Yaradılış
3 İlan+ Yehova Allahın yaratdığı bütün vəhşi heyvanlardan ən ehtiyatlısı* idi. O, qadından soruşdu: «Doğrudanmı, Allah sizə deyib ki, bağdakı hər ağacın meyvəsindən yeməyəsiniz?»+ 2 Qadın ilana cavab verib dedi: «Bağdakı ağacların meyvəsindən yeyə bilərik.+ 3 Ancaq bağın ortasındakı ağac+ haqqında Allah deyib: “Ondan yeməyin, ona toxunmayın, yoxsa ölərsiniz!”». 4 İlan qadına dedi: «Yox, əsla ölməzsiniz.+ 5 Sadəcə Allah bilir ki, ondan yeyən gün gözləriniz açılacaq və siz xeyirlə şəri bilərək Allah kimi olacaqsınız».+
6 Qadın gördü ki, ağacın meyvəsi yaxşıdır və gözə xoş görünür, ağaca baxdıqca baxmaq istəyirsən. Beləcə, onun meyvəsindən götürüb yedi.+ Sonra əri yanında olanda ona da verdi və o da yedi.+ 7 Bu zaman hər ikisinin gözləri açıldı və çılpaq olduqlarını başa düşdülər. Buna görə də əncir yarpaqlarını bir-birinə tikib özləri üçün fitə düzəltdilər.+
8 Sonra insan ilə arvadı günün sərin vaxtında bağda gəzən Yehova Allahın səsini eşitdilər və bağdakı ağacların arasına girib Yehova Allahdan gizləndilər. 9 Yehova Allah: «Haradasan?» — deyə səsləyib insanı çağırırdı. 10 Nəhayət, o dilləndi: «Bağda Sənin səsini eşitdim, ancaq çılpaq olduğum üçün qorxub gizləndim». 11 Onda Allah soruşdu: «Çılpaq+ olduğunu sənə kim dedi? Meyvəsini yeməməyi əmr etdiyim ağacdan yemisən?»+ 12 İnsan cavab verib dedi: «Sənin mənə verdiyin qadın — o, mənə ağacın meyvəsindən verdi, mən də yedim». 13 Yehova Allah qadına dedi: «Neyləmisən?!» Qadın cavabında dedi: «İlan məni aldatdı, mən də yedim».+
14 Onda Yehova Allah ilana+ dedi: «Bunu etdiyin üçün bütün ev heyvanlarının və bütün vəhşi heyvanların içində lənət sahibi olursan. Qarnın üstə sürünəcəksən və bütün ömrün boyu torpaq yeyəcəksən. 15 Səninlə+ qadın+ arasına, sənin övladınla*+ onun övladı*+ arasına düşmənçilik+ qoyacağam. O*, sənin başını əzəcək,+ sən isə onu dabanından çalacaqsan».+
16 Qadına dedi: «Hamiləlik ağrılarını artırdıqca artıracağam, ağrı içində uşaq doğacaqsan. Ərinə böyük ehtiyacın olacaq, o da sənə ağalıq edəcək».
17 Adəmə* isə dedi: «Arvadının sözünə qulaq asdığın, meyvəsindən yeməməyi tapşırdığım+ ağacdan yediyin üçün sənə görə torpaq lənətlənir.+ Bütün ömrün boyu əzab-əziyyətlə+ ondan məhsul götürəcəksən. 18 Torpaq sənə tikan və qanqal bitirəcək, çöldəki bitkilərlə qidalanacaqsan. 19 Alın tərinlə çörək yeyib axırda torpağa qayıdacaqsan, çünki ondan yaradılmısan.+ Torpaqsan, torpağa da qayıdacaqsan».+
20 Bundan sonra Adəm arvadının adını Həvva* qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası olacaqdı.+ 21 Yehova Allah Adəmlə arvadı üçün dəridən uzun paltar düzəltdi ki, əyinlərinə geyinsinlər.+ 22 Sonra Yehova Allah dedi: «İnsan xeyirlə şəri bilməkdə bizim kimi oldu.+ İndi isə əl uzadıb həyat ağacının+ meyvəsindən də dərib yeməsin və əbədi yaşamasın deyə...» 23 Bu sözlərlə Yehova Allah onu Ədən+ bağından qovdu ki, yaradıldığı torpağı+ əkib-becərsin. 24 Beləliklə, O, insanı qovdu və həyat ağacına gedən yolu qorumaq üçün Ədən bağının şərqində kərrublar*+ və aramsız fırlanan yanar qılınc qoydu.