Lukanın yazdığı müjdə
10 Bütün bunlardan sonra Ağa daha yetmiş şagird təyin edib onları gedəcəyi hər şəhərə, hər yerə özündən qabaq iki-iki+ göndərdi. 2 O, şagirdlərə dedi: «Bəli, məhsul bol, biçinçi isə azdır. Buna görə də biçin Sahibinə yalvarın ki, məhsulu yığmağa biçinçi göndərsin.+ 3 Gedin. Mən sizi canavarlar arasına quzu kimi göndərirəm.+ 4 Özünüzlə pul kisəsi, heybə, səndəl götürməyin+ və yolda heç kəslə qucaqlaşıb görüşməyin. 5 Hansı evə girsəniz, əvvəlcə deyin: “Bu evə salam olsun*!”+ 6 O evdə sülhsevər bir adam olmasa, dilədiyiniz sülh sizə qayıdacaq. Əgər olsa, onun üzərində qalacaq. 7 O evdə qalın.+ Qabağınıza nə qoysalar yeyin, için,+ çünki zəhmətkeş əməkhaqqına layiqdir.+ Bir evi qoyub başqa evə keçməyin.
8 Hər hansı bir şəhərə girəndə sizi orada qəbul etsələr, qabağınıza qoyulan şeyləri yeyin, 9 o şəhərdəki xəstələri sağaldın və onlara: “Allahın Padşahlığı yaxındır”, — deyin.+ 10 Hansı şəhərdə ki sizi qəbul etmədilər, onun baş küçələrinə çıxıb deyin: 11 “Hətta şəhərinizdən ayağımıza yapışan tozu da sizə qarşı şəhadət olaraq çırpırıq.+ Ancaq yadınızda qalsın, Allahın Padşahlığı yaxındır”. 12 Bilin və agah olun, Hökm günü Sədumun cəzası o şəhərinkindən yüngül olacaq.+
13 Vay halına, Xorəzin! Vay halına, Beytsəyda! Çünki sizdə edilmiş qüdrətli işlər Sur və Sidon şəhərlərində edilsəydi, onlar çula bürünüb kül içində oturaraq çoxdan tövbə etmişdilər.+ 14 Buna görə də Hökm günü Surla Sidon şəhərlərinin cəzası sizinkindən yüngül olacaq. 15 Ey Kəfərnahum, elə bilirsən, göylərə qədər yüksələcəksən? Xeyr! Birbaşa Məzara* düşəcəksən!
16 Sizə qulaq asan mənə də qulaq asır.+ Sizi rədd edən məni də rədd edir. Məni rədd edən isə Məni göndərəni də rədd edir».+
17 Bundan bir qədər sonra yetmiş şagird sevinc içində qayıdıb dedilər: «Ağa! Sənin adını çəkəndə cinlər də bizə boyun əyirlər!»+ 18 İsa dedi: «Şeytanın göydən ildırım kimi düşdüyünü+ görürəm. 19 Mən sizə ilanları və əqrəbləri tapdalamaq hökmü, həmçinin düşmənin bütün gücü üzərində səlahiyyət vermişəm.+ Sizə heç bir şey zərər vura bilməz. 20 Ancaq cinlərin* sizə boyun əydiyinə görə yox, adınızın göylərdə yazıldığına görə sevinin».+ 21 O an İsa müqəddəs ruhla doldu və sevincdən cuşa gəlib dedi: «Ata, ey yerin, göyün Sahibi! Hamının qarşısında Sənə şükür edirəm, çünki bunları hikmətli və ağıllı adamlardan+ bərk-bərk gizlədib körpələrə açdın. Bəli, Ata, Sən belə məsləhət bildin.+ 22 Hər şeyi Atam mənə verib. Oğulu Atadan savayı heç kim tanımır. Atanı da Oğuldan+ savayı və Oğulun tanıtmaq istədiyi adamdan savayı heç kəs tanımır».+
23 İsa bunu deyib şagirdlərinə tərəf döndü və ayrıca onlara dedi: «Sizin gördüyünüzü görən gözlər nə xoşbəxtdir!+ 24 İnanın, bir çox peyğəmbər və padşah sizin gördüyünüzü görməyi arzulamış, amma görməmişdir,+ eşitdiklərinizi eşitmək istəmiş, amma eşitməmişdir».
25 Bir qanunşünas İsanı sınamaq üçün ayağa qalxıb soruşdu: «Ustad, əbədi həyatı almaq üçün nə etməliyəm?»+ 26 İsa cavab verdi: «Qanunda nə yazılıb? Necə başa düşürsən?» 27 O, cavabında dedi: «“Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, bütün ağlınla və var gücünlə sev”+ və “başqasını özünü sevdiyin kimi sev”».+ 28 İsa ona dedi: «Düz dedin: “Həmişə belə et, onda əbədi həyatı alacaqsan”».+
29 Lakin bu adam özünə bəraət qazandırmaq+ üçün İsadan soruşdu: «Bəs mən kimi sevməliyəm?» 30 İsa cavab verdi: «Bir adam Yerusəlimdən Ərihaya enirdi. Yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub döydülər, ölümcül halda qoyub getdilər. 31 Bu vaxt bir kahin də o yolla gedirdi, lakin onu gördükdə yolun o tayına keçib getdi. 32 Habelə bir lavili də həmin yerə çatıb onu görəndə yolun o biri tərəfinə keçib getdi. 33 O yol ilə bir səməriyyəli+ də gedirdi. O, həmin yerə çatanda bu adamı gördü. Ona yazığı gəldi. 34 Yaxınlaşıb onun yaralarına yağ və şərab tökdü, yaralarını sarıdı. Sonra onu öz eşşəyinə mindirib bir karvansaraya gətirdi və orada onun qayğısına qaldı. 35 Ertəsi gün səməriyyəli iki dinar* çıxarıb karvansara sahibinə verdi və dedi: “Bu adama yaxşı bax, artıq xərcin çıxsa, qayıdanda ödəyərəm”. 36 Səncə, bu üç nəfərdən hansı biri quldurların əlinə düşmüş adama məhəbbət+ göstərdi?» 37 O cavab verdi: «Ona mərhəmət göstərən».+ İsa ona dedi: «Get, sən də belə elə».+
38 Onlar yollarına davam edərkən İsa bir kəndə girdi. Burada Marta+ adlı bir qadın onu evinə dəvət etdi. 39 Bu qadının bacısı Məryəm Ağanın ayaqları yanında oturub ona qulaq asırdı. 40 Martanın isə başı biş-düşə bərk qarışmışdı. O yaxınlaşıb dedi: «Ağa, bacım məni tək qoyub kömək eləmir, niyə ona bir söz demirsən? Ona de ki, durub mənə kömək etsin». 41 Ağa ona dedi: «Marta, Marta, sən çox şeyə görə narahat olub özünü yorursan. 42 Əslində, insana az şey lazımdır, hətta bir şey də kifayət edər. Məryəm özünə yaxşı pay seçib+ və bu, ondan alınmayacaq».