Zəbur
א [Alef]*
3 Belələri haqsızlıq etməz,
Onun yollarında addımlayar.+
4 Sən bizə əmr etdin ki,
Buyruqlarına diqqətlə əməl edək.+
5 Qayda-qanununa riayət etmək üçün+
Təki yolumda əzmlə dura biləydim,
6 O zaman bütün əmrlərini götür-qoy edəndə
Xəcalət çəkməzdim.+
7 Adil hökmlərini öyrəndikcə
Səni sidqi-ürəkdən ucaldaram.
8 Qayda-qanununa riayət edərəm,
Nə olar, məni büsbütün tərk etmə.
ב [Bet]
9 Cavan adam yolunu necə pak saxlaya bilər?
Sənin sözünə baxıb özünü gözləməklə.+
10 Mən bütün qəlbimlə Səni axtarıram,
Qoyma əmrlərindən çıxım.+
12 Sənə alqış olsun, ey Yehova,
Mənə qayda-qanununu öyrət.
13 Ağzından çıxan bütün hökmləri
Dilimlə bəyan edirəm.
14 Dünyanın sərvətindən çox
Sənin öyüdlərin mənə sevinc verir.+
ג [Qimel]
17 Bu quluna yaxşılıq et,
Qoy yaşayıb Sənin sözünə qulaq assın.+
18 Gözlərimi aç,
Qoy qanunundakı gözəllikləri aydın görüm.
19 Bu diyarda bir qəribəm,+
Əmrlərini məndən gizlətmə.
20 Daim hökmlərinin
İntizarını çəkirəm.
21 Sən əmrlərini pozanları,
Lənətə gəlmiş lovğaları məhkum etdin.+
22 Həqarəti, nifrəti məndən kənar et,
Axı öyüdlərinə əməl etmişəm.
23 Hətta başçılar toplaşıb əleyhimə danışanda
Bu qulun qayda-qanunun barədə düşünür.
ד [Dalet]
26 Yollarımı Sənə bildirdim, mənə hay verdin.
Qayda-qanununu öyrət mənə.+
27 Buyruqlarının mənasını mənə anlat ki,
Möhtəşəm işlərinin dərinliklərinə varım.+
28 Qəm-qüssə əlindən yata bilmirəm,
Verdiyin sözə görə mənə qüvvət ver.
29 Qoyma yalan yola qədəm basım,+
Mənə lütf göstər, qanununu öyrət.
30 Mən sədaqət yolunu seçmişəm,+
Hökmlərini haqlı sayıram.
32 Əmrlərinin yolunda qaçacağam,
Çünki Sən bu istəyi ürəyimə qoymusan*.
ה [He]
34 Mənə dərrakə ver, qanununa riayət edim,
Bütün qəlbimlə ona əməl edim.
35 Əmrlərinin yolunda mənə bələdçi ol,+
Çünki onlardan həzz alıram.
36 Ürəyimi gəlir-qazanca yox,
Öyüdlərinə tərəf yönəlt.+
38 Quluna verdiyin sözü yerinə yetir,
Qoy Səndən qorxsun*.
39 Qorxduğum biabırçılığı məndən sovuşdur,
Axı hökmlərin doğrudur.+
40 Buyruqlarına necə də tamarzıyam,
Doğruluğunla məni yaşat.
ו [Vav]
42 Onda mənə lağ edənin cavabını verərəm,
Axı mən Sənin sözünə güvənirəm.
43 Həqiqət sözünü büsbütün dilimdən alma,
Axı ümidimi Sənin hökmünə bağlamışam.
44 Qanununa həmişə bağlı qalacağam,
Əbədiyyən.+
45 Arxayın gəzib-dolanacağam,+
Çünki buyruqlarını arayıram.
47 Əmrlərin mənə əzizdir,
Onları sevirəm.+
ז [Zayn]
49 Quluna verdiyin sözü yada sal,
Onunla Sən mənə ümid vermisən.
50 Məni dərd sıxanda bundan təsəlli tapıram,+
Çünki sözün məni yaşadır.
53 Qanununu tərk edən pislərə görə
Qəzəbim alışıb-yanır.+
54 Harada yaşasam
Qayda-qanunun mənim nəğməmdir.
55 Qanununla yaşamaq üçün,
Ey Yehova, gecələr adını yada salıram.+
56 Bunu adət etmişəm,
Çünki buyruqlarına əməl edirəm.
