Romalılara
12 Buna görə də qardaşlar, Allahın mərhəməti naminə sizə yalvarıram: bədəninizi+ diri, müqəddəs+ və məqbul qurban kimi Allaha təqdim edin. Bu yolla siz ağılla ibadət etmiş* olacaqsınız.+ 2 Bundan sonra bu zəmanəyə* uyğunlaşmayın. Əksinə, düşüncənizi yeniləşdirərək büsbütün dəyişin+ ki, Allahın yaxşı, xoş və kamil iradəsini dərk edəsiniz.+
3 Mənə göstərilmiş lütf sayəsində hər birinizə deyirəm: özünüz barədə lüzumundan artıq fikirləşməyin.+ Hər kəs özü haqqında Allahın ona verdiyi iman+ çərçivəsində düşünsün və sağlam düşüncəni qoruyub saxlasın. 4 Necə ki bədənimizdə çox üzv var,+ amma bütün üzvlər eyni işi icra etmir, 5 eləcə də biz, çox olsaq da, Məsihlə vəhdətdə bir bədən təşkil edirik, ayrı-ayrılıqda isə bir-birimizə bağlı üzvlərik.+ 6 Aldığımız lütfdən doğan ənamlar müxtəlifdir. Əgər bu, peyğəmbərlik ənamıdırsa,+ gəlin bizə verilmiş iman çərçivəsində peyğəmbərlik edək, 7 xidmət ənamıdırsa, xidmətlə məşğul olaq. Qoy təlim verən təlim verməklə,+ 8 ruhlandıran ruhlandırmaqla*+ məşğul olsun, paylayan səxavətlə paylasın*,+ rəhbərlik edən canla-başla rəhbərlik etsin,+ mərhəmət göstərən isə qoy sevinclə mərhəmət göstərsin.+
9 Qoy məhəbbətiniz riyasız olsun.+ Pislikdən ikrah edin,+ yaxşılığa sarılın. 10 Bir-birinizə nəvazişlə qardaşlıq məhəbbəti bəsləyin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın.+ 11 Tənbəl olmayın*,+ çalışqan olun. Ruhla* coşun.+ Yehovaya canla-başla* xidmət edin.+ 12 Ümidinizə sevinin. Çətinliklərə sinə gərin.+ Daima dua edin.+ 13 Müqəddəslərə ehtiyaclarına görə yardım edin.+ Qonaqpərvər olun.+ 14 Sizi təqib edənlər üçün xeyir-dua diləyin,+ lənət yox, xeyir-dua diləyin.+ 15 Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın. 16 Başqaları haqqında özünüz barədə düşündüyünüz kimi düşünün, lovğa xülyalara qapılmayın, təvazökarlığı əldə rəhbər tutun.+ Öz gözünüzdə ağıllı olmayın.+
17 Heç kimə pislik əvəzinə pislik etməyin.+ Hamının gözündə yaxşı sayılan şeyləri nəzərə alın. 18 İmkan daxilində, əlinizdən gələn qədər hamı ilə sülhdə olmağa çalışın.+ 19 Əzizlərim, siz qisasınızı almayın, Allahın qəzəbinə yer verin.+ Çünki yazılıb: «Yehova belə deyir: “Qisas Mənimdir, əvəzini Özüm verəcəyəm”».+ 20 Amma «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver, beləcə, onun başına köz yığacaqsan*».+ 21 Pisliyə məğlub olma, pisliyə yaxşılıqla qalib gəl.+