Yəhyanın yazdığı müjdə
14 Qoy ürəyiniz narahat olmasın.+ Allaha da iman edin,+ mənə də. 2 Atamın evində qalmağa yer çoxdur. Belə olmasaydı, mən sizə deyərdim. Axı mən sizin üçün yer hazırlamağa gedirəm.+ 3 Əgər mən gedib sizin üçün yer hazırlasam, qayıdıb sizi evə, öz yanıma aparacağam ki, siz də mən olan yerdə olasınız.+ 4 Siz getdiyim yerin yolunu bilirsiniz».
5 Tomas+ dedi: «Ağa, biz sənin hara getdiyini bilmirik, yolu haradan bilək?»
6 İsa cavab verdi: «Yol,+ həqiqət+ və həyat+ mənəm. Mənim vasitəçiliyim olmadan heç kəs Atanın yanına gələ bilməz.+ 7 Məni tanıyırsınızsa, Atamı da tanıyırsınız. Bu andan etibarən, siz Onu tanıyırsınız, siz Onu gördünüz».+
8 Filip dedi: «Ağa, bizə Atanı göstər, bəsimizdir».
9 İsa ona dedi: «Mən neçə vaxtdır ki, sizinləyəm, sən isə, Filip, bu vaxta qədər məni tanımamısan? Məni görən Atanı da görüb.+ Necə olur ki, sən: “Bizə Atanı göstər”, — deyirsən? 10 Məgər mənim Ata ilə, Atanın da mənimlə vəhdətdə olduğuna inanmırsan?+ Sizə dediyim sözləri özümdən demirəm,+ mənimlə daima vəhdətdə olan Atam mənim vasitəmlə Öz işini görür. 11 İnanın, mən Atamla, Atam da mənimlə vəhdətdədir. Mənə inanmırsınızsa, etdiyim işlərə inanın.+ 12 Bunu bilin, mənə iman edən adam mənim etdiyim işləri edəcək və bunlardan da böyük işlər edəcək,+ çünki mən Atamın yanına gedirəm.+ 13 Bundan əlavə, mənim adımla nə istəsəniz, diləyinizi yerinə yetirəcəyəm ki, Ata Oğul vasitəsilə şərəflənsin.+ 14 Mənim adımla nə isə diləsəniz, yerinə yetirəcəyəm.
15 Məni sevirsinizsə, əmrlərimə də əməl edəcəksiniz.+ 16 Mən Atamdan xahiş edəcəyəm və O, sizə başqa bir köməkçi* verəcək. O, əbədiyyən sizinlə olacaq.+ 17 Bu köməkçi həqiqət ruhudur.+ Dünya bu ruhu ala bilməz, çünki onu görmür və tanımır.+ Siz isə onu tanıyırsınız, çünki o, sizinlədir və sizdədir. 18 Sizi yetim qoymayacağam, mütləq yanınıza gələcəyəm.+ 19 Bir azdan dünya artıq məni görməyəcək, siz isə görəcəksiniz,+ mən yaşadığım üçün siz də yaşayacaqsınız. 20 O gün siz mənim Ata ilə, sizin mənimlə, mənim də sizinlə vəhdətdə olduğumu biləcəksiniz.+ 21 Məni sevən adam mənim əmrlərimi qəbul edib onlara əməl edir. Məni sevən adamı Atam da sevəcək, mən də onu sevəcəyəm və özümü ona açıq-aşkar göstərəcəyəm».
22 İskəryut yox, o biri Yəhuda+ dedi: «Ağa, sən özünü nə üçün dünyaya yox, məhz bizə açıq-aşkar göstərmək istəyirsən?»
23 İsa ona cavab verdi: «Məni sevən mənim sözümə əməl edəcək+ və Atam onu sevəcək. Onda biz onun yanına gəlib onunla yaşayacağıq.+ 24 Məni sevməyən isə sözümə əməl etmir. Eşitdiyiniz sözlər mənim deyil, məni göndərmiş Atanındır.+
25 Hələ ki sizinləyəm bunları sizə deyirəm. 26 Köməkçi, yəni Atanın mənim adımla göndərəcəyi müqəddəs ruh hər şeyi sizə öyrədəcək və sizə dediyim bütün sözləri yadınıza salacaq.+ 27 Sizə sülh verirəm, öz sülhümü sizə bağışlayıram.+ Mənim verdiyim sülh dünyanın verdiyi sülhə bənzəmir. Qoy ürəyiniz narahat olmasın, qorxmayın. 28 Sizə: “Gedirəm və yanınıza qayıdacağam”, — dediyimi eşitdiniz. Məni sevirsinizsə, Atamın yanına getdiyimə sevinməlisiniz, axı Ata məndən üstündür.+ 29 Sizə qabaqcadan söylədim ki, bu hadisələr baş verəndə inanasınız.+ 30 Artıq sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı+ gəlir. Onun mənim üzərimdə hakimiyyəti yoxdur.+ 31 Lakin Atamı sevdiyimi dünya bilsin deyə, hər şeyi Atamın mənə buyurduğu kimi edirəm.+ Durun gedək.