ח [Xet]
59 Ömür yoluma nəzər saldım ki,
Addımlarımı öyüdlərinə sarı döndərim.+
60 Əmrlərinə əməl etməyə tələsirəm,
Ləngimərəm.+
62 Gecə yarısı qalxıb
Adil hökmlərinə görə Sənə şükür edirəm.+
64 Ey Yehova, məhəbbətin dünyanı bürüyüb.+
Mənə qayda-qanununu öyrət.
ט [Tet]
65 Ey Yehova, Öz sözünə görə
Bu qulunla xoş rəftar etdin.
66 Mənə bəsirət və bilik aşıla,+
Axı əmrlərinə bel bağlamışam.
67 Başım müsibət çəkməzdən əvvəl yolumu azırdım,
İndi isə sözünə əməl edirəm.+
68 Sən kəramət sahibisən,+ işlərin də kəramətlidir.
Mənə qayda-qanununu öyrət.+
69 Məğrurlar mənə qara yaxır,
Mən isə bütün qəlbimlə buyruqlarına əməl edirəm.
י [Yud]
73 Məni Sənin əllərin yaratdı, mənə onlar şəkil verdi.
Mənə dərrakə ver ki, əmrlərini dərk edim.+
74 Səndən qorxanlar mənə baxıb sevinir,
Çünki Sənin sözünə ümid bağlamışam.+
76 Bu quluna vəd etdiyin kimi,
Məhəbbətin+ mənə təsəlli olsun.
Mən isə buyruqlarını düşünürəm.+
79 Qoy Səndən qorxanlar,
Öyüdlərini bilənlər yanıma qayıtsın.
כ [Kaf]
81 Xilasının həsrətindəyəm,+
Axı Sənin sözünə ümid bağlamışam.
84 Bu qulun daha nə qədər gözləsin?
Məni təqib edənlərin cəzasını nə vaxt verəcəksən?+
85 Qanununu pozan məğrurlar
Mənə quyu qazırlar.
86 Bütün əmrlərin etibarlıdır.
Məni nahaq yerə təqib edirlər, imdadıma yetiş.+
87 Az qala məni yer üzündən yox edəcəkdilər,
Amma mən buyruqlarını pozmadım.
88 Məhəbbətinlə məni yaşat,
Qoy ağzından çıxan öyüdlərə əməl edim.
ל [Lamed]
90 Sədaqətin nəsildən-nəslə qalır.+
Yeri möhkəm qurmusan ki, durduqca-dursun.+
91 Hökmlərinə əsasən onlar bu gün də durur,
Hamısı* Sənin qulluğundadır.
93 Buyruqlarını heç vaxt unutmaram,
Çünki onlarla məni yaşadırsan.+
95 Şər adamlar öldürmək üçün məni güdürlər,
Mən isə Sənin öyüdlərinə diqqət verirəm.
מ [Mem]
Gecə-gündüz onu düşünürəm.+
98 Əmrlərin məni düşmənlərimdən ağıllı edir,+
Çünki onlar əbədiyyən mənimlədir.
100 Ahıl adamlardan da müdrik davranıram,
Çünki buyruqlarına əməl edirəm.
101 Hər cür pis yolu rədd edirəm ki,+
Sənin sözünə bağlı qalım.
102 Hökmlərindən çıxmıram,
Axı məni öyrədən Sənsən.
נ [Nun]
106 And içmişəm adil hökmlərinə əməl edim,
Andımı yerinə yetirəcəyəm.
109 Həyatım hər an təhlükədədir,
Lakin qanununu unutmuram.+
111 Öyüdlərini özümə miras edirəm,
Çünki onlar qəlbimin sevincidir.+
112 Özüm üçün qərar vermişəm ki,
Daima, sonadək qayda-qanununa tabe olum.
ס [Samex]
115 Məndən uzaq durun, siz, ey pislər,+
Qoyun Allahımın əmrlərinə riayət edim.
118 Qayda-qanununu pozanları rədd edirsən,+
Çünki onlar hiyləgər, saxtakardırlar.
120 Zəhmindən bədənim tir-tir əsir,
Hökmlərindən qorxuram.
ע [Ayn]
121 Mən insafla, dürüstlüklə davranıram,
Məni zülmkarlarıma təslim etmə.
122 Bu qulun xeyri üçün ona zamin dur,
Qoyma məğrurlar mənə zülm etsin.
