mən suda vəftiz edirəm ki, İsrail onu tanısın».+ 32 Yəhya bunu da təsdiqlədi: «Müqəddəs ruhun göydən göyərçin kimi enib onun üzərində qaldığını gördüm.+ 33 Mən özüm də onu tanımırdım. Ancaq məni suda vəftiz etməyə göndərən Allah dedi: “Müqəddəs ruhun kimin üzərinə enib+ qaldığını görsən, bil ki, müqəddəs ruhla vəftiz edən odur”.+ 34 Mən də bunu gördüm və təsdiq etdim ki, o, Allahın Oğludur».+
35 Ertəsi gün Yəhya iki şagirdi ilə bir yerdə olanda 36 yol ilə gedən İsanı görüb dedi: «Budur Allahın Quzusu!»+ 37 Bu sözləri eşidən həmin iki şagird İsanın ardınca getdi. 38 İsa geriyə baxdı və onların arxadan gəldiyini görəndə soruşdu: «Nə istəyirsiniz?» Onlar cavab verdilər: «Rabbi, sən harada qalırsan?» (Rabbi «müəllim» deməkdir.) 39 İsa dedi: «Gəlin özünüz görün». Onlar gedib onun harada qaldığını gördülər. Təxminən günorta saat dörd* olardı. Onlar həmin gün İsa ilə qaldılar. 40 Yəhyanın sözünü eşidib İsanın ardınca gedən iki şagirddən biri Şimon Butrusun qardaşı Andreas+ idi. 41 O, əvvəlcə qardaşı Şimonu tapdı və dedi: «Biz Məsihi tapmışıq»+ (Məsih «məsh edilmiş» deməkdir.) 42 O, qardaşını İsanın yanına gətirdi. İsa ona baxıb dedi: «Yəhya oğlu Şimon,+ indən belə səni Kifa (yunanca Butrus*)+ çağıracaqlar».
43 Sabahısı gün İsa Cəliləyə yollanmaq istədi. O, Filipi+ tapıb dedi: «Ardımca gəl». 44 Filip də Andreasla Butrusun doğma şəhəri olan Beytsəydadan idi. 45 Filip Natanaili+ tapıb ona dedi: «Biz Tövratda* Musanın yazdığı və Peyğəmbərlərin kitabında bəhs edilən adamı, Yusifin+ oğlu nəsrani İsanı tapmışıq». 46 Amma Natanail ona dedi: «Heç Nasirədən də fərli bir şey çıxar?» Filip ona cavab verdi: «Gəl özün bax». 47 İsa ona tərəf gələn Natanaili görəndə onun haqqında belə dedi: «Budur, zərrə qədər də bicliyi olmayan əsl israilli!»+ 48 Natanail soruşdu: «Sən məni haradan tanıyırsan?» İsa cavab verdi: «Filip səni çağırmazdan əvvəl mən səni görmüşdüm. Sən əncir ağacının altında idin». 49 Natanail dedi: «Rabbi, sən Allahın Oğlusan, sən İsrailin Padşahısan».+ 50 İsa dedi: «Səni əncir ağacının altında gördüyümü dediyim üçün mənə inandın? Sən bunlardan da böyük işlər görəcəksən». 51 Sonra əlavə etdi: «Sizi əmin edirəm ki, siz səmanın açıldığını və Allahın mələklərinin insan Oğlunun yanına enib-qalxdığını görəcəksiniz».+