Qanunun təkrarı
6 Bunlar Allahınız Yehovanın sizə öyrətmək üçün mənə verdiyi əmrlər, qanun və hökmlərdir. Gedib sahib olacağınız ölkədə onlara riayət etməlisiniz. 2 Özünüz də, övladlarınız da, nəvələriniz də həyatınız boyunca Allahınız Yehovadan qorxub,+ sizə verdiyim qanun və əmrlərinə riayət edin ki, ömrünüz uzun olsun.+ 3 Ey İsrail, qulaq as və onlara dəqiqliklə əməl et ki, atalarının Allahı Yehovanın vəd etdiyi kimi, firavan yaşayasan və süd-bal axan diyarda get-gedə artıb çoxalasan.
4 Dinlə, ey İsrail: Allahımız Yehova tək olan Yehovadır.+ 5 Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sevməlisən.+ 6 Bu gün sənə əmr etdiyim sözlər ürəyinə həkk olub qalsın, 7 onları övladına* aşıla*, evdə oturanda, yol gedəndə, yatanda, duranda onlardan danış.+ 8 Onları nişan kimi əlinə bağla, qoy alın bağı kimi alnında olsun.+ 9 Onları evinin qapısının yan taxtalarına, şəhər darvazalarına yaz.
10 Allahınız Yehova sizi ulu babalarınız İbrahimə, İshaqa və Yaquba sizə verməyi and içdiyi diyara gətirəndə,+ özünüzün inşa etmədiyiniz böyük, gözəl şəhərləri,+ 11 zəhmətini çəkmədiyiniz hər cür naz-nemətlə dolu evləri, qazmadığınız hovuzları, salmadığınız üzümlükləri, zeytunluqları sizə bəxş edəndə və siz də yeyib doyanda,+ 12 baxın ki, sizi Misir diyarından, köləlik evindən çıxaran Yehovanı unutmayasınız.+ 13 Siz Allahınız Yehovadan qorxmalı,+ Ona qulluq etməli,+ Onun adı ilə and içməlisiniz.+ 14 Başqa allahların, ətrafınızdakı xalqların allahlarının arxasınca getməməlisiniz,+ 15 çünki aranızda olan Allahınız Yehova tam sədaqət tələb edən Allahdır.+ Əks təqdirdə, Allahınızın, Yehovanın sizə qəzəbi püskürəcək+ və yer üzündən kökünüzü kəsəcək.+
16 Masahdakı kimi, Allahınız Yehovanı sınağa çəkməyin.+ 17 Allahınız Yehovanın sizə verdiyi bütün əmrlərə, qanun və göstərişlərə can-dildən riayət edin. 18 Yehovaya xoş gələn, Onun düzgün saydığı əməlləri edin ki, xeyir tapasınız, Yehovanın ata-babalarınıza and içib vəd etdiyi torpağa gedib ora sahib olasınız,+ 19 Yehovanın vəd etdiyi kimi, bütün düşmənlərinizi önünüzdən qovasınız.+
20 Gələcəkdə övladınız sizdən soruşanda ki, Allahımız Yehovanın verdiyi bu göstərişlər, qanun və hökmlər nə deməkdir, 21 onda belə cavab verərsiniz: “Biz Misirdə fironun köləsi idik, lakin Yehova Öz güclü əli ilə bizi Misirdən çıxardı. 22 Yehova gözümüzün qarşısında böyük əlamətlər, möcüzələr göstərərək Misirin, fironun və onun ev əhlinin başına fəlakətlər gətirdi.+ 23 Bizi oradan çıxardı ki, bura gətirsin, ata-babalarımıza and içib vəd etdiyi bu diyarı bizə versin.+ 24 Sonra Yehova bütün bu qanunlara riayət etməyi, Allahımız Yehovadan qorxmağı əmr etdi ki,+ həmişə xeyir tapaq və bugünkü kimi, sağ-salamat olaq.+ 25 Əgər Allahımız Yehovanın tapşırdığı kimi, Ona itaət edib bütün bu əmrlərə riayət etsək, bu, bizim üçün savaba yazılacaq”.+