125 Mən Sənin qulunam. Mənə dərrakə ver ki,+
Öyüdlərini qavrayım.
126 Yehovanın hərəkətə keçmək vaxtı yetişib,+
Çünki onlar qanununu pozublar.
127 Əmrlərini qızıldan,
Saf qızıldan da çox sevirəm.+
פ [Pe]
129 Öyüdlərin gözəldir,
Buna görə də onlara əməl edirəm.
131 Ağzımı açıb ah çəkirəm,
Çünki əmrlərini eşitməyin intizarındayam.+
132 Adını sevənlər üçün qoyduğun adətə görə,
Mənə sarı dön, mənə lütf göstər.+
133 Sözünlə addımlarımı təhlükəsiz yola yönəlt,
Qoy heç bir pislik mənə ağalıq etməsin.+
134 Zülmkarların əlindən məni qurtar,
Sənin buyruqlarına əməl edəcəyəm.
135 Üzünün nurunu qulunun üstünə sal,+
Qayda-qanununu mənə öyrət.
136 Göz yaşlarım sel kimi axır,
Çünki insanlar qanununa tabe olmur.+
צ [Tsade]
138 Öyüdlərin haqqdır,
Tam etibarlıdır.
139 Qeyrətim məni yandırıb-yaxır,+
Çünki rəqiblərim Sənin sözlərini unudublar.
143 Başıma dərd-bəla gəlsə də,
Əmrlərin mənim üçün əzizdir.
144 Öyüdlərinin doğruluğu əbədidir.
Mənə dərrakə ver,+ qoy yaşayım.
ק [Kof]
145 Bütün qəlbimlə yalvarıram, ey Yehova, mənə hay ver.
Qayda-qanununa əməl edərəm.
146 Səni səsləyirəm, qurtar məni!
Sənin öyüdlərinə qulaq asaram.
147 Dan yeri sökülməmiş oyanıb Səndən imdad diləyirəm.+
Axı Sənin sözlərinə ümid bağlamışam.
148 Gecə yarısı oyanıram ki,
Verdiyin söz haqqında düşünüm.+
149 Məhəbbətin naminə səsimi eşit,+
Ey Yehova, ədalətinlə məni yaşat.
150 Pozğunluq düşkünləri mənə yaxınlaşır,
Onlar Sənin qanunundan uzaqdırlar.
152 Öyüdlərini əbədilik bərqərar etmisən,
Bunu çoxdan öyrənmişəm.+
ר [Reyş]
153 Əzab-əziyyətimi gör, məni qurtar,+
Axı qanununu unutmadım.
154 Məni müdafiə et, məni qurtar,+
Vəd etdiyin kimi məni yaşat.
155 Şər adamlar qurtuluş görməyəcək,
Çünki onlar qayda-qanununu axtarmırlar.+
156 Mərhəmətin böyükdür, ey Yehova,+
Ədalətinə görə məni yaşat.
157 Mənə zülm edən, mənə düşmən kəsilən çoxdur,+
Amma mən öyüdlərindən ayrılmadım.
158 Xainlərə ikrahla baxıram,
Çünki Sənin sözünə əməl etmirlər.+
159 Gör buyruqlarını nə qədər sevirəm!
Ey Yehova, məhəbbətinlə məni yaşat.+
160 Sözünün bünövrəsi həqiqətdir,+
Bütün adil hökmlərin əbədidir.
ש [Sin], yaxud [Şin]
162 Böyük xəzinə tapan adam kimi
Sənin sözlərinə sevinirəm.+
164 Adil hökmlərindən ötrü
Gündə yeddi dəfə Sənə alqış edirəm.
166 Qurtuluşuna ümid edirəm, ey Yehova,
Əmrlərini yerinə yetirirəm.
168 Buyruqlarına, öyüdlərinə əməl edirəm,
Bütün yollarımdan xəbərdarsan.+
ת [Tav]
170 Qoy iltifat diləyim dərgahına qalxsın.
Vəd etdiyin kimi mənə nicat ver.
171 Qoy dodaqlarımdan Sənə mədhlər tökülsün,+
Çünki mənə qayda-qanununu öyrədirsən.
172 Qoy dilim sözlərini nəğmədə oxusun,+
Çünki bütün əmrlərin salehdir.
174 Ey Yehova, qurtuluşunun intizarındayam,
Qanunun mənə əzizdir.+
175 Yaşat məni, qoy Səni mədh edim,+
Qoy hökmlərin köməyim olsun.