Zəbur
Dirijora. Davudun məzmuru.
139 Ey Yehova, məni yoxlamısan, yaxşı tanıyırsan.+
5 Arxadan, öndən məni qoruyursan,
Əlin üzərimdədir.
6 Ağlım bu şeyləri sığışdıra bilmir,
Bunu dərk edə bilmirəm.+
7 Hara gedim ki, ruhun orada olmasın?
Harada gizlənim ki, məni görə bilməyəsən?+
9 Sübh şəfəqinin qanadlarını taxıb
Yaşamaq üçün ən uzaq dənizə uçsam,
10 Hətta orada əlin mənə yol göstərər,
Sağ əlin məni tutar.+
11 «Qaranlıq məni gizlədər», — desəm,
Onda ətrafımda gecə bəyaz olar.
12 Zülmət qaranlıq belə, Sənin üçün qaranlıq deyil,
Gecə gündüz kimi işıqlıdır,+
Qaranlıq işıqla eynidir Sənin üçün.+
14 Şükür Sənə! Nə heyrətli, nə ecazkar yaradılmışam!+
İşlərin heyrətamizdir,+
Bunu gözəl bilirəm.
16 Gözlərin rüşeymimi görmüşdü.
Hələ heç biri yox ikən bədənimin bütün hissələri,
Onların əmələ gələcəyi günlər
Sənin kitabında yazılmışdı.
18 Saymaq istəsəm, qum dənələrindən çoxdur.+
Yuxudan oyananda yenə fikrimdə Sənsən*.+
19 Ey Allah, kaş pisləri qıraydın,+
Onda zorakılar məndən uzaq olardı.
20 Onlar Sənin barəndə pis-pis danışırlar,
Sənə düşməndirlər, adına küfr edirlər.+
21 Ey Yehova, Sənə nifrət edənlərə necə nifrət etməyim?+
Sənə qarşı çıxanlardan necə ikrah etməyim?+
22 Bütün nifrətimlə onlara nifrət edirəm,+
Onlar mənim qatı düşmənimdir.
Əbədiyyət yolunda mənə bələdçi ol